Icma.az
close
up
RU
İrəvanda sülhə qarşı cəbhələşmə

İrəvanda sülhə qarşı cəbhələşmə

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Revanşist tör-töküntünün seçki həmrəyliyi

Ermənistanda daxili siyasi gündəm getdikcə daha aydın şəkildə iyunun 7-də keçiriləcək növbəti parlament seçkilərinə fokuslanır. Hakimiyyət və müxalifət düşərgələri indidən mövqelərini sərtləşdirir, ictimai rəyə təsir imkanlarını genişləndirməyə çalışırlar. Son aylarda verilən bəyanatlar, bölgələrə səfərlər və fəallaşan partiya strukturları seçkiqabağı mərhələnin faktiki olaraq başladığını göstərir.

Hakim komanda siyasi sabitlik, korrupsiya ilə mübarizə və idarəetmə davamlılığı tezisini ön plana çıxararaq seçicilərə təhlükəsizlik və iqtisadi dayanıqlılıq mesajı verməyə çalışır. Müxalifət isə sosial-iqtisadi narazılıqları, idarəetmədəki boşluqları və xarici siyasətdəki ziddiyyətləri qabardaraq alternativ gündəm formalaşdırmağa səy göstərir. Bu qarşıdurma təkcə söz güləşdirməsi müstəvisində deyil, həm də təşkilati səviyyədə – yeni seçki bloklarının formalaşması, köhnə ittifaqların yenilənməsi ilə müşayiət olunur. Son sosioloji sorğular erməni cəmiyyətində həm yorğunluq, həm də dəyişiklik gözləntisinin paralel şəkildə müşahidə edildiyini üzə çıxardı. Uzunmüddətli siyasi gərginlikdən bezmiş elektorat bir tərəfdən sabitlik arzulayır, digər tərəfdən isə sosial problemlərin həllində daha effektiv mexanizmlər tələb olunur.

Qarşıdakı seçkilərlə bağlı martın 4-də “Hraparak” qəzetində yazılanlar maraq doğurur. Nəşr qeyd edir ki, bəzi məlumatlara görə, sosioloji sorğuların nəticələri hazırda hakimiyyətdə olan “Mülki müqavilə” partiyasının reytinqinin intensiv piar kampaniyasına, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin, eləcə də digər yüksək vəzifəli xarici qonaqların İrəvana səfərlərinə, habelə dövlət büdcəsi hesabına seçkiqabağı pul paylanması (?) fonuna baxmayaraq, artmadığını göstərir: “Əgər “Mülki müqavilə” nümayəndələri yaxın vaxtalaradək müxalifəti “Gümrü-2” ssenarisinin, yəni seçkidən sonra koalisiyaların formalaşdırılması variantının reallaşmasına imkan verməyəcəkləri ilə hədələyirdilərsə, indi taktikanı dəyişiblər. Hazırda onlar seçicilərə psixoloji təzyiq göstərməyə, onları məyus etməyə və ümidsizliyə sürükləməyə çalışırlar ki, guya, onsuz da artıq qalib gəliblər və 2021-ci ildəkindən daha çox səs toplayacaqlar. Bir neçə gün öncə parlamentin sədri Alen Simonyan da bu məzmunda çıxış edərək jurnalistlərə qarşıdakı seçkilərdə “Mülki müqavilə”nin əvvəlkindən daha çox səs toplayacağı ilə bağlı mərcə gəlməyi təklif edib. Üstəlik, bu, baş nazir Nikol Paşinyanın öz ideyasıdır və yaxın vaxtlarda bütün hakim qrup tərəfindən istifadə olunacaq. Onların məqsədi yalnız birdir: insanlar düşünsünlər ki, “Mülki müqavilə” onsuz da qalib gəlib və belə olan halda seçkiyə getməyin, səs verməyin, sonra isə yenidən məyus olmağın nə mənası var? Sirr deyil ki, aşağı seçici fəallığından yalnız Paşinyanın partiyası qazanacaq. Onun elektoratı hər halda seçki məntəqələrinə gedəcək və iştirak səviyyəsi aşağı olarsa, çoxluq təşkil edəcəklər”.

Əlbəttə, qəzetdə dərc olunan iddialar daha çox siyasi polemika təsiri bağışlayır, nəinki faktlara söykənən təhlil. Nəşrin istinad etdiyi sosioloji sorğuların mənbəyi, metodologiyası, sifarişçisi və seçmə prinsipi barədə məlumat verilmir. Bu isə belə nəticələrin etibarlılığını sual altına alır. Ermənistanda seçki ərəfəsində müxtəlif mərkəzlərin fərqli rəqəmlər açıqlaması yeni hal deyil və çox vaxt bu cür rəqəmlər ictimai rəyə təsir göstərmək məqsədi daşıyır.

Digər tərəfdən, hakim komandanın, guya, aşağı seçici fəallığında maraqlı olması barədə fikir də inandırıcı görünmür. Hakimiyyət üçün ən əlverişli ssenari məhz yüksək iştirak göstəricisi fonunda qələbə qazanmaqdır. Çünki bu halda nəticələrin legitimliyi daha güclü görünür və daxili mübahisələr üçün zəmin daralır. Əksinə, aşağı fəallıq seçkinin nəticələrini daha çox müzakirə mövzusuna çevirə, müxalifətin etiraz arqumentlərini gücləndirə bilər. Bu baxımdan seçiciləri seçkiyə getməməyə sövq etmək hakim partiya üçün riskli addım olardı.

Parlament sədrinin jurnalistlərə mərc təklifi isə daha çox siyasi özünəinamın nümayişi kimi qiymətləndirilə bilər. Seçki kampaniyalarında iddialı bəyanatlar səsləndirmək adi haldır və bunu seçiciləri ruhdan salmaq cəhdi kimi təqdim etmək birtərəfli yanaşmadır. Əksinə, belə çıxışlar tərəfdar elektoratı səfərbər etməyə hesablanır. Qəzetin dövlət büdcəsi hesabına seçkiqabağı pul paylanması ilə bağlı işarəsi də sübuta ehtiyac duyur. Sosial proqramların icrası ilə seçki kampaniyasını avtomatik şəkildə eyniləşdirmək düzgün yanaşma deyil. Hakimiyyətin hər hansı sosial təşəbbüsü dərhal seçki texnologiyası kimi qələmə vermək siyasi rəqabətin sərtliyindən doğan qiymətləndirmə təsiri bağışlayır.

Ümumilikdə, aşağı seçici fəallığının yalnız bir siyasi qüvvəyə sərf etməsi barədə tezisin özü mübahisəlidir. Ermənistanın seçki təcrübəsi göstərir ki, mütəhərriklik qabiliyyəti olan istənilən siyasi qüvvə iştirak səviyyəsindən asılı olmayaraq nəticəyə təsir göstərə bilər. Buna görə də “Hraparak”ın irəli sürdüyü iddialar daha çox ehtimallar üzərində qurulub və onları qəti nəticə kimi təqdim etmək əsaslı görünmür.

***

Onu da bildirək ki, radikal revanşist düşüncələrin xislətinə hakim kəsildiyi “Hayakve” milli vətəndaş birliyinin koordinatoru Avetik Çələbyan və “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri, Ermənistanın insan hüquqları üzrə keçmiş müvəkkili (ombudsman) iyunun 7-də keçiriləcək parlament seçkilərində birgə iştirakla bağlı qərar qəbul edib. A.Çələbyan bildirib ki, siyasi iddialarını elan etdikdən sonra bu addım “yeni, milli və xalqyönümlü, real alternativ ola biləcək siyasi qüvvənin formalaşdırılması istiqamətində” ikinci mühüm mərhələdir. Onun sözlərinə görə, məqsəd mövcud siyasi sistemə real alternativ yaratmaq, vətəndaşlara ümid və perspektiv (?) təqdim etməkdir. Çələbyan “bu müsbət xəbərin” digər inkişaflara real təkan olacağına və nəticələrin özünü çox gözlətməyəcəyinə ümid etdiyini bildirib.

Bu iki siyasi qüvvənin seçkilərdə birgə iştirak qərarı zahirdə yeni siyasi alternativ görüntüsü yaratsa da, mahiyyət etibarilə köhnə xəttin davamıdır. Bu düşərgədə üstünlük təşkil edən yanaşma konstruktiv siyasi rəqabətdən daha çox revanşist ovqatın diri saxlanmasına hesablanıb. Radikal ritorika və keçmişlə bağlı emosional çağırışlar onların əsas dayağı kimi görünür. Halbuki Ermənistan cəmiyyəti son illərdə qarşıdurma siyasətinin hansı ağır nəticələrə gətirdiyini öz təcrübəsində görüb. Sülh gündəminə skeptik, hətta mənfi münasibət sərgiləyən qüvvələrin yenidən toparlanmaq cəhdi ölkəni real inkişaf xəttindən uzaqlaşdıra bilər. Vaxtilə məhz bu düşüncə tərzi Ermənistanı iqtisadi tənəzzülə, regional təcridə və hərbi-siyasi fiaskoya sürükləmişdi. Eyni ideoloji xəttin fərqli ad və format altında təqdim olunması onun mahiyyətini dəyişmir.

Hazırda erməni cəmiyyəti üçün əsas sual budur: keçmişin emosional şüarları yenidən gündəmi müəyyənləşdirməli, yoxsa daha rasional və gələcəyə hesablanmış yanaşma üstünlük qazanmalıdır? Revanşist hisslərlə hərəkət edən siyasi qrupların qısamüddətli səs-küy yaratmaq imkanı olsa da, uzunmüddətli perspektivdə uğur qazanmaq ehtimalı zəifdir. Ermənistan artıq bir dəfə bu yolun ağır nəticələrini yaşayıb və eyni səhvin təkrarlanması cəmiyyət üçün məqbul seçim kimi görünmür.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see389

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see361

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see343

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see298

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see258

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see253

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see240

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see216

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see209

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see194

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see188

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see186

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see186

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see181

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see179

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see178

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see168

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see165

Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR

24 İyul 2026 01:21see165

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri