Icma.az
close
up
RU
İrəvandan Bakıya SENSASİON MESAJLAR verildi: Azərbaycan Türkiyə Ermənistan üçbucağı ilə bağlı ehtimal Rusiyanı hərəkətə keçirdi

İrəvandan Bakıya SENSASİON MESAJLAR verildi: Azərbaycan Türkiyə Ermənistan üçbucağı ilə bağlı ehtimal Rusiyanı hərəkətə keçirdi

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu yeni geopolitik ssenari Paşinyan hakimiyyəti üçün qətiyyən asan başa gəlməyəcək, Ermənistanda erməni kilsəsi və biznes oliqarxiyası, xaricdə isə Rusiyanın təxribat planları böyük təhlükə qaynağıdır... Ancaq əgər, Paşinyan hakimiyyəti öz mövqeyini qorumağı bacarsa, Ermənistan uzun illər davam edən siyasi-iqtisadi böhrandan çıxaraq, regional əməkdaşlıq sisteminin tamhüquqlu üzvünə də çevrilə bilər...

Cənubi Qafqazda regional sülh prosesinin intensivləşdiyi müşahidə olunur. Xüsusilə də, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra Cənubi Qafqaz üçün yeni sabitlik perspektivləri açılıb. Üstəlik, Ağ Evdə imzalanmış üçtərəfli anlaşmaların reallığa çevrilməsi istiqamətində ciddi addımların atılmaqda olduğu bildirilir. Və bu baxımdan, yaxın vaxtlarda regional sülh prosesində həlledici irəliləyişlərin ola biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın siyasi xəttində kəskin dönüş meyilləri də müşahidə olunur. Xüsusilə də, Paşinyan–Simonyan xəttində Vaşinqton anlaşmalarının icrasına yönəlik intensiv geopolitik manevrlər nəzərə çarpır. Ancaq buna paralel olaraq, Rusiya ilə balansın tamamilə pozulmasına imkan verməmək cəhdləri də mövcuddur. Və bu, Paşinyan hakimiyyətinin Ermənistanda yaxınlaşmaqda olan növbəti parlament seçkiləri ərəfəsində Rusiyanın kobud müdaxiləsindən mümkün qədər yayınmaq niyyətində olduğunu göstərir.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistan siyasi dairələrindən verilən son açıqlamalar Cənubi Qafqazda geopolitik dəyişikliklərin artıq yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Belə ki, baş nazir Nikol Paşinyanın ATƏT və onun Minsk Qrupu barədə sərt ittihamları, parlamentin sədri Alen Simonyanın Azərbaycan məhsullarının Ermənistan bazarında görünəcəyinə dair sensasion bəyanatı olduqca önəmli mesajlardır. Və erməni baş nazirin “sülhü pozmaq istəyən xarici və daxili qüvvələr” barədə xəbərdarlıqları rəsmi İrəvanın siyasi kursunda ciddi yeniliklərin açıq siqnalıdır.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan açıqlamasında ATƏT-in Minsk Qrupunu yalnız fəaliyyətsizlikdə deyil, həm də Ermənistanı asılı vəziyyətə salmaqda günahlandırıb. Onun sözlərinə görə, Qarabağ məsələsi çoxdan həll oluna bilərdi, ancaq beynəlxalq vasitəçilər buna uzun müddət əngəl törədiblər. Əslində, bu açıqlama erməni baş nazirin yeni siyasi ritorikasını üzə çıxarır. O, demək istəyir ki, Ermənistan illərlə regional böhranın girovuna çevrilibmiş, Və bu vəziyyətin saxlanılmasında Rusiya da daxil olmaqla, beynəlxalq vasitəçilərin xüsusi maraqları olub.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan “Minsk Qrupu əslində, Ermənistanın suverenliyini zəiflətmək üçün işləyirdi” sözləri diqqəti çəkir. Bu, açıq şəkildə onu göstərir ki, rəsmi İrəvan artıq yalnız daxili deyil, həm də xarici auditoriyaya “Ermənistanın müstəqilliyinin qoruyucusu” obrazında görünmək istəyir. Bu suverenliyi isə ilk növbədə Ermənistanın onilliklər boyu düşmənçilik münasibətində olduğu sərhəd qonşuları - Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələrin qurulmasında axtarır.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “vahid Ermənistan-Azərbaycan əmtəə bazarı” iddiası isə ölkə daxilində kəskin və geniş müzakirələrə səbəb olub. Alen Simonyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistan mağazalarında Azərbaycan məhsulları satılacaq. Azərbaycan paytaxtı Bakıda və digər şəhərlərdə isə erməni məhsulları əlçatan olacaq. O, hətta “ermənilər daha ucuz Azərbaycan benzini alacaqlar” deyərək, iqtisadi əməkdaşlığın qaçılmaz olduğunu vurğulayıb.

Təbii ki, bu açıqlamalar əslində, Ermənistanın yaxın gələcək üçün məcburi xarakter daşıyan siyasi kursunu göstərir. Yəni, rəsmi İrəvan sülhün yalnız imzalanacaq sənədlərlə deyil, həm də iqtisadi inteqrasiya ilə təmin edilməsində maraqlıdır. Və Azərbaycan bazarına çıxış imkanları Ermənistan üçün həm qiymət sabitliyi, həm də enerji təhlükəsizliyi baxımından, həyati əhəmiyyət daşıyır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın “Azərbaycan və Ermənistan arasındakı sülhü pozmaq istəyən xarici və daxili qüvvələr var” sözləri isə siyasi xəttin əsas hədəflərini aydın göstərir. Xarici qüvvə kimi Kremli nəzərdə tutan erməni baş nazir, ölkə daxilində isə Rusiyanın təsir dairəsində olan agentura şəbəkəsinə  - erməni kilsəsinə, biznes oliqarxiyasına və radikal-revanşist müxalifətə işarə edir.

Halbuki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində rəsmi İrəvan Rusiya ilə mümkün qədər ehtiyatlı davranmağa üstünlük verir. Ancaq buna baxmayaraq, açıq şəkildə səsləndirilən bu ittihamlar əslində, Ermənistanın Rusiya ilə münasibətlərində artıq strateji qarşıdurmanın başlanğıcını da göstərir. Və Paşinyan hakimiyyəti özünü Ermənistanda sülhün yeganə təminatçısı kimi təqdim edir, rəqib siyasi düşərgəni isə dövlətin gələcəyinə ən real təhlükə kimi qələmə verir.

Bütün bu baş verənlər Cənubi Qafqazda yeni geopolitik reallığın formalaşmasına yönəlik olduqca ciddi işarədir. Paşinyan hakimiyyəti "diplomatik boşluq siyasəti"ndən çıxaraq, Azərbaycanla birbaşa sülh gündəliyi qurmağa çalışır. Rəsmi İrəvan Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəiflədiyini nəzərə alır. Ona görə də, ABŞ və Qərbin dəstəyi sayəsində Rusiyaya əksistiqamətli iqtisadi-ticari inteqrasiya xətti ilə Ermənistan üçün həm regional, həm də dünya bazarlarına "pəncərə" aça biləcəyinə ümid bəsləyir.

Bəzi ehtimallara görə, əgər, rəsmi İrəvan əvvəlkindən fərqli bu kurs davam edərsə, onda yaxın gələcəkdə Cənubi Qafqazda Türkiyə–Azərbaycan–Ermənistan üçbucağının da təməli qoyula bilər. Bu isə rəsmi İrəvan üçün Ermənistanın uzun illər davam edən siyasi və iqtisadi izolyasiyasına son verilməsi məqsədi güdən önəmli geopolitik manevr anlamı daşıyardı. Və buna nail olmaq üçün Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərindən qələbə ilə çıxması da taleyüklü faktordur.

Ona görə də, belə hesab etmək olar ki, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanın son açıqlamaları əslində, Ermənistanın xarici siyasət kursunda tarixi dönüş nöqtəsinə də çevrilə bilər. Çünki rəsmi İrəvan növbəti parlament seçkiləri ərəfəsində Rusiyanı bu qədər açıq şəkildə hədəfə almaqdan çəkinməyib. Və üstəlik, ölkədaxili müqavimətə baxmayaraq, Azərbaycanla sülhü yalnız diplomatik deyil, həm də iqtisadi inteqrasiyanın real vasitəsi kimi təqdim edib.

Ancaq bu proses Paşinyan hakimiyyəti üçün qətiyyən asan olmayacaq. Belə ki, Ermənistan daxilində erməni kilsəsi və biznes oliqarxiyası, xaricdə isə Rusiyanın pozucu ssenariləri Paşinyan hakimiyyətinin yeni kursunu əngəllərə tuş gətirəcək. Ancaq əgər, Paşinyan hakimiyyəti öz mövqeyini qoruyub saxlamağı bacarsa, Ermənistan uzun illər davam edən siyasi-iqtisadi böhrandan çıxaraq, regional əməkdaşlıq sisteminin üzvünə çevrilə bilər.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Sentyabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri