İrəvandan Bakıya təyyarə gəlir FOTO
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün İrəvanın “Zvartnots” hava limanının lövhəsində Bakıya saat 17:00-da reysin olacağı qeyd olunub.
Turkustan.az "Unikal"a istinadən xəbər verir ki, sözügedən İrəvan-Bakı reysi “Zvartnots” hava limanının internet saytında qeyd olunmayıb.
Hava limanının mətbuat xidməti belə bir reysin olduğunu təsdiqləyib: "Bu, beynəlxalq təşkilatın sifarişi ilə həyata keçirilən çarter reysidir. Müxtəlif beynəlxalq təşkilatların sifarişi ilə Bakıya və Bakıdan İrəvana çarter reysləri həyata keçirilib".
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Hazırda Bakı istiqamətində uçmaqda olan təyyarədə hansı beynəlxalq təşkilatın nümayəndələrinin olduğu açıqlanmayıb.


