Səfir: Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını genişləndirmək potensialına malikdir
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyə İğil 1 noyabr - İnqilab Gününə həsr olunmuş tədbirdə bildirib.
"Biz bu il neft-qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun ratifikasiya edilməsini alqışlayırıq. Bizim ümumi məqsədimiz qarşılıqlı əlaqələri energetika sektorunun hüdudlarından kənara genişləndirməkdir. Bu il ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması bu istiqamətdə mühüm addım oldu", - səfir bildirib.
Zəkiyə İğil xatırladıb ki, komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır.
"Əminəm ki, tarixi dostluğa və ölkələrimizin iqtisadiyyatlarının bir-birini tamamlayan potensialına əsaslanaraq, Əlcəzair və Azərbaycan dinamik, şaxələndirilmiş və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməyə davam edəcəklər", - o əlavə edib.
Səfir həmçinin qeyd edib ki, siyasi dialoq, parlamentlərarası mübadilələr, mədəni əlaqələrin möhkəmləndirilməsi, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət sayəsində ikitərəfli tərəfdaşlıq yeni təkan alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 04 Noyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















