Icma.az
close
up
RU
İrəvandan sülhə dair praqmatik siqnallar verilsə də, qeyrimüəyyənliklər qalmaqdadır ŞƏRH

İrəvandan sülhə dair praqmatik siqnallar verilsə də, qeyrimüəyyənliklər qalmaqdadır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil.

Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

"Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.", - Prezident İlham Əliyev bildirib.

Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi üzrə təkliflər göndərib və müsbət cavab olarsa, onu imzalamağa hazırdır:

“Biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə həll yolları təklif etmişik və Azərbaycandan müsbət cavab alsaq, sazişi imzalamağa hazırıq”, - o vurğulayıb.


Politoloq Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycan-Ermənistan sülh gündəminə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda gedən daha genişmiqyaslı proseslərin məzmununda baxmaq lazımdır:


"Prezident İlham Əliyev Ermənistanın və ya onun Fransa kimi himayədarının aqressiv şəkildə həyata keçirdiyi siyasətin pərdəarxasına, onun nəticələrinə dərindən nəzər salır. Yəni həmin pərdəarxasındakı məqamlar və regional hadisələr istənilən halda Ermənistanın taleyi üçün ciddi suallar doğurur.

Qısası, sülh gündəliyinə şiddətli müqavimət göstərən güc mərkəzlərinin Ermənistanı revanşa şirnikləndirməsi prosesinin mətni nəticədə Azərbaycanın təzyiq oxunuşlarını şiddətləndirməyə əsaslar yaradır. Bununla belə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması kontekstində sülh gündəliyi ətrafında uçurumun genişlənməməsinə töhfə vermək səylərini göstərir. Digər tərəfdən Ermənistanın boşluqlardan xilas yolu bu səylərə dəstək olmaqdan keçir. İrəvandan sülh proqramına dair praqmatik siqnallar verilir, amma qeyri-müəyyənliklər də qalmaqdadır. 

Birincisi, faktiki vəziyyətin izahı ilə aydın olur, Ermənistan hələ də Fransanın ambisiyalarına xidmət göstərən Avropa İttifaqı Missiyasının fəaliyyətini sonlandırmaq barədə düşünmür. 

İkincisi, Azərbaycanla sərhəddə Ermənistanın təxribatları sülh proqramı ilə dərin ziddiyyət təşkil edir. Üçüncüsü, Ermənistan Zəngəzur dəhlizinin açılması və qərbi Azərbaycanlıların qayıdışında dair açıq qalan məsələlərin həllindən boyun qaçırır. Dördüncüsü, Qazaxın digər kəndlərinin və Naxçıvandakı Kərki kəndinin geri qaytarılması prosesi baş tutmayıb".


Politoloq vurğulayıb ki, yubanan proseslər isə Azərbaycanı həm öz, həm də regionun gələcəyi ilə bağlı strateji qərarlar verməyə məcbur edir:

"Bu qərarlar geosiyasi şəraitin pisləşməsi fonunda müdafiə strategiyası kimi görünə bilər. 

Dondurulmuş danışıqlar və ya irəliyə aparılmayan sülh gündəliyi Azərbaycanı Ermənistanın yekun taleyini də müəyyənləşdirmək xəttini izləməyə gətirib çıxarır. Ermənistan sülh gündəminin prioritetlərindən kənara çıxmamaq üçün Minsk Qrupunun ləğvi üçün qurumda təmsil olunan dövlətlərin konsensus əldə etməsi səylərini göstərməlidir. Yaxud Azərbaycanın bu istiqamətdəki səylərinə əhəmiyyətli dəstək namayiş etdirməlidir. 

Bununla paralel olaraq, Ermənistan Konstitusiyasını dəyişdirməli, onun müşayiətində demilitirizasiyaya dair öhdəliklər götürməlidir. 

Bunlar olmadıqda Azərbaycan Ermənistanın son məqsədinin iki dövlət arasında münaqişəli vəziyyət yaratması kimi oxuyacaq. Belə vəziyyət Azərbaycanın güc ssenarisində belə Ermənistanın hər hansı güzəştə dair verdiyi vədləri də etibarsız edəcək. Nəticədə isə Azərbaycan regionu təhlükəsizlik mərkəzinə çevirmək üçün ən mühüm və ən böyük təşəbbüslərini ortaya qoyacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri