Icma.az
close
up
RU
İrəvandan ziddiyyətli addımlar Ermənistan müharibəyə, yoxsa sülhə hazırlaşır?

İrəvandan ziddiyyətli addımlar Ermənistan müharibəyə, yoxsa sülhə hazırlaşır?

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabiq nazir: “Ermənistan indi müharibə etmək iqtisadında deyil... Amma şərti sərhəddə hansısa təxribata əl ata bilərlər”

Ermənistana Fransa və Hindistandan sonra Yunanıstan da silah-sursat tədarük edəcəyini bəyan edib. Erməni mediasının yaydığı məlumata görə, Afina İrəvana S-300 raket komplekslərini göndərəcəyi vədini verib. Ermənistanın xarici ölkələr tərəfindən intensiv silahlandırılması regionda hərbi təhlükəsizliyə təhdid yaratmaqdadır. Bununla yanaşı, bir neçə gün əvvəl “Telegram” kanallarında Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığmasının görüntüləri yayılıb. Qarşı tərəfin silahlanması faktı göstərir ki, rəsmi İrəvan bölgədə sülh mesajları versə də, əslində müharibə hazırlıqlarını axsatmamaqdadır.

Məlumdur ki, Ermənistanda revanşist kəsim mövcuddur və bu kəsim hər addımda Azərbaycanla müharibəyə səsləyir. Görünür, rəsmi İrəvan da bu revanşistlərin mövqeyini bölüşür. Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə müsbət cavab verməyən, şərtləri yerinə yetirməkdən hər vəchlə boyun qaçıran Ermənistanın digər tərəfdən silahlanmaya üstünlük verməsi bunu deməyə əsas verir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, Ermənistan müstəqilliyini bərpa edəndən sonra onun siyasətinin gücü və potensialı digər güclərin, ölkələrin hesabına baş verib:

- İkinci Qarabağ müharibəsinədək Ermənistanı silah-sursatla təmin edən, təhlükəsizlik sistemini təmin edən və Azərbaycan torpaqlarının işğalda qalmasını təmin edən Rusiya idi. 44 günlük müharibədən sonra İrəvanla Moskva arasında münasibətlər pozulub. Rusiya istəmir ki, ermənilərin siyasi ambissiyalarına dəstək versin, Ermənistana pul xərcləsin, siyasi imkanlar yaratsın. Ermənistan isə axtarışdadır. İrəvan axtarır ki, Rusiyanın yerini kim tutsun?! Bu zaman meydana Qərb çıxır. Qərb ölkələri və siyasətçiləri maraqlıdırlar ki, Cənubi Qafqazda möhkəmlənsinlər. Bölgədə iki dövlətin – həm Gürcüstanın, həm də Ermənistanın ərazisində Rusiya qoşunları qalıb. Azərbaycanda bu problem mövcud deyil. Azərbaycan öz ərazisini özünün hərbi imkanları ilə təmin edib. Ermənilər istəyirlər ki, Qərb silahları ölkəyə gəlsin, təhlükəsizliyin təminində Qərbin rolu artsın. Nəzərə almaq lazımdır ki, Avropanın hərbçiləri müşahidə missiyası adı altında Ermənistandadırlar. Amma hesab edirəm ki, bu missiya ilə, Qərbdən alınan silahla Ermənistan Rusiyanı əvəzləyə bilməyəcək. Unutmaq olmaz ki, Gümrüdə Rusiyanın hərbi bazası var.

- Ermənistan silahlanma ilə müharibəyə hazırlaşır?

- Mən deməzdim ki, Ermənistan müharibə aparmaq iqtidarındadır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edib. Bu faktdır. Qərbdən, Hindistandan, Yunanıstandan silah almaqla, silah tədarükü ilə erməni ordusu tezliklə özünə gələn deyil. Əlbəttə, şərti sərhəddə hansısa təxribata əl ata bilərlər. Bu da, təbii ki, sülh prosesinə mənfi təsir göstərən haldır.

Ermənistan həm istəyir ki, təhlükəsizlik təminatı alsın, həm də istəyir ki, özünü Qərbə meyilli ölkə kimi göstərsin. Görünür ki, bunun razılığı həm Rusiyadan alınıb, həm də Qərbdən. Azərbaycan bu oyunları görür və diplomatik həmlələrini edir.

- Yəni müharibəni istisna edirsiniz?

- Hər halda, yeni müharibə istisnadır. Amma Ermənistanın mövqeyində anormallıq mövcuddur. Bilirsiniz, hərdən Ermənistanın Baş naziri Nikol Paşinyan maraqlı çıxışlar edir, erməni cəmiyyətinə suallar ünvanlayır. Paşinyan soruşur ki, hansıErmənistanı istəyirsiniz: mifik Ermənistanı, yoxsa real Ermənistanı?! Revanşist kəsim mifik Ermənistanı istədiklərini deyirlər. Paşinyan isə real Ermənistan tərəfdarı kimi görünür. Bəzən isə erməni siyasətçiləri ziddiyyətli bəyanatlar səsləndirilir. Bir tərəfdən deyirlər ki, “müharibəni istəmirik”, “sülh istəyirik” və s. Digər tərəfdən də silah alırlar, revanşist bəyanatlar verirlər. Başa düşmək olmur ki, Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır, yoxsa sülhə?! Bu suallara rəsmi İrəvandan cavab verilməlidir.

Bununla yanaşı, Ermənistan daxilində çox ciddi siyasi problemlər var. Təəssüf ki, biz belə bir ölkə ilə qonşuyuq. Hələlik bizim siyasi imkanlarımız imkan vermir ki, bu suallarımıza cavab alaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri