İrəvanı çalxalayan iddia: Türkiyədə hazırlanıb, Ermənistana göndərilib...
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yaxın zamanda ölkədə 190 min saxta Ermənistan pasportu və 29 min şəxsiyyət vəsiqəsi aşkarlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müxalif DOK Partiyasının təsisçisi Vardan Qukasyan bildirib.
Onun sözlərinə görə, əməliyyat nəticəsində həmin pasportların Türkiyədə hazırlandığı ortaya çıxıb:
“O sənədlərin hamısı Türkiyənin İzmir şəhərində hazırlanıb. Daha sonra Gürcüstana gətirilib, oradan da Ermənistana keçirilməsi nəzərdə tutulub”.
Qukasyan iddia edib ki, bunlardan 2026-cı ildə keçiriləcək parlament seçkilərinin saxtalaşdırılmasında istifadə edilməsi planlanıb.
İddialara əsasən, bu pasportların son zamanlarda Ermənistana axın edən hindlilərə verilməsi və onların da bu yolla seçkilərə cəlb edilməsi nəzərdə tutulub. Lakin sifarişin dəqiq olaraq kimin və hansı qüvvələrin tapşırığı ilə icra edildiyi məlum deyil. Sözügedən məsələ erməni ictimaiyyətində ciddi müzakirələrə səbəb olub və narahatlıq doğurub.
Ayşən Mustafa
Globalinfo.az
Baxış sayı:59
Bu xəbər 03 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















