İrəvanı Moskvadan qoruyacağıq Fon der Leyen
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Rəsmi Moskva Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının qarşısını almağa çalışsa da, Brüssel İrəvana dəstəyini davam etdirəcək.
Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən geniş tərkibli görüş zamanı bildirib.
“Biz çox yaxşı anlayırıq ki, Rusiya Ermənistanın Avropa İttifaqına daha da yaxınlaşmaması üçün təzyiq göstərməyə çalışır. Biz buna imkan verməyəcəyik və sizi bu prosesdə dəstəkləyəcəyik. Əgər Rusiya Ermənistan məhsulları üçün öz bazarını bağlayarsa, Avropa İttifaqı Ermənistan malları üçün 450 milyon istehlakçını əhatə edən bazarını açmağa hazırdır. Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa İttifaqı ilə birləşdirəcək nəqliyyat və infrastruktur layihələrinə investisiya qoyulacaq. Məhz Ermənistan bu prosesdə geostrateji baxımdan mühüm rol oynayır", - Leyen deyib.
O əlavə edib ki, artıq Ermənistana 200 milyon avro həcmində dəstək ayrılıb və bu rəqəmin gələcəkdə 2 milyard avroya qədər artırılması mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















