Icma.az
close
up
RU
İrəvanın Avropa gedişi: Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır

İrəvanın Avropa gedişi: Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə  görüş keçirib. Görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib. Məlumatda qeyd olunub ki, Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etsə də, hələ də razılıq əldə olunmayıb. Ermənistan hakimiyyəti sülhün imzalanmasında maraqlı olduqları iddialarını irəli sürür, amma əməlləri ilə bunu inkar etdikləri göz önündədir. Onlar Qərb dövlətləri və digər əlaltıları ilə münaqişənin yenidən alovlanmasına şərait yaradaraq hər cür planlar qururlar. 


Politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, Ermənistan uzun müddətdir ki, regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır:

"Finlandiya rəhbəri ilə danışıqlar regiondakı problemləri müxtəlif güc mərkəzləri ilə müzakirə etməyin mümkünlüyünə hesablanıb. Çünki Avropa "ailəsinin" burada iştirakı Ermənistan üçün daha məqbuldur. Polşa lideri Andjey Duda Ermənistana səfəri, Mirzoyanın Finlandiya Prezdineti ilə görüşməsi və s.-nin mahiyyəti Ermənistanın öözünü sülh tərəfdarı kimi təqdim etməsidir.  Ermənistan tərəfi bununla yanaşı, sülh haqqında daha geniş danışıb elə təəssürat formalaşdırmağa çalışırlar ki, sanki Azərbaycan sülhə maraqlı deyil. Guya Azərbaycan Ermənistanın sülh istiqamətlərində təşəbbüslərini inkar edir, daha amnistiyalı təkliflər irəli sürür. Lakin reallıq tamamilə başqadır".


Politoloqun sözlərinə görə, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır:

"Rəsmi İrəvan qanunvericilik müstəvisində dəyişiklik etməkdən boyun qaçırır. Bununla yanaşı sürətlə silahlanır, müxtəlif silah mənbələrini formalaşdırmağa çalışır. Hətta Hindistan, Fransa, Yunanıstan kimi dövlətlərdən bu sövdələşmələri əldə etmək şərtləri icra olunur, ayrı-ayrı logistik marşurutlar formalaşdırılır. Amma Paşinyan dildə qeyd edir ki, Ermənistan sülh sazişinin imzalanması üçün siyasi iradəyə malikdir və sözügedən sazişin imzalanması mümkündür. Onlar xarici ünsürlərə göstərməyə çalışırlar ki, Ermənistanın xarici siyasətinin əsas prioriteti Azərbaycanla nizamlanmadır. Beynəlxalq auditoriyanı çaşdırmağa yönəlmiş addımlar isə heç nəyə gətirib çıxarmır və nəticədə sülh əldə etmək də mümkün olmur. Bunun əsas günahkarı rəsmi İrəvan və onun siyasi elitasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri