Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İrəvanın Avropa xəyalları və ERMƏNİSTAN ÜÇÜN RİSKLƏR TƏHLİL

İrəvanın Avropa xəyalları və ERMƏNİSTAN ÜÇÜN RİSKLƏR TƏHLİL

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan guya ki, Avropa İttifaqına mümkün üzvlük mövzusunda “siyasi fəallıq” nümayiş etdirir. Həmin ölkənin parlamentində Aİ-yə inteqrasiya prosesinin başlanmasına dair qanun layihəsinin müzakirəsi məsələnin referenduma çıxarılması üçün 60 min imza toplayan qərbyönlü partiyaların təşəbbüsü bəzi məqamlardan xəbər verir. Bununla belə, müzakirələrin “mahiyyəti” ilə bağlı məntiqi suallar yaranır. Həmin suallar da təsdiq edir ki, reallıqda ortada olan məhz İrəvanın Avropa ilə bağlı xam xəyallarıdır və əslində, Ermənistan üçün böyük risklər deməkdir.

Ermənistanın təkcə Avropa İttifaqına yox, hansısa ittifaqa qoşulmaq istəyi xam xəyallardır

Avropanın indiki siyasi və iqtisadi durumunda xam xəyallardan doğan bu cür təşəbbüslər daha çox Brüssel üçün heç bir əhəmiyyət kəsb etməyən “küçə asöhbətlətini” xatırladır. Hətta onilliklər ərzində “Avropa qatarını” gözləyən ölkələrin də üzvlük prosesinin onsuz da ləng getdiyini nəzərə alsaq, belə qənaətə gəlmək olur ki, Avropa İttifaqı nəinki yaxın illərdə, ümumiyyətlə, Ermənistanın “həmin müstəviyə” inteqrasiyası istiqamətində qətiyyən ciddi addımlar atmayacaq. Məhz bu baxımdan da hayların Avropa İttifaqına “qaynayıb qarışmaq” mənasında uydurduqları ancaq “küçə söhbətinə” bənzəyir. Xüsusən də “arada” Rusiya boyda bir “maraqlı oyunçu” olduğu halda, Ermənistanın təkcə Avropa İttifaqına yox, hansısa ittifaqa qoşulmaq istəyi xam xəyallardır.

Diqqətə çatdıraq ki, Rusiya artıq bu məsələ ilə bağlı qətiyyən mövqeyini gizlətmir. Xüsusən də, baş nazirin müavini Aleksey Overçukun birbaşa bəyan etdikləri Kremlin mövqeyinin nədən ibarət olduğunu göstərir. Beləki, əgər Overçuk bəyan edibsə ki, Ermənistanın Aİ-yə doğru addımları Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxmaq siqnalı kimi qəbul edilir, deməli, rəsmi Moskva artıq Ermənistanla bağlı kəskin mövqeyə sahibdir. Belə bir mövqe isə Ermənistan üçün iqtisadi baxımdan əsl fəlakət deməkdir. Xatırladaq ki, Aİİ ilə ticarət 2024-cü ildə Ermənistanın xarici dövriyyəsinin düz 42%-dən çoxunu təşkil edib. Amma Aİ ilə bu rəqəm uzaq başı 7,5%-ə çata bilər. İrəvan üçün Aİİ kritik üstünlüklər, o cümlədən rüsumsuz ticarət və güzəştli enerji təchizatına çıxış imkanlarıdır. Amma yenə də öz düşünülməmiş, uğursuz tərzi ucbatından həmin ölkə özünü uçuruma doğru sürükləyir. Ən azından bunun Ermənistan üçün risk olduğu təkzib edilə bilməz.

İmkanlar, güzəştlər itirilə bilər və belə olan halda, Ermənistan kəskin bahalaşma ilə üzləşəcək

Bilirik ki, Rusiya Ermənistana təbii qazı güzəştli tariflərlə verir. Onu da bilirik ki, bu da əhali və sahibkarlar üçün qiymətləri məqbul səviyyədə saxlamağa imkan verir. Məsələ burasındadır ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə bu üstünlüklər, imkanlar, güzəştlər itiriləcək. Belə olan halda isə həmin ölkə yanacağın və elektrik enerjisinin kəskin bahalaşması ilə üzləşəcək. Eyni zamanda, ərzaq idxalı ilə bağlı da işğalçı ölkədə oxşar vəziyyət yarana bilər. Ermənistan Aİİ ölkələrindən, ilk növbədə Rusiyadan əhəmiyyətli həcmdə buğda və digər kənd təsərrüfatı məhsulları idxal edir ki, bu da güzəştli şərtlərlə həyata keçirilir. Bu əlaqələrin pozulması gömrük rüsumlarının tətbiqinə və mütləq şəkildə əsas malların qiymətinin artmasına səbəb olacaq.

Şübhəsiz ki, Avropa iqtisadiyyatının özü belə özünün ən yaxşı dövrlərindən artıq çox uzaqdadır. Statistik göstəricilərə görə, 2024-cü ildə Avrozonada ÜDM artımı cəmi 0,7% olub. Hətta son rübdə artımın sıfır həddi qeydə alınıb. Nəzərə almaq lazımdır ki, AB-nin əsas “iqtisadi mühərriklərindən” biri olan Almaniya ikinci dəfədir ili artım olmadan başa vurur. Məhz Fransanın özünün belə 2025-ci il üçün proqnozları 1%-dən azdır. Yüksək enerji qiymətləri, Çin və ABŞ-ın artan rəqabəti və daxili siyasi qeyri-sabitlik Aİ üçün problemlər yaratmaqda davam edir. Bütün bunların fonunda Ermənistan hələ də nəyə isə ümid edirsə, böyük yanlışlıq edir. Doğrudur, Aİ xülya olaraq başa düşülür, amma reallıq olsa belə Ermənistan üçün risklər deməkdir.

Avropa Birliyinə inteqrasiya istəyi növbəti uğursuzluq olaraq haylara çox baha başa gələcək

Bir çox məqamları təhlil etdikdə görürük ki, Ermənistanın Avropa Birliyinə inteqrasiya istəyi sadəcə olaraq, növbəti uğursuz addımla bağlı arzudan ibarətdir. Bəlkə də, Ermənistan hakimiyyəti məsələnin mahiyyətini, risklərin nədən ibarət olduğunu anlaya bilmir, amma bununla belə həmin istək, Aİ ilə bağlı xəyallar, yumşaq desək, axmaqlıq kimi görünür. Hələ də bundan sonra mövcudluğu sual altında olan bir ölkənin, səfalət içərisində olan Ermənistanın özünə “macara axtarmaq” həvəsi haylara çox baha başa gələ biləcəyini belə görünür ki, erməni baş nazir Nikol Paşinyan da, onun hakimiyyət komandası da başa düşə bilmir və növbəti uğursuzluq kimi bunu da erməni tarixinə yazmaq niyyəti var.

Avropanın özünün böhran dövrünü yaşadığı günümüzün reallığıdır. Məhz belə reallıq fonunda, uzun müddətdir ki, üzvlük üçün gözləyən ölkələrin inteqrasiyadan imtina edildiyi bir şəraitdə İrəvanın son dərəcə qeyri-müəyyən perspektivləri olan layihəyə “həvəslənməsi” yaxşı halda uğursuzluq adlandırıla bilər. Bəllidir ki, belə addımların atılması reallıqda Ermənistan üçün nəinki iqtisadi dividentlər gətirməyəcək, hətta ölkə daxilində vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Bax elə ən böyük risk budur. Ermənistan siyasi vədlərdən başqa heç nə almayacaq və bütün bunların fonunda da Aİİ daxilində mövcud imtiyazlarını da itirmək riski ilə üzləşməli olacaq. Bəli, İrəvanın Avropa xəyalları Ermənistan üçün böyük risklər deməkdir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri