Icma.az
close
up
RU
İrəvanın boğazına dirənən “102 ci” bıçaq

İrəvanın boğazına dirənən “102 ci” bıçaq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Parlament seçkiləri Moskvanın təsir gücünü də aşkar edəcək

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinə az qalıb. Budəfəki seçkilər ölkənin gələcək strateji kursunu müəyyən etməklə yanaşı, həm də İrəvanın “müdhiş” böhran ssenarisinə, yoxsa sabitlik mərhələsinə qədəm qoyacağını müəyyənləşdirəcək. Siyasi arenada əsas fiqurlar artıq bəllidir: martın 30-da hakim “Mülki müqavilə” partiyası ölkənin baş naziri Nikol Paşinyanın namizədliyini rəsmən təsdiqləyib.

Ondan əvvəl isə əsas müxalif güc hesab edilən “Ermənistan Alyansı” tərəfdən Robert Koçaryan, həmçinin rusyönümlü mövqeyi ilə seçilən “Güclü Ermənistan” koalisiyası tərəfdən Samvel Karapetyan mübarizəyə qoşulub. Sosial sorğuların nəticələrinə görə, Paşinyan hazırda rəqiblərinə nisbətən seçicilərin gözündə daha çox “persona-qrata” statusunda görünsə də, bu üstünlük həlledici deyil. Mövcud reallıqlar hakim partiyanın təkbaşına hökumət qurmaq üçün yetərli səs toplaya bilməməsi ehtimalını gücləndirir ki, bu da seçkidən sonra ölkəni mürəkkəb koalisiya danışıqlarının gözlədiyindən xəbər verir.

***

Ölkənin qarşısında duran ən ciddi və təhlükəli təhdid kənar müdaxilə ilə bağlıdır. Parlament seçkiləri yaxınlaşdıqca, prosesə kənar güclərin mümkün müdaxiləsi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Xüsusilə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza seçkilərin nəticələrinə təsir edə biləcək kritik rıçaqlardan biri hesab olunur. Bu seçkilər Ermənistan üçün onilliklər boyu sığındığı “Rusiya təhlükəsizlik çətiri”ndən tamamilə uzaqlaşıb-uzaqlaşmayacağını müəyyən edən strateji sınaq olacaq. Hazırda Gümrü ətrafında intensivləşən informasiya savaşı və artan siyasi gərginlik göstərir ki, sözügedən hərbi baza ölkənin daxili siyasi xəritəsini yenidən cızmaq potensialına malikdir. Kremlin bu təsir vasitəsindən hansı məqamda və formada istifadə edəcəyi hələlik müəmmalı qalsa da, hərbi mövcudluğun kölgəsi seçki prosesinin üzərində ciddi təhlükə faktoru kimi dayanmaqdadır.

Xüsusilə revanşistmeyilli media resurslarının iddiaları və 102-ci bazanın daxilindəki gizli kampaniya barədə yayılan xəbərlər Moskvanın artıq hərəkətə keçdiyinə dəlalət edir. İddialara görə, bölmə komandirləri yerli vətəndaşlarla aparılan söhbətlər zamanı onları Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasına səs verməmələri təqdirdə işdən çıxarılacaqları ilə hədələyirlər. Bu ssenarini Rusiyanın Ermənistan daxilində özünə sadiq siyasi elita yetişdirmək və Paşinyan administrasiyasının Qərbə meyilli kursunu sarsıtmaq cəhdi kimi qiymətləndirmək olar. Yeri gəlmişkən, digər tərəfdən, baş nazirliyə iddialı Samvel Karapetyanın heç kəsə sirr olmayan Rusiya vətəndaşlığı Moskvaya böyük manevr imkanı yaradır. 2024-cü ildən bəri Rusiya Dövlət Dumasında xaricdəki Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsini müzakirə edir ki, bu da kandarda dayanan təhlükəni daha da real edir. Layihə qəbul olunacağı təqdirdə, 102-ci hərbi baza “öz vətəndaşını qorumaq” adı altında Karapetyan üçün xüsusi əməliyyat keçirə bilər ki, bu da Ermənistanın suverenliyi üçün birbaşa təhdid mahiyyəti daşıyır.

O da bəllidir ki, Samvel Karapetyanın “hakimiyyəti ələ keçirməyə çağırış” ittihamı ilə bir ilə yaxındır ki, ev dustaqlığında saxlanılır. Bu müddətin mütəmadi uzadılması Moskvanın hərəkətə keçməsi üçün əlverişli bəhanə rolu oynaya bilər. Görünən odur ki, Kreml vəziyyətə uyğun “siçan tələsi” quraraq pusquda gözləyir, ehtiyac yarandığı təqdirdə Ermənistanı öz orbitində saxlamaq üçün kobud güc ssenarisini işə salmaqdan çəkinməyəcək. Qısaca, hazırkı mənzərədə Ermənistanın “zəif bənd" statusu dəyişməz qalmaqdadır. Rəsmi İrəvanın ardıcıl və qətiyyətli müstəqil siyasət yürüdə bilməməsi ölkəni çıxılmaz küncə sıxışdırıb. Ermənistanın 16-cı baş nazirinin “real Ermənistan”ın heç bir kənar qüvvədən asılı olmadığı barədə bəyanatlarına rəğmən, reallıq ölkənin Qərb ilə Rusiya arasında gedib-gələn “yelləncək” vəziyyətində olduğunu göstərir. Bu kontekstdə Gümrüdəki 102-ci hərbi baza İrəvanın boğazına dirənmiş siyasi bıçaq funksiyasını yerinə yetirir. Seçki nəticələrinin Rusiyanın maraqları ilə kəskin ziddiyyət təşkil edəcəyi təqdirdə, “xaosun idarə olunması” və ya “ordu ilə xalqın birliyi” kimi şüarlar altında müdaxilələr Ermənistanın müstəqilliyini faktiki olaraq ləğv edə, onu yalnız kağız üzərində qalan formal sənədə çevirə bilər.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Ermənistanda seçkiqabağı daxili siyasi vəziyyət son dərəcə gərgin xarakter alıb və bu gərginliyin artan templə davam edəcəyi proqnozlaşdırılır. Müxalifət qüvvələri və siyasi partiyalar Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə öz səylərini birləşdirmiş, eyni zamanda, Erməni Kilsəsi də mövcud iqtidarla münasibətlərini kəsərək müxalif cəbhəyə meyillənmişdir.

Prosesin xarici amillərlə bağlı tərəfində isə Rusiyanın müxalif qruplaşmaları dəstəkləyən fəallığı və Gümrüdəki 102-ci hərbi bazasından dolayı təsir vasitəsi kimi istifadə etmək niyyəti aydın şəkildə müşahidə olunur. Hərbi personajların birbaşa siyasi fəaliyyəti hüquqi baxımdan məhdud olsa da, onların müxalifət nümayəndələri ilə qurduğu yaxın münasibətlər və “kulisarxası” fəaliyyətlər hakimiyyət dəyişikliyinə yönəlmiş strateji addımlar kimi qiymətləndirilməlidir.

Belə bir şəraitdə Paşinyan administrasiyası təbliğat resurslarını daha güclü şəkildə səfərbər etməli və müxalifətin təzyiqlərinə qarşı preventiv tədbirlər görməlidir. Çünki mümkün hakimiyyət dəyişikliyi regiondakı kövrək sabitliyin pozulmasına və gərginliyin yeni müstəviyə keçməsinə səbəb ola bilər. Bu mənada, Ermənistanın hazırkı rəhbərliyi mövcud riskləri dərindən analiz etməli və yaranmış vəziyyətdən ciddi siyasi nəticələr çıxarmalıdır.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri