İrəvanın 102 ci Rusiya bazası ilə bağlı planı: Paşinyan Avropada açıqladı
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın 102-ci Rusiya hərbi bazasını ölkədən çıxarmaq planı yoxdur.
Hurriyyet.org xəbər verir ki, Varşavadakı diplomatların və analitiklərin Ermənistanın bazanı bağlamaq üçün Moskvaya müraciət edib-etməməsi ilə bağlı suallarını cavablandıran Paşinyan belə bir təşəbbüsün irəli sürülmədiyini vurğulayıb.
Paşinyan qeyd edib ki, "Ermənistanda 102-ci Rusiya hərbi bazasının olması ilə bağlı heç bir planımız, proqramımız və ya sualımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var - iqtisadi və siyasi əlaqələr qurulub".
Eyni zamanda, o, yenidən KTMT-nin İrəvan qarşısındakı müttəfiq öhdəliklərini yerinə yetirmədiyini bildirib.
Baş nazir Rusiya ilə mövcud münasibətləri "transformasiya mərhələsində" adlandırıb.
102-ci Rusiya hərbi bazası Ermənistanda yerləşir. İrəvanda yerləşən Erebuni Hava Bazası da Gümrüdəki bu bazanın bir hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 26 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















