İrəvanın hədis raviləri
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Dr. Tərlan Seyfullayev
İlahiyyat üzrə fəlsəfə doktoru)
On iki İmamdan hədislər nəql etmiş bəzi ravilər tarixi Azərbaycan torpaqlarında yaşayıblar. Azərbaycanda əsasən İmam Sadiq (ə), İmam Kazım (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə), İmam Həsən Əskərinin (ə) raviləri və şagirdləri yaşamış və bu şəxsiyyətlərin elmini və hədislərini Qafqaz coğrafiyasında yaymışlar. Onların bu fəaliyyəti On ikinci İmamın (ə) kiçik və böyük qeyb dövrünə qədər davam etmişdir. Kiçik qeyb dövründə bu diyarda Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi və Şeyx Kuleyninin ustadları, böyük qeybət dövründə isə şeyx Səduq, şeyx Tusi və şeyx Müfidin ustad və şagirdləri yaşamışlar.
Tarixi məlumatlara əsasən, İslamın İrəvan bölgəsinə daxil olması Raşidin xəlifələrinin hakimiyyəti dövrünə təsadüf edir. Xəlifələr bu bölgədə öz valilərini təyin edir, həmin dövrdə bəzi ərəb qəbilələri buraya köçürülür və məskunlaşdırılırdı. Buna görə də bölgələrdə insanlar İslam dinini qəbul edir, dini elmləri və məlumatları öyrənmək üçün dini mərkəzlərin olduğu şəhərlərə gedirdilər. İrəvan bölgəsindən də bir çox insan İslam dininin məarifini mənimsəmək üşün elm şəhərlərinə hicrət edirdilər. Onu da qeyd etmək lazımdır ki, İrəvan bölgəsindən olan bəzi ravilərin əsli-nəsəbi ərəb olmuşdur.
İrəvan şəhəri tarixi Azərbaycanın qədim şəhərlərindən biri olmuşdur. Tarixi məlumatlara görə, bu torpaqda Azərbaycan xalqı həmişə yaşayıb. Bu iddianın sübutu sözügedən diyarda mövcud olan ibadət yerləri, məscidlər və buralı görkəmli alimlərdir.
Hər hansı xalqın müəyyən ərazidə yaşadığını təsdiqləyən əlamətlərdən biri onlara məxsus dini ibadət yerlərinin mövcud olmasıdır. Keçmiş İrəvan xanlığı ərazisində islam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə onlarla məscid və ibadət yerləri mövcud olmuşdur. Qədim İrəvan şəhərində onlarla məscid mövcud olsa da, onların bəziləri müharibələr, bir qismi məqsədyönlü dağıntılar, bəziləri isə zəlzələlər nəticəsində dağılıb yer üzündən silinmişdir. İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında kifayət qədər məlumat mövcuddur. Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən orada məscid də inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılmışdır. 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad Paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi. (Mustafayev 2020: 226).
İrəvanİrəvan, qədim Azərbaycan şəhəri, Azərbaycan Milli Şurasının 1918 il 29 may tarixli qərarı ilə "bir siyasi mərəkəz" olaraq ermənilərə güzəşt edilmiş və o dövrdə Cənubi Qafqazda yaradılmış ilk erməni dövlətinin - Ermənistan Respublikasının paytaxtına çevrilmişdi. Eramızdan əvvəl 782 ildə tikilmiş Erebuni qalası yaxınlığında bina olunmuşdu. O zaman ermənilər hələ Cənubi Qafqaza doğru yayılmamışdılar və onların burada heç bir dövlət qurumları da yox idi. İrəvan adı ilk dəfə 607 ildə çəkilmişdir. Şəhər Rəvan, Erivan, Yerevan və s. adlarla da tanınmışdır.
İrəvanın Azərbaycan ərazilərindən ayrılması1918-ci ildə Qafqaz Parlamenti ləğv edildikdən sonra Tiflisdəki Erməni Milli Şurası Ermənistan hökumətinin qurulduğunu elan etdi. 1918-ci il mayın 29-da Azərbaycan hökuməti qurulduqdan bir gün sonra Tiflisdə Azərbaycan Milli Məclisi keçirildi. Rusiya hökuməti Azərbaycan Respublikasını müharibə ilə hədələyərək İrəvanı Ermənistana təslim etməyə məcbur etdi. Formalaşmasından bir gün keçmiş bir ölkə üçün mübarizə aparmağın çoxlu problemləri var idi və ola bilsin ki, onun dağılmasına səbəb ola bilərdi.
Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski Şura üzvlərinə Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası barədə məlumat verib. (Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, c.2, s.56.) O bildirib ki, Ermənistan hökumətinin formalaşması üçün paytaxtın olması zəruridir. Aleksandropor şəhəri Türkiyə ərazilərinə əlavə edildikdən sonra İrəvan şəhərinin paytaxt olmaq potensialı var. Ona görə də biz İrəvan məsələsində Ermənistanla güzəştə getməliyik. Azərbaycan Şurasının Xəlil Bəy Xasməmmədov, Məhəmməd Yusif Cəfərov, Əkbər Ağa, Şeyxəl İslamov, Məhəmməd Məhərrəmov kimi üzvləri buna etiraz edərək İrəvanın Ermənistana verilməsini tarixin böyük bədbəxtliyi adlandırdılar. Beləliklə, bu etirazlara baxmayaraq məsələ səsə qoyuldu və bu iclasda 28 nəfər var idi ki onlardan yalnız 17-si səsvermədə iştirak etdi. 17 nəfərdən biri məsələnin əleyhinə, 16 nəfər isə İrəvanın Ermənistana verilməsinə səs verdi. Qalan on bir nəfər isə bitərəf qalıb, səs vermədə iştirak etmədilər. Bu səsvermədən sonra Fəthəli Xan Xoyski nəticə barədə Azərbaycan Respublikasının Baş Naziri Məhəmmədhəsən Hacınskiyə belə məlumat verdi: “Biz Ermənistanla bütün mübahisələrə son qoyduq. Biz onların xahişini qəbul edib onlarla müharibəyə son qoyduq. İrəvan barəsində Ermənistanla güzəştə getdik”. (Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, c.2, s.56.)
İrəvan bölgəsinin mühəddisləriİrəvan şəhəri əsrlər boyu Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri kimi daim böyük elm və mədəniyyət xadimlərinin toplaşdığı və yaşayıb-yaratdığı məkanlardan biri olmuşdur. İslamın ilk dövrlərində bu şəhərdə böyük hədis raviləri yaşamışlar. Bu şəxsiyyətlər müxtəlif İslam dövlətlərinə səfərlər edərək, dini elmləri öyrənib bu şəhərdəki müsəlmanlara çatdırmışlar. Bu ravilər əsasən imam Sadiq (ə), imam Kazım, imam Rza və imam Həsən Əskərinin (ə) şagirdləridirlər.
İravan raviləri haqqda danışmamışdan əvvəl bir məsələyə aydınləq gətirmək lazımdır. İrəvan ravilərini hədisin qəbul və ya rədd edilməsinə aid olan xüsusiyyətlərini (yəni zəif və ya mötəbər olması) araşdıranda onlardan bəzilərinin “məchul” və ya “möhməl” olduğunun şahidi oluruq. Buna aydınlıq gətirmək üçün iki termini izah etmək lazımdır.
Məchul; Rical elmi kitablarında adı gəlməyən, adı gəlsə də tanınmayan şəxsə deyilir.
“Möhməl”; Rical elmi kitablarında sənəddəki bəzi ravilərin adı qeyd olunmasa, yaxud onların haqında məzəmmət və tərif qeyd edilməsə, belə bir hədisə “möhməl” deyilir.
Belə bir sual yarana bilər ki, bu ravilər Əhli-beytin (s) səhabə və şagirdləri olmalarına rəğmən niyə yenə zəif ravilərdən hesab edilib və niyə rical elmi kitablarında məchul ya da möhməl kimi qeyd edilmişlər?

Bu ravilərin rical alimləri tərəfdən tanınmamasının və tanımadıqlarına görə onları zəif adlandırlarının səbəbi bu şəxslərin dini elmlərin mərkəzləri olan Kufə, Qum və Bağdad şəhərlərindən çox uzaqda yəni, Azərbaycanda və Qafqazda yaşaması və rical alimlərinin onlar haqda kifayət qədər araşdırma aparmaq imkanlarının olmamasıdır. Misal olaraq şeyx Tusinin “Rical” əsərindəki sözünü qeyd edirik: “Ravilərin hamısının adlarını toplaya biləcəyimə söz verə bilmirəm. Çünki ravilərin sayı çoxdur, onlar dünyanın müxtəlif ölkələrində və müxtəlif şəhərlərdə yaşamışlar.” (Tusi, 1415: s 17)
1. Əbulheysəm Xalid ibn AbdullahO, İmam Sadiqin (ə) ömürnün sonlarında yaşamış və böyük ehtimalla İmamla (ə) Mədinə şəhərində görüşmüşdür. O dövrdə yeni yaranmış Abbasi xilafətinin paytaxtı Bağdad şəhərinə səfər edib və İmam Sadiqin (ə) şagirdi Hişam ibn Salimdən hədis öyrənmişdir. Əbulheysəm diam Qafqaza və İrəvan şəhərinə davamlı şəkildə səfər etmişdir. Onun Bağdad səfərlərindən birində ibn əbi Umeyr və Həsən ibn Əli ondan hədis öyrənmişdir.
Ustadları
Qeyd edilən taxiri faktdan belə başa düşülür ki, Əbulheysəmin iki ustadı olmuşdur, İmam Sadiq (ə) və onun görkəmli şagirdi Hişam ibn Salim. (İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən olan Hişam İbn Salim Cəvaliqi Cufi, ilahiyyat elmini, fiqhdən daha yaxşı bilirdi. İmam Sadiq (ə) tövhid kimi bəzi kəlam elminə aid məsələlərdə müraciət edənləri ona yönəldirdi. Hişam İmam Sadiq və İmam Kazimdən hədis nəql etmişdir. Rical alimlərin nəzərinə görə, o, etibar ediləsi şəxs sayılır. Onun adı şiə hədis kitablarında 663 hədisin sənədlərinin silsiləsində qeyd edilmişdir.)
Şagirdləri:
1.Məhəmməd ibn Əbi-Umeyr.
2.Həsən İbn Əli İbn Əbi-Osman. (Tusi 1415: s 226)
Rical elmindəki etibarlılığı və məqbulluğu
Rical kitablarında Əbulheysəm Xalid ibn Abdullah, İmam Sadiqin (ə) səhabələrindən sayılır, ancaq onun müvəssəq və zəif olması haqda məlumat yoxdur. Bəzi alimlər Əbulheysəmi məchul sayırlar. (Mamaqani, 1392: c 1, s 48)
Nəql etdiyi hədis
Şeyx Hürr Amuli İsbat əl-Huda kitabında aşagıdakı hədisi qeyd edir:
عن الحسن بن عبد الصمد عن الحسن بن علي عن ابن أبي عمير عن خالد عن هشام بن سالم عن أبي عبد اللّه قال: إن للّه بالمشرق مدينة اسمها جابلقا، لها اثنا عشر ألف باب من ذهب، بين كل باب إلى صاحبه فرسخ، على كل باب برج فيه اثنا عشر ألف مقاتل، يهيّئون الخيل و يشحذون السيوف و السلاح ينتظرون قيام قائمنا و إن للّه بالمغرب مدينة يقال لها جابرصا، ثم ذكر أنها مثل جابلقا و قال: ينتظرون قائمنا.
Əl-Həsən ibn Əbdu əs-Səməddən, əl-Həsən ibn Əlidən, ibn Əbi Umeyrdən, Xaliddən, Hişam ibn Salimdən o da, Əbi Abdullahdan nəql edərək dedi: Allahın şərqdə Cabulqa adlı bir şəhəri var, onun on iki min qızıl qapısı var, hər qapının arasında sahibinə bir fərsəx məsafə var, hər qapıda bir qala var ki, on iki min döyüşçü var, atlarını hazırlayır, qılınc və silahlarını itiləyir və bizim Qaimimizin (Məqsəd On ikinci İmamdır, mənası da qiyam edən deməkdir) qiyamını gözləyirlər və Allahın qərbdə də bir şəhəri var ona Cabursa deyirlər, sonra onların Cabulqa kimi olduğunu xatırladıb dedi: Onlar da bizim Qaimimizi gözləyirlər. (Amuli, 1425: c.5, s 143.) Qədim coğrafiyada iki alleqorik şəhərin adı olan Cəbulqa və Cəbulsə (yaxud Cəbulq və Cəburs/ Cabursa/ Cəbuls/ Cəbulsə) dünyanın şərq və qərb sərhədlərində müvafiq olaraq yer alır. İslam mənbələrində bu iki şəhər haqqında rəvayətlər vardır. Bəzi sufilər və mistiklər bu iki şəhəri örnək götürmüşlər, lakin Əllamə Məclisi burada qəribə və zəif material olduğunu etiraf edərək, bu barədə ilahiyyatçı və filosofların fikirlərini ətraflı nəzərdən keçirmiş və onların təfsirlərini bəyənməmiş və əsaslandırmışdır. Bu təxminlərə əsaslanır. (Bax: İslam Dünyası Ensiklopediyası, İslam Ensiklopediyası Fondu, “Cəbəlqə” məqaləsindən götürülmüşdür, 4297).
2.Səmmanİrəvan məntəqəsində yaşamış ravilərdən biri Səmmandır. Səmman yağ satmaqla məşgul olmuşdur. O, bir müddət Mədinə şəhərində İmam Sadiqin (ə) elmindən bəhrələnmişdir. (Xoyi, 1390: c 9, s 319). O, sonra Bağdada səfər edib. Bağdadda İslam dünyasının böyük ravilərindən olan Məhəmməd ibn Əbi-Umeyr ondan hədis təlim almış və əxz etmişdir. Rical alimləri tərəfdən müvəssəq hesab edilən Əli ibn İbrahim Qumi və atası İbrahim ibn Haşim Səmmandan hədis nəql etmişlər. Səmman əsasən İraq və Azərbaycan arasında ticarətlə məşğul olmuşdur.

Ustadı:
İmam Sadiq (ə).
Şagirdi:
Məhəmməd ibn Əbi-Umeyr.
Rical elmindəki etibarlılığı və məqbulluğu
Rical mənbələrində onun haqqında söz açılmır. Ondan yalnız Məhəmməd ibn Yəqub Kuleyni bir hədis nəql etmişdir və Seyid Xoinin görüşünə əsasən O, İbrahim ibn Haşim və Məhəmməd ibn Əbi-Umeyrin sənədlər silsiləsində yer aldığı üçün diqqətə layiqdir.
Nəql etdiyi hədis
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ السَّمَّانِ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ :إِذَا رَأَى الصَّائِمُ قَوْماً يَأْكُلُونَ أَوْ رَجُلًا يَأْكُلُ سَجَّتْ كُلُّ شَعْرَةٍ مِنْهُ.
Əli ibn İbrahim atasından, əs-Səmmandan, o da, Əbi Abdullahdan (ə), nəql edərək dedi: Elə ki, oruc tutan şəxs camaatın və ya bir kişinin yemək yediyini görsə, saçının hər bir teli fəryad edər. (Kuleyni, 1407: c.4, s 65)
3. Abdullah ibn Həkəmİrəvanda yaşamış və İmam Sadiqdən (ə) çoxlu hədis nəql edən ravilərdən biri də Abdullah ibn Həkəmdir. Tarixi faktlar onun hədis sahəsində bir kitabının olduğu və Tiflis ravilərindən biri tərəfdən nəql olduğu haqda xəbər verir. O, İmam Mühəmməd Baqirin (ə) ömrünün sonlarında Mədinə şəhərinə gəlmiş və İmam Sadiqin (ə) imaməti dövrünə qədər orda yaşamışdır. Daha sonra Qafqaza və Tiflisə səfər etmişdir. Çünki onun şagirdlərindən ikisi Tiflis ravilərindən olan Musa və Məhəmməd qardaşlarıdır. Abdullah ibn Həkəm Mədinədə olduğu müddətdə şəhərin böyük şəxsiyyətləri olan İmam Baqirdən (ə), İmam Sadiqdən (ə), İmam Kazımdan (ə), Cabir ibn Yəzid Cofidən, Abdullah ibn İbrahim ibn Məhəmməd Cəfəridən, İsa ibn Ətiyyədən və Müaviyə ibn Əmmar Duhnidən bəhrələnmişdir. O, İmam Baqirdən (ə) bir hədis, İmam Sadiqdən yeddi hədis, Cabir ibn Yəziddən üç hədis, Cəfəridən altı hədis İbn Ətiyyədən iki hədis və İbn Əmmardan bir hədis nəql etmişdir. Qeyd etdiyimiz kimi onun Tilfisdə iki şagirdi Musa və Məhəmməd ibn Zəncəviyyə Tiflisi olmuşdur. (Rzai, 1385: s 152)
Ustadları
1.İmam Baqir (ə) (1-Hədis);
2.İmam Sadiq (ə) (7-Hədis);
3.İmam Kazim (ə);
4.Cabir ibn Yezid Cufi (3-Hədis);
5.Abdullah ibn İbrahim ibn Məhəmməd Cəfəri (6-Hədis);
6.İsa ibn Ətiyyə (2-Hədis);
7.Muaviyə ibn Əmmar Dəhəni (1-Hədis).
Şagirdləri:
1.Musa ibn Zəncəviyyə Tiflisi;
2.Məhəmməd ibn Zəncəviyyə Tiflisi.
Rical elmindəki etibarlılığı
Onun adı Nəcaşi, İbn Ğəzairi, İbn Davud və Əllamə Hillinin kitabları kimi ilkin mənbələrdə çəkilmişdir. O bu mənbələrdə “zəif” hesab edilib, hədisin nəqlində mübaliğə etməkdə ittihamlandırılıb.
Rical kitablarında onun zəif olduğu bildirlir. (Hilli, 1417: s 270) Şeyx Tusi onun kitab yazdığını və bu kitabın sənədini qeyd etmişdir. (Tusi, 1415: s 437) İmamiyyənin dörd kitabında yəni “Kutubu-ərbəəQdə ondan 21-hədis nəql olunmuşdur. Bu hədislərin on birini Kuleyni nəql etmişdir.

Nəql etdiyi hədislər
Onun hədislərinin çoxu fiqh mövzusuna aiddir. Xüsusilə də birbaşa İmam Sadiqdən (ə) nəql edilən hədislər, müxtəlif fiqhi məsələlərdə sual-cavab şəklində nəql edilmişdir. Onun əxlaq və fəzilətlər mövzusunda da, hədisləri vardır.
و عن بعض أصحابنا عن محمّد بن حسان عن محمّد بن رنجويه عن عبد اللّه بن الحكم عن عبد اللّه بن جعفر بن إبراهيم الجعفري عن عبد اللّه بن المفضل مولى عبد اللّه بن جعفر بن أبي طالب قال: لما خرج الحسين بن علي المقتول بفخ و احتوى على المدينة دعا موسى بن جعفر إلى البيعة، فأتاه فقال له: يا ابن عم لا تكلفني ما كلف ابن عمك أبا عبد اللّه فيخرج مني ما لا أريد كما خرج من أبي عبد اللّه ما لم يكن يريد إلى أن قال: ثم ودّعه فقال له أبو الحسن موسى بن جعفر علیه السلام حين ودعه: إنك مقتول فأجدّ الضراب فإن القوم فسّاق يظهرون إيمانا و يسترون شركا، و إنا للّه و إنا إليه راجعون، أحتسبكم عند اللّه من عصبة. ثم خرج الحسين و كان من أمره ما كان فقتلوا كلهم كما قال علیه السلام.
Bəzi səhabələrimizdən, Məhəmməd ibn Hisandan, Məhəmməd ibn Rəncəveyhdən, Abdullah ibn əl-Həkəmdən, Abdullah ibn Cəfər ibn İbrahim əl-Cəfəridən, Abdullah ibn Cəfər ibn Əbi Talibin qulu Abdullah ibn əl-Mufəzzəlin hədisinə əsasən dedi: Fəxdə (Məkkə şəhərinin yaxınlığında bir məntəqənin adıdır) öldürülən əl-Hüseyn ibn Əli elə ki, qiyam etdi və Mədinə şəhərini əhatəyə aldı. Musa ibn Cəfəri beyət etməyə çağırdı və Musa ibn Cəfər onun yanına gəlib dedi: Ey əmioğlu, əmin oğlunun Əbu Abdullaha irəli sürdüyü təklifi mənə qarşı da irəli sürmə ki, onun istəmədiyi şey Əbu Abdullahdan baş verdiyi kimi, mənim istəmədiyim şey də məndən baş versin. Sonra onunla vidalaşdı və Əbu əl-Həsən Musa ibn Cəfər onunla vidalaşanda ona dedi: Öldürüləcəksən, vuranı tap, çünki insanlar günahkardırlar, imanlarını aşkar edirlər və şirklərini gizlədirlər. Biz Allahdanıq və Ona tərəf qayıdacağıq. Mən sizi Allah yanında olan bir qəbilədən hesab edirəm sonra Hüseyn qiyam etdi və Musa ibn Cəfərin dediyi kimi hamısı öldürüldü. (Amuli, 1425: c.4, s.235-236.)
عنه عن سهل بن الحسن عن يعقوب بن اسحاق الضبي عن ابي محمد عن عبد الله بن الحكم عن عيسى بن عطية قال: قلت لابي جعفر عليهالسلام : اني آليت ان لا أشرب من لبن عنزي ولا آكل من لحمها فبعتها وعندي من أولادها فقال : لا تشرب من لبنها ولا تأكل من لحمها فانها منها.
Səhl ibn əl-Həsəndən, Yaqub ibn İshaq əl-Zəbiydən, Əbi Məhəmməddən, Abdullah ibn əl-Həkəmdən, İsa ibn Utəybədən nəql edərək dedi: mən Əbu Cəfərə (ə) dedim: keçimin südündən içməyəcəyimə və onun ətindən yeməyəcəyimə and içdiyim üçün, onu satdım lakin onun balalarından bir neçəsi hələdə qalır, O dedi: Onun südündən içmə və ətindən yemə çünki, onun balaları da onun hökmündədir. (Tusi, 1365: c.8, s.292-293)
محمد بن علي بن محبوب عن محمد بن حسان عن ابي عمران عن عبد الله بن الحكم عن ابى عبد الله عليهالسلام قال: سألته عن رجل صحيح فقأ عين رجل اعور فقال: عليه الدية كاملة فان شاء الذى فقئت عينه ان يقتص من صاحبه ويأخذ منه خمسة آلاف درهم فعل، لأن له الدية كاملة وقد اخذ نصفها بالقصاص.
Məhəmməd ibn Əli ibn Məhbub, Məhəmməd ibn Hisandən, Əbi İmrandan, Abdullah ibn əl-Həkəmdən, o da Əbi Abdullahdan nəql edərək buyurdu: Mən ondan təkgözlü kişinin digər gözünü çıxaran gözləri sağlam bir kişi haqqında soruşdum, O dedi: qan pulunu kamil şəkildə verməlidir, əgər gözü çıxarılan kəs sahibinin qisasını alaraq bir gözünü çıxararsa bu zaman ondan beş min dirhəm almalıdır, çünki kamil qan pulunun yarısını qisasla alıb. (Tusi, 1365: c.10, s 269)
وَ رَوَى مُحَمَّدُ بْنُ حَسَّانَ عَنْ أَبِي عِمْرَانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَكَمِ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) عَنْ رَجُلٍ أَفْلَسَ وَ عَلَيْهِ دَيْنٌ لِقَوْمٍ وَ عِنْدَ بَعْضِهِمْ رُهُونٌ وَ لَيْسَ عِنْدَ بَعْضِهِمْ فَمَاتَ وَ لَا يُحِيطُ مَالُهُ بِمَا عَلَيْهِ مِنَ الدَّيْنِ قَالَ يُقْسَمُ جَمِيعُ مَا خَلَّفَ مِنَ الرُّهُونِ وَ غَيْرِهَا عَلَى أَرْبَابِ الدَّيْنِ بِالْحِصَصِ.
Məhəmməd ibn Həssan Əbi İmrandan, o da Abdullah ibn əl-Həkəmdən nəql edərək dedi: mən Əbu Abdullahdan (ə) müflis olmuş, bir neçə insanlara borcu olan bir kişi haqqında soruşdum o şəxsin, bəzi borc sahiblərinin yanında girov malı var idi və bu halda öldü və qalan var dövləti borc sahiblərinə olan borcu verməyə kifayət etmədi, İmam buyurdu: bu halda bütün girov qoyduğu malı və qalan var dövləti borclu olduğu şəxlər arasında bölünəcək. (İbn Babaveyh, 1413: c.3, s 307)
4.Əbu-BəkrO, İrəvan şəhərində dünyaya gəlmişdir. Hicazda həcc səfəri zamanı İmam Kazımla (ə) görüşmüş və ondan şəriət hökmləri haqda suallar soruşmuşdur. Hicazdan Bağdada qayıdarkən Vaqifi məzhəbinin böyüklərindən olan Həsən ibn Əli Bətaini ilə görüşmüşdür. Bətaini ondan İmam Kazımın (ə) hədislərini öyrənmişdir.
Ustadı
İmam Kazim (ə).
Şagirdi:
Həsən ibn Əli ibn Əbi Həmzə Bətaini (atası kimi vaqifilərdən və onların ikinci nəslinin rəhbərlərindən idi).
Rical elmindəki etibarlılığı
O, böyük rical alimi Nəcaşi tərəfdən zəif sayılmışdır. Çünki məchuldur. (Bəssam, 1426: c 2, s 589)
سأل أبو بكر عبد الله بن المغيرة بأي شيء قطعت على علي قال أخبرتني سلمى أنه لم يكن عند أبيه أحد بمنزلته.
Əbu Bəkr, Abdullah ibn Muğeyrədən soruşdu, niyə tamam vücudun ilə Əliyə bağlanmısan? Dedi, çünki Səlma mənə dedi atasının yanında ondan əziz adam yox idi. Ona görə Əliyə eşq və məhəbbətlə bağlanmışam. (Tusi, 1411: s 62)
5.Əhməd ibn Məhəmməd ibn İbrahimİrəvanda yaşayan ravilərdən biri də Əhməd ibn Məhəmməd ibn İbrahimdir. O, doqquzuncu İmam Məhəmməd ibn Əlinin (ə) dövründə və ondan sonrakı dövrdə yəni hicrətin III əsrində yaşamışdır. O, hədis öyrənmək məqdəsi ilə Bağdad, Bəsrə , Məkkə və Mədinə şəhərlərinə səfər etmişdir.
Ustadı:
Həsən ibn Əli ibn Yəqtin.
Şagirdi:
Muəlla ibn Məhəmməd Bəsri. (Nəcaşinin nəzərininə əsasən Muəllanın əqidə problemi olmuşdır, hədis mövzusunda da o zəif şəxs kimi tanınır. Lakin əksər alimlərin nəzərinə əsasən etibarlı və yaxşı insan olmuşdur). (Xoyi, 1403: c18, s 260)
Nəql etdiyi hədis
الْحُسَيْنُ بْنُ مُحَمَّدٍ عَنْ مُعَلَّى بْنِ مُحَمَّدٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ يَقْطِينٍ عَنْ أَبِي جَعْفَرٍ (ع) قَالَ: مَنْ أَصْغَى إِلَى نَاطِقٍ فَقَدْ عَبَدَهُ فَإِنْ كَانَ النَّاطِقُ يُؤَدِّي عَنِ اللَّهِ عَزَّ وَ جَلَّ فَقَدْ عَبَدَ اللَّهَ وَ إِنْ كَانَ النَّاطِقُ يُؤَدِّي عَنِ الشَّيْطَانِ فَقَدْ عَبَدَ الشَّيْطَانَ.
Əl-Hüseyn ibn Məhəmməd, Muəlla ibn Məhəmməd, Əhməd ibn Məhəmməd ibn İbrahim, əl-Həsən ibn Əli ibn Yəqtin, o da Əbu Cəfərdən (ə) nəql edərək buyurdu: Kim danışanı dinləyirsə, ona ibadət etmiş kimidir, deməli, əgər danışan Allah təalanın sözünü desə o, Allaha ibadət etmişdir, əgər danışan şeytanın sözünü desə, şeytana ibadət etmişdir. (Kuleyni, 1407: c.6, s 434.)
6.Məhəmməd ibn İsaMühəmməd ibn İsa İrəvan ravilərindəndir. O, İmam Sadiqin (ə) təbəqəsindəndir. İbn-İsa hədis öyrənmək üçün İraqdan Rey və Qum şəhərlərinə səfər etmişdir.
Ustadları
1. Əbi İmran əl-Xərat;
Hüseyn ibn Alvan Kəlbi.
Şagirdləri:
Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi,
Səlma ibn Xəttab Razi (Nəcaşi onu və hədisini zəif hesab etmişdir, lakin onun rəvayətlərinin çoxluğu, İbn-Quluviyyənin onun haqqında nəql etdiyi rəvayəti nəql etdiyi rəvayətlərini təsdiq edə bilər, baxmayaraq ki, sonda bəzi insanlar onu vaqifi hesab etmişlər.) (Xoyi, 1403: c 8, s 205)
Nəql etdiyi hədis
عَنْهُ عَنْ سَلَمَةَ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ الْحُسَيْنِ بْنِ عُلْوَانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْوَلِيدِ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: لَمَّا قُبِضَ رَسُولُ اللَّهِ (ص) أَتَاهُمْ آتٍ فَوَقَفَ بِبَابِ الْبَيْتِ فَسَلَّمَ عَلَيْهِمْ ثُمَّ قَالَ السَّلَامُ عَلَيْكُمْ يَا آلَ مُحَمَّدٍ كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ وَ إِنَّما تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَ أُدْخِلَ الْجَنَّةَ فَقَدْ فازَ وَ مَا الْحَياةُ الدُّنْيا إِلَّا مَتاعُ الْغُرُورِ فِي اللَّهِ عَزَّ وَ جَلَّ خَلَفٌ مِنْ كُلِّ هَالِكٍ وَ عَزَاءٌ مِنْ كُلِّ مُصِيبَةٍ وَ دَرَكٌ لِمَا فَاتَ فَبِاللَّهِ فَثِقُوا وَ عَلَيْهِ فَتَوَكَّلُوا وَ بِنَصْرِهِ لَكُمْ عِنْدَ الْمُصِيبَةِ فَارْضَوْا فَإِنَّمَا الْمُصَابُ مَنْ حُرِمَ الثَّوَابَ وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ لَمْ يَرَوْا أَحَداً فَقَالَ بَعْضُ مَنْ فِي الْبَيْتِ هَذَا مَلَكٌ مِنَ السَّمَاءِ بَعَثَهُ اللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْكُمْ لِيُعَزِّيَكُمْ وَ قَالَ بَعْضُهُمْ هَذَا الْخَضِرُ ع جَاءَكُمْ يُعَزِّيكُمْ بِنَبِيِّكُمْ (ص)
Ondan, Sələmədən, Məhəmməd ibn İsa, Hüseyn ibn Ulvandan, Abdullah ibn əl-Vəliddən, o da Əbi Cəfərdən (ə) nəql edərək dedi: Allahın Peyğəmbəri (s) dünyasını dəyişəndə bir nəfər gəlib qapının yanında dayandı və ev əhlinə salam vedikdən sonra, dedi: Salam olsun sizə ey Məhəmmədin ailəsi; “Hər bir canlı ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (Ali-İmran surəsi, ayə.185.) Qüdrətli və Əzəmətli Allahın yanında hər həlak olandan bir canişin, hər bəladan bir təsəlli və itirilənin əvəzedicisi vardır, elə isə Allahın ipindən yapışın, Ona təvəkkül edin, başınıza bir müsibət gəldiyi zaman ondan kömək diləyin, çünki əsl müsibət görən o kəsdir ki, savabdan məhrum olsun. Allahın salamı, rəhməti və bərəkəti sizlərin üzərinə olsun. Evdə olnalardan heç kim onu görmədi; orada olnalardan biri dedi: Bu, Uca Allahın sizə təsəlli vermək üçün göndərdiyi mələyidir. digəri dedi: Bu, Xızır (ə) Peyğəmbərdir, Peyğəmbərinizin itkisinə görə başsağlığı verməyə gəlmişdir.( Kuleyni, 1407: c 3, s 222)
7.Məhəmməd ibn Yəhyaİrəvanda yaşayıb yaradan ravilərdən biri də Məhəmməd ibn Yəhyadır. O, əsasən sağlamlıq və tibbə aid hədislər nəql edir. Onun hədis ustadı Mühəmməd ibn Sənan, şagirdi isə iraqlı Mühəmməd ibn Cəfər Nursidir.
Məhəmməd ibn Yəhyanın İslam təbabətinə meyli çox idi. Buna görə o, bu sahədə çoxlu işləmiş və məntəqəsinin təbiblərindən biri olmuşdur. Onun “Tibbul-əimmə” kitabında 17-hədisi vardır. Bu hədislərin əsas mövzusu bitkilərlə müalicə, dini həyat tərzinin insan sağlamlığına təsiri, sağlamlıq haqda dualar və dini hökmlərin fəlsəfəsidir.
Ustadı
Məhəmməd ibn Sinan Zahiri. (Baxmayaraq ki, bəziləri onu qali olmaqda ittiham edir, lakin araşdırmalar onun etibarlı şəxs olduğunu göstərir).
Şagirdləri:
Məhəmməd ibn Cəfər əl-Nursi.
Nəql etdiyi hədislər
Məhəmməd ibn Yəhyanın nəql etdiyi hədislərdən bəzilərini şeyx Hürr Amuli “Vəsail əl-Şiə” kitabinda nəql etmişdir. Onlardan bir neçəsini aşağıda qeyd edirik.
الحسين بن بسطام في طب الأئمة عن محمد بن جعفر النرسي عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى، عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ، عَنِ اَلْمُفَضَّلِ بْنِ عُمَرَ، عَنْ أَبِي عَبْدِ اَللَّهِ عليه السلام عَنْ آبَائِهِ عن علي عليه السلام عن النبي صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ قَالَ إِيَّاكُمْ وَ أَكْلَ اَلْغُدَدِ فَإِنَّهُ يُحَرِّكُ اَلْجُذَامَ و قَالَ: عُوفِيَتِ اَلْيَهُودُ، لِتَرْكِهِمْ اَلْغُدَدِ، و قَالَ إذا رأيتم المجذومين فاسئلوا ربكم العافية ولا تغفلوا عنه.
Əl-Hüseyn ibn Bəstam İmamların təbabəti adlı kitabda, Məhəmməd ibn Cəfər əl-Nursidən, Məhəmməd ibn Yəhyadan, Məhəmməd ibn Sinandan, əl-Mufəzzal ibn Ömərdən, Əbi Abdullahdan (ə), O da, Əli əleyhissalamdan, O da, Peyğəmbdən nəql edərək buyurdu: Vəzi yeməkdən çəkinin, çünki o, cüzam xəstəliyinə səbəb olur; sonra buyurdu: Yəhudilər vəzi yemədikləri üçün bağışlandılar yenədə buyurdu: əgər cüzamlıları görsən, Rəbbindən şəfa istəyin və Ondan qafil olmayın. (Amuli, 1409: c.16, s 363)
الْحُسَيْنُ بْنُ بِسْطَامَ فِي ( طِبُّ الْأَئِمَّةِ ) عَنْ أَحْمَدَ بْنِ زِيَادٍ عَنْ فَضَالَةَ عَنِ السَّكُونِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عَلَيْهِ السَّلَامُ ) قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ إِذَا كَسِلَ أَوْ أَصَابَتْهُ عَيْنُ أَوْ صُدَاعُ بَسَطَ يَدَيْهِ فَقَرَأَ فَاتِحَةَ الْكِتَابِ وَ الْمُعَوِّذَتَيْنِ ثُمَّ يَمْسَحُ بِهِمَا وَجْهَهُ فَيَذْهَبُ عَنْهُ مَا كَانَ يَجِدُهُ
Əl-Hüseyn ibn Bəstam İmamların təbabəti adlı kitabıda Əhməd ibn Ziyaddan, o da, Fuzalədən, o da, əl-Səkunidən, o da, Əbi Abdullahdan (ə) nəql edərək dedi: həzrət Peyğəmbər (s) yorğunluq hiss etdikdə və ya gözü yaxud başı ağrıyanda əlini göyə qaldıraraq, həmd, fələq və nas surələrini oxuyar, sonra əlini alnına sürtərdi və ağrı keçərdi. (Amuli, 1409: c.16, s 363)
وَ عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرِ النَّرْسِيِّ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنْ سَلَمَةَ بْنِ (مُحْرِزٍ ) عَنِ الْبَاقِرِ (عَلَيْهِ السَّلَامُ) قَالَ : كُلُّ مَنْ لَمْ تبرأه سُورَةَ الْحَمْدِ وَ قُلْ هُوَ اللَّهُ أَحَدُ لَمْ يبرأه شئ وَ كُلُّ عِلَّةٍ تَبْرَأُ بِهَاتَيْنِ السُّورَتَيْنِ.
Məhəmməd ibn Cəfər əl-Nərsidən, o da, Məhəmməd ibn Yəhyadan, o da, Məhəmməd ibn Sinandan,o da, Sələmə ibn (Muhrizdən),o da, İmam Baqirdən (ə) nəql edərək dedi: heç bir kəsi Həmd və ixlas surəsi sağaltmazsa onu başqa heç bir şey sağaltmaz, hər bir dərd bu iki surə ilə aradan gedir. (Amuli, 1409: c.4, s 874)
وَ عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرِ النَّرْسِيِّ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى، عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ ، عَنِ الْمُفَضَّلِ بْنِ عُمَرَ، عَنْ أَبِي عَبْدِ اللَّهِ ، عَنْ آبَائِهِ عَلَيْهِمُ السَّلَامُ أَنَّ جَبْرَئِيلَ عَلَيْهِ السَّلَامُ نَزَلَ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ وَ النَّبِيُّ مُصْدَعُ فَقَالَ : يَا مُحَمَّدُ عَوِّذْ صُدَاعَكَ بِهَذِهِ الْعُوذَةِ يُخَفِّفِ اللَّهُ عَنْكَ، وَ قَالَ : يَا مُحَمَّدُ ! مَنْ عَوَّذَ بِهَذِهِ الْعُوذَةِ سَبْعَ مَرَّاتٍ عَلَى أَيِّ وَجَعٍ يُصِيبُهُ شَفَاهُ اللَّهُ بِإِذْنِهِ ، تَمْسَحُ بِيَدِكَ عَلَى الْمَوْضِعِ وَ تَقُولُ : بِسْمِ اللَّهِ رَبِّنَا الَّذِي فِي السَّمَاءِ ، تَقَدَّسَ ذِكْرُ رَبِّنَا الَّذِي فِي السَّمَاءِ وَ الْأَرْضِ أَمْرُهُ نَافِذُ مَاضٍ ، كَمَا أَنَّ أَمْرَهُ فِي السَّمَاءِ، اجْعَلْ رَحْمَتَكَ فِي الْأَرْضِ وَ اغْفِرْ لَنَا ذُنُوبَنَا وَ خَطَايَانَا يَا رَبَّ الطَّيِّبِينَ الطَّاهِرِينَ ، انْزِلْ شِفَاءً مِنْ شِفَائِكَ وَ رَحْمَةً مِنْ رَحْمَتِكَ عَلَى فُلَانِ بْنِ فُلَانَةَ، وَ تُسَمِّى اسْمَهُ.
Məhəmməd ibn Cəfər əl-Nərsidən, Məhəmməd ibn Yəhyadan, Məhəmməd ibn Sinandan, Yunus ibn Zəbyandan, Mufəzzəl ibn Ömərdən, Əbi Abdullahdan (ə), O da, atalarından nəql edərək buyurdu: Cəbrayıl Peyğəmbərə (s) nazil oldu o zaman Peyğəmbərin (s) başı ağrıyırdı, Cəbrayıl (ə) dedi: ey Məhəmməd, bu duaya pənah apararaq baş ağrısından xilas ol, Allah sənin ağrını aradan aparacaq, yenə dedi: ey Məhəmməd, hər kəs bu duanı ona üz verən dərd və ağrı zamanı yeddi dəfə oxuyarsa və əlini ağrıyan yerə çəkərsə, Allah ona şəfa verər, duanı belə deyirsən: “ Bismillahi Rəbbina əlləzi fis-səma, təqəddəsə zikru Rəbbina əlləzi fis-səma, vəl-ərzi əmruhu naafizu mazin, kəma ənnə əmrəhu fis-səma, ic-əl rəhmətəkə fil-ərzi, vəğfir ləna zunubəna və xətayana ya Rəbbət-tayyibiin ət-tahiriin, inzil şifaaən min şifaaikə və rəhmətikə əla Fulan ibn Fulanə, (Fulan ibn Fulanə) yerinə ismini deyirsən; Məsələn (Əli ibn Məryəm). (Amuli, 1409: c.2, s 640)
الْحُسَيْنُ بْنُ بسطان فِي ( طِبُّ الْأَئِمَّةِ ) عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرِ النَّرْسِيِّ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى، عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ، عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ، عَنْ إِسْمَاعِيلَ ابْنِ أَبِي زَيْنَبَ عَنْ أَبِي عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ أَنَّهُ قَالَ لِرَجُلٍ مِنْ أَوْلِيَائِهِ: لَا تُجَامِعْ أَهْلَكَ وَ أَنْتَ مُخْتَضِبُ فَإِنَّكَ انَّ رُزِقْتَ وَلَداً كَانَ مُخَنَّثاً . أَقُولُ : وَ تَقَدَّمَ مَا يَدُلُّ عَلَى ذَلِكَ فِي الْجَنَابَةِ.
Əl-Hüseyn ibn Bəstam İmamların təbabəti adlı kitabında Məhəmməd ibn Cəfər ən-Nərsidən, o da, Məhəmməd ibn Yəhyadan, o da, Məhəmməd ibn Sinandan, o da, Yunis ibn Zəbyandan, o da, İsmail ibn Əbi Zəbyandan, o da, Əbi Abdullahdan (ə) nəql edərək dedi: İmam (ə) səhabələrindən birinə buyurdu: Yoldaşın hamilə ikən onunla cinsi əlaqədə olma, çünki uşaq dünyaya gəlsə, iki cinsli olar, necə ki, cənabət halında da, bu nəticəni verər. (Amuli, 1409: c.14, s 88.)
وعن مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ حَمْدَانَ بْنِ سُلَيْمَانَ عَنْ عَلِيِّ بْنِ اَلْحَسَنِ عَنْ جَعْفَرِ بْنِ أَحْمَدَ اَلْمَكْفُوفِ قَالَ، قَالَ: كَتَبْتُ إِلَى أَبِي الْحَسَنِ عَلَيْهِ السَّلَامُ أَسْأَلُهُ عَنْ أَشْرِبَةٍ تَكُونُ قِبَلَنَا السِّكَنْجَبِينِ وَ الْجُلَّابِ وَ رُبِّ التُّوتِ وَ رُبِّ الرُّمَّانِ وَ رُبِّ السَّفَرْجَلِ وَ رُبِّ التُّفَّاحِ إِذَا كَانَ الَّذِي يَبِيعُهَا غَيْرَ عَارِفٍ وَ هِيَ تُبَاعُ فِي أَسْوَاقِهَا فَكَتَبَ : جَايِزُ لَا بَأْسَ بِهَا.
Məhəmməd ibn Yəhyadan, Həmdan ibn Süleymandan, Əli ibn əl-Həsəndən, o da, Cəfər ibn Əhməd əl-Məkfufdan nəql edərək dedi: Mən İmam Kazimə (ə) məktub yazıb soruşdum, qarşımızda (bazarda) sekəncəbin, gülab suyu, tut, nar, alma şərbəti, satılır ancaq satıcını tanımırıq ondan almağın hökmünü nədir? İmam (ə) cavabinda buyurdu: İcazəlidir və heç bir iradı yoxdur. (Amuli, 1409: c.17, s 293)
8.Əbul -həkəmƏbul-həkəm İrəvanın hədis alimlərindən olmuşdur. O, İmam Kazımın (ə) imaməti dövründə yaşamışdır. O, İmam Kazimdən (ə) iki vasitə ilə bir hədis nəql etmişdir. Kuleyninin Kafi əsərində onun İmam Kazımdan (ə) İmam Rzanın (ə) imaməti haqda hədisi vardır. Çox güman ki, o hədisi İraqda eşidib növbəti raviyə çatdırıb.
Ustadları
1. Abdullah ibn İbrahim ibn Məhəmməd Cəfəri (Cəfər ibn Əbi Talibin nəslindən).
2. Abdullah ibn Məhəmməd ibn Əmarə Cərəmi.
Şagirdləri:
Məhəmməd ibn Əli Əbu Səminə (o zəifdir və mübaliğə etməkdə ittiham olunur).
Rical elmindəki etibarlılığı
Məşhur rical kitablarında Əbul-həkəm haqqında yetərli məlumat olmadığından burada onun etibarlılığı haqqında söz aça bilmirik.
Nəql etdiyi hədis
أَحْمَدُ بْنُ مِهْرَانَ عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ عَنْ أَبِي الْحَكَمِ قَالَ حَدَّثَنِي عَبْدُ اللَّهِ بْنُ إِبْرَاهِيمَ بْنِ عَلِيِّ بْنِ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرِ بْنِ أَبِي طَالِبٍ عَنْ يَزِيدَ بْنِ سَلِيطٍ الزَّيْدِيِّ قَالَ أَبُو الْحَكَمِ وَ أَخْبَرَنِي عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ عُمَارَةَ الْجَرْمِيُّ عَنْ يَزِيدَ بْنِ سَلِيطٍ قَالَ: لَقِيتُ أَبَا إِبْرَاهِيمَ (ع) وَ نَحْنُ نُرِيدُ الْعُمْرَةَ فِي بَعْضِ الطَّرِيقِ فَقُلْتُ جُعِلْتُ فِدَاكَ هَلْ تُثْبِتُ هَذَا الْمَوْضِعَ الَّذِي نَحْنُ فِيهِ قَالَ نَعَمْ فَهَلْ تُثْبِتُهُ أَنْتَ قُلْتُ نَعَمْ إِنِّي أَنَا وَ أَبِي لَقِينَاكَ هَاهُنَا وَ أَنْتَ مَعَ أَبِي عَبْدِ اللَّهِ (ع) وَ مَعَهُ إِخْوَتُكَ فَقَالَ لَهُ أَبِي.
Əhməd bin Mihran, Məhəmməd bin Əlidən, o da, Əbu əl-Həkəmdən rəvayət edərək dedi: Abdullah bin İbrahim bin Əli bin Abdullah bin Cəfər bin Əbi Talib Yezid bin Səlit Əz-Zeydi dedi, Əbu Əl-Həkəm dedi, və xəbər verdi mənə Abdullah bin Məhəmməd bin Umarə əl-Cərami mənə Yezid ibn Salitdən xəbər verdi ki, o dedi: Mən Əbu-İbrahim (ə) ilə görüşdüm və biz yolda ümrə ziyarətini yerinə yetirmək istədik. Mən dedim: Sənə fəda olum, bizim olduğumuz bu yeri təsdiq edirsənmi? O dedi: Bəli, sən də təsdiq edirsən? Dedim: Bəli, mən və atam səninlə burada görüşmüşük. Sən Əbu-Abdullah (ə) və qardaşlarınla birlikdə gəldin. Atam ona dedi... .
Hədis çox uzun olduğu üçün burada yalnız ravinin adının keçdiyi bir hissəni qeyd etdik. Hədisin tamamı “əl-Kafi” kitabındadır. (Kuleyni, 1407: c.1, s 313)
9.Məhəmməd ibn Salehİrəvan ravilərindən olan Məhəməd ibn Saleh İmam Həsən Əskərinin (ə) dövründə yaşamış və Həzrətin şagirdlərindən sayılır. İmam Həsən Əskərinin (ə) imamət dövrü çox az və o həzrətlə görüşmək çətin olduğundan Məhəmməd ibn Saleh İmam Həsən Əskəri (ə) ilə görüş səadətinə yalnız bir dəfə nail olmuşdur. Bu görüş Samirra şəhərində baş tutub və görüşdə İmamın (ə) səhabələrindən olan Əbu-Haşim Cəfəri də iştirak edib. Bu görüşün maraqlı məqamlarından biri İbn-Salehin kəlam elmi haqda soruşduğu iki elmi sualdır. Bu sual Əbu-Haşimin də diqqətini çəkib. Bu görüşdəki söhbətlərdən İbn-Salehin böyük elmi şəxsiyyətlərdən və İrəvanın görkəmli kəlam alimlərindən olduğu anlaşılır. O, bu görüşdə İmam Sadiqin (ə) kəlam sahəsindəki şagirdi Hişam ibn Həkəmin nəzərlərini təhlil edir.
Ustadı
İmam Həsən Əskəri (ə).
Şagirdləri:
Əbu Haşim Cəfəri. (O, Məhəmməd ibn Salehin İmam Əskəridən (ə) sual və cavablar barəsindəki hədislərinin ravisidir).
Rical elmindəki etibarlılığı
Onun adı şeyx Tusinin “Rical” kitabında qeyd edilmişdir. Bundan əlavə, şeyx Tusi “Əl-ğeybə” kitabında ondan hədis nəql etmişdir.
Nəql etdiyi hədislər
Şeyx Tusinin “Əl-ğeybə” və Ərbilinin “Kəşf əl-ğummə” kitabinda iki hədis qeyd edilmişdir. Hədislərdən biri Allah Taalanın elmi və qəzavu-qədəri, digəri isə “zərr aləmi” və məsum imamların fəzilətləri barəsindədir.
“Əl-ğeybə” kitabındakı hədisi belədir;
وَ قَدْ رَوَى سَعْدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِي هَاشِمٍ الْجَعْفَرِيِّ قَالَ: سَأَلَ مُحَمَّدُ بْنُ صَالِحٍ أَبَا مُحَمَّدٍ الْعَسْكَرِيَّ (ع) عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَ يَمْحُوا اللَّهُ ما يَشاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ أُمُّ الْكِتابِ فَقَالَ أَبُو مُحَمَّدٍ وَ هَلْ يَمْحُو إِلَّا مَا كَانَ وَ يُثْبِتُ إِلَّا مَا لَمْ يَكُنْ فَقُلْتُ فِي نَفْسِي هَذَا خِلَافُ مَا يَقُولُ هِشَامُ بْنُ الْحَكَمِ إِنَّهُ لَا يَعْلَمُ الشَّيْءَ حَتَّى يَكُونَ فَنَظَرَ إِلَيَّ أَبُو مُحَمَّدٍ (ع) فَقَالَ تَعَالَى الْجَبَّارُ الْعَالِمُ بِالْأَشْيَاءِ قَبْلَ كَوْنِهَا.
Səəd ibn Abdullah Əbu Haşim əl-Cəfəridən nəql edir ki, o dedi: Məhəmməd ibn Saleh Əbu Məhəmməd əl-Əskəridən (ə) Allah Taalanın bu ayəsinin mənası barəsində soruşdu: “Allah (məhv və isbat) lövhəsində yazılmış, (olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır”. (Rəəd surəsi, ayə.39) İmam buyurdu: məgər olanı məhv (silib), olmayanı isbat (yaratmaq) etməkdən başqamı? mən öz-özümə dedim ki, bu Hişam ibn əl-Həkəmin dediklərinə ziddir ki, o, Allahın elminin yaratdıqlarına yalnız onların vücuda gəldikən sonra şamil olduğunu deyir: İmam (ə) mənə baxaraq dedi: Allah Taalanın əşyalara yaratmamışdan qabaq elmi var. (Tusi, 1411: c.1, s 430-431)
Ərbilinin “Kəşf əl-ğummə fi mərifəti əl-əimmə” kitabında gələn hədisi;
وَ عَنْ أَبِي هَاشِمٍ قَالَ: سَأَلَ مُحَمَّدُ بْنُ صَالِحِ أَبَا مُحَمَّدٍ عَنْ قَوْلِ اللَّهِ يَمْحُوا اللَّهُ ما يَشاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ أُمُّ الكتاب فَقَالَ أَبُو مُحَمَّدٍ: هَلْ يَمْحُو اللَّهِ إِلَّا مَا كَانَ، وَ هَلْ يُثْبَتُ إِلَّا مَا لَمْ يَكُنْ، فَقُلْتُ فِي نَفْسِي: هَذَا خِلَافُ مَا يَقُولُ هِشَامِ بْنِ الْحَكَمِ لَا يَعْلَمُ الشيء حَتَّى يَكُونُ، فَنَظَرَ إِلَيَّ أَبُو مُحَمَّدٍ فَقَالَ: تَعَالَى الْجَبَّارُ الْحَاكِمُ الْعَالِمِ بِالْأَشْيَاءِ قَبْلَ كَوْنِهَا الْخَالِقِ إِذْ لَا مَخْلُوقَ، وَ الرَّبُّ إِذْ لَا مَرْبُوبَ، وَ الْقَادِرُ قَبْلَ الْمَقْدُورِ عَلَيْهِ، فَقُلْتُ: أَشْهَدُ أَنَّكَ وَلِيُّ اللَّهِ وَ حُجَّتُهُ وَ الْقَائِمُ بِقِسْطِهِ وَ أَنَّكَ عَلَى مِنْهَاجِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ عِلمِهِ
Əbi Haşim dedi: Məhəmməd ibn Saleh, əbu Məhəmməd əl-Əskəridən (ə) Allah Taalanın bu ayəsinin mənası barəsində soruşdu: “Allah «məhv və isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ummul-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır. İmam buyurdu: Məgər olanı məhv (silib), olmayanı isbat(yaratmaq) etməkdən başqamı? Mən öz-özümə dedim ki, bu Hişam ibn Əl-Həkəmin dediklərinə ziddi, belə ki, o, Allahın elminin yaratdıqlarına yalnız onların vücuda gəldikən sonra şamil olduğunu deyir: İmam (ə) mənə baxaraq dedi: Allah Taalanın əşyalara yaratmamışdan qabaq elmi var. Bir zaman ki, Yaradan var idi yaradılmış yox idi, Rəbb (tərbiyə edən) var idi mərbub (tərbiyə olunmuş) yox idi, Qadir var idi məqdur (onun qudrəti ilə yaranmış) yox idi. Mən dedim: Şəhadət verirəm ki, sən Allahın vəlisi, höccəti, Onun ədaləti ilə hökm edəni, Əmirəl-möminin Əlinin (ə) yolunun və elminin varisisən. (Ərbili, 1381: c.2, s 924)
10.Cəfər ibn Məhəmmədİrəvanın görkəmli ravilərindən biri Cəfər ibn Məhəmməddir. O, İmam Hadinin (ə) imaməti dövründə yaşamışdır. İbn-Məhəmmədin hədis ustadı Həsən ibn Əbdülvəhhab, şagirdi isə Əhməd ibn Əli ibn Nasihdir. Şiə hədis kitablarında İbn Məhımmədin iki hədisi var. Onların biri Şeyx Səduqun (r) “İləluş-şərayi” kitabında uşağın yersiz ağlamağı və gülməyinin fəlsəfəsi haqda, o biri isə VII hicri əsrinin alimlərindən olan Əbdülkərim ibn Əhməd ibn Tavusun “Fərhətul-ğəra fi təyini qəbri Əmiril-muminin Əli ibn Əbi Talib (ə)” kitabında İmam Əlinin (ə) vəsiyyəti və dəfni haqda olan hədisdir.
Ustadı
Hüseyn ibn Əbdülvəhhab.
Şagirdi:
Əhməd ibn Əli ibn Nasih.
Nəql etdiyi hədis
أَخْبَرَنِي عَلِيُّ بْنُ حَاتمٍ (رحمه الله) قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَلِيِّ بْنِ قُدَامَةَ أَبُو السَّرِيِّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ عَلِيِّ بْنِ نَاصِحٍ قَالَ حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ عَبْدِ الْوَهَّابِ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ حَدِيدٍ الْمَدَائِنِيُّ عَمَّنْ حَدَّثَهُ عَنِ الْمُفَضَّلِ بْنِ عُمَرَ قَالَ سَأَلْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) عَنِ الطِّفْلِ يَضْحَكُ مِنْ غَيْرِ عَجَبٍ وَ يَبْكِي مِنْ غَيْرِ أَلَمٍ فَقَالَ يَا مُفَضَّلُ مَا مِنْ طِفْلٍ إِلَّا وَ هُوَ يَرَى الْإِمَامَ وَ يُنَاجِيهِ فَبُكَاؤُهُ لِغَيْبَةِ الْإِمَامِ عَنْهُ وَ ضَحِكُهُ إِذَا أَقْبَلَ عَلَيْهِ حَتَّى إِذَا أُطْلِقَ لِسَانُهُ أُغْلِقَ ذَلِكَ الْبَابُ عَنْهُ وَ ضُرِبَ عَلَى قَلْبِهِ بِالنِّسْيَانِ.
Əli ibn Hatəm (r) İsmayıl ibn Əli ibn Qudamədən, o da, Əbu əl-Sərridən, o da, Əhməd ibn Əli ibn Nasihdən, o da, Cəfər ibn Məhəmməddən, o da, əl-Həsən ibn Əbdül-Vəhhabdan, o da, Əli ibn Hədid əl-Mədainidən, o da, Müfəzzəl ibn Ömərdən nəql edərək bizə dedi: mən Cəfər ibn Məhəmməddən (s) təəccüb etmədən gülən və ağrısız ağlayan uşaq haqqında soruşdum. O dedi: “ey Müfəzzəl, elə uşaq yoxdur ki, imamı görüb onunla danışmasın, onun ağlamğı imamın ondan uzaqlaşmağına və gülməsi isə onu görünməsinə görədir, elə ki, dili açılıb danışarsa daha imamı görməz və gördüklərini unudar”. (İbni Babaveyh, 1385: c.2, s 584)
11.Əbu Səid Salim ibn Bundar Ən-NəsəviƏbu Səid On ikinci İmamın (ə.c) kiçik qeyb dövrünün əvvəllərində yaşamışdır. Onun hədis mənbələrində iki hədisi qeyd edilmişdir. Hədislərin hər ikisinin mövzusu Əhli-beytin (ə) fəziləti haqdadır. Bu da onun Əhli-beytə (ə) olan məhəbbətinin əlamətidir.
Ustadları
1. Süleyman ibn Əhməd ibn Əbi Səlayə Dəməşqi Mulətti.
2. Məhəmməd ibn Mehran.
Şagirdləri:
1. Əbu-Səid Məhəmməd ibn Əli ibn Əmr ibn Mehdi əl-Hafiz.
2.Həmmad ibn Süleyman.
Nəql etdiyi hədis
عن حمدان بن سليمان، عن أبي سعيد، عن محمد ابن عبد الله بن مهران قال: قال: محمد بن الفرج: كتب إليّ أبو جعفر: « احملوا إليّ الخمس، فإنّي لست آخذه منكم سوى عامي هذا».
Həmdan ibn Süleymandan, Əbi Səiddən, Məhəmməd ibn Abdullah ibn Mehrandan nəql edərək, o da, Məhəmməd ibn əl-Fərəcdən nəql edərək dedi: əl-Fərəc Əbu Cəfərə məktub yazaraq dedi: “Xümsu mənə göndərin, çünki yalnız bu il sizdən xüms alacam”. (Təbərisi, c.2, səh.100; İsbatul-huda, c.4, səh.399; Məclisi, c.50, səh.63.)
NəticəAzərbaycanın qədim bölgəsi olan İravan, yarandığı gündən mədəniyyətin mərkəzi olmuşdur. İslamın ilk dövrlərində bu şəhər hədis ravilərinin və mühəddislərinin gediş-gəliş yerinə çevrilmişdir. Rical və biografiya kitablarına görə nüfuzlu ravi və mühəddislər bu şəhərdə yaşamışlar.
Əsas hədəf İrəvan ravilərinin rical kitablarında olan ad və soy adları ilə yanaşı onların hədislərini burada qeyd etməkdir.Bu məqalədə qədim İrəvanın raviləri haqqından xülasə olaraq söz açıldı, onların haqqında qısa da olsa bəzi məlumatlara işarə və onların imamlardan (ə) nəql etdikləri hədislər qeyd edildi. Onların müxtəlif kitablarda xüsusilə də şiə hədis mənbələrinin əsas dörd kitabı “Kutubu-ərbəə”-də gələn hədislərini tərcüməsi ilə birlikdə yazaraq bizlər üçün çəkdikləri əməyi Azərbaycanın elmi camiəsinə çatdırmağa çalışdıq.
Tarixi məlumatlara görə, bu torpaqda Azərbaycan xalqı həmişə yaşamışdır. Bu iddianın sübutu adıçəkilən diyardakı ibadət yerləri, məscidlər və onun görkəmli alimləridir.

