Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ermənistan vurduğu zərərə görə təzminat ödəməlidir

Ermənistan vurduğu zərərə görə təzminat ödəməlidir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;


Beynəlxalq hüquqda silahlı münaqişə qurbanlarına ədalətin təmin edilməsi üçün təcavüzkar dövlətin qarşısında üç fərqli komponent tələb olunur: - hüquqi məsuliyyət, həqiqətlərin etirafı və zərərin ödənilməsi. Bu komponentlər insan hüquqları və humanitar hüquq kimi ümumi beynəlxalq hüquq sahələrində, beynəlxalq təşkilatlar, habelə ilk növbədə BMT tərəfindən həyata keçirilən münaqişədən sonrakı siyasət təşəbbüslərində öz əksini tapıb. 

2005-ci ildə BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunub. Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı bəndində göstərilir ki, beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər. Dünyada baş verən hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan bir sıra digər hüquqi aktlar da var. "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, Avropa Mədəniyyət Konvensiyası, YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.


Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Bakı Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Məlumatda vurğulanıb ki, buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Qeyd edək ki, fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Bəyan olunub ki, Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir: "Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir. Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək. 

Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal olunduğu və həmin ərazilərin Azərbaycanın suverenliyində olması beynəlxalq hüquq tərəfindən tanınıb. Beynəlxalq məhkəmədə cavabdeh tərəfin Ermənistan olduğunu sübut etmək çətin olmayacaq. Çünki Ermənistanın həm indiki, həm də əvvəlki hökumətləri də qeyd olunan ərazilərin Azərbaycana məxsusluğunu etiraf ediblər. Danışıqlar prosesində işğal edilmiş rayonların qaytarılması təklifi müzakirə edilirdi. Ekspertlərə görə, təzminatın müəyyən edilməsi üçün beynəlxalq qiymətləndirici şirkətlər Qarabağa dəvət olunmalı, ərazilərdə monitorinq aparılmalı və yekun məbləğ müəyyən olunmalıdır. Beynəlxalq hüquq hər hansı dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. Beynəlxalq Ədalət Məhkəməsində bununla bağlı presedent də mövcuddur. Ermənistanın Azərbaycana vurduğu ziyanı görmək üçün foto və videogörüntülər, Qarabağ və Şərqi Zəngəzura səfərlər kifayətdir. İşğaldan öncəki görüntülərlə sonrakı görüntüləri müqayisə etdikdə hər şey gün işığına çıxır. Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri, hətta qəbirlər yerlə yeksan edilib. Beynəlxalq hüquq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərdə baş verənlərə görə bütün məsuliyyəti istilaçının üzərinə qoyur. Mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların və sairə dağıdılmasına görə bütün məsuliyyəti birbaşa Ermənistan daşıyır. Təbii ki, Azərbaycan Ermənistanın təzminat ödəməsi üçün bütün hüquqi addımları atacaq.


Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov da deyib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərinə vurduğu zərər görə təzminat ödəməlidir:

 "30 il müddətində Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu müddətdə Azərbaycanın təbii mühitini, biomüxtəlifliyini məhv edib. Azərbaycanın canlı mühitinə, onun təbii ehtiyatlarına milyardlarla ölçülən zərər vurub. Arbitraj Məhkəməsində Azərbaycana vurulmuş zərərin ödənilməsi prioritet məsələdir. Bu sahədə Azərbaycan kifayət qədər sübutlara malikdir. Bu sübutların əsaslı təqdim olunması xeyli üstünlük qazandıra bilər. Çünki Arbitrajın qəbul edəcəyi qərar mübahisədə iştirak edəcək tərəflər üçün yekundur. Avropa ölkələri də Ermənistana siyasi təzyiq göstərməlidir. Elə təbiət obyektləri var ki, onların geriyə bərpası mümkün deyil. Odur ki, məsələ ciddi müzakirə olunmalıdır. Burada sadəcə hüquqi deyil, siyasi-iqtisadi kriteriyalar, mənəvi dəyərlər, ekoloji məqamlar da mütləq nəzərə alınmalıdır". 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib ki, Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir. O qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib:

“Ermənistan 30 illik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini, sözün həqiqi mənasında, yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də vəhşicəsinə dağıdılıb. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çıxarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik əlavə edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri