Icma.az
close
up
RU
İrəvanın ermənilərə verilməsinə etiraz edən 3 qəhrəman...

İrəvanın ermənilərə verilməsinə etiraz edən 3 qəhrəman...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidov bu tarixi haqsızlıqla barışmamışdı...

1918-ci ilin 28 mayı Azərbaycan tarixinin ən qürurverici günlərindən biri kimi tarixə düşdü. Milli müstəqilliyini qazanan, Şərqin ilk Demokratik Cümhuriyyətini quran Azərbaycan cəmisi bir gün sonra, mayın 29-da özünün taleyüklü qərarlarından birini verir: Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilmiş iclasda səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün sayıb və bu şəhəri ermənilərə “bağışlayıb”.

Olduqca ağır olan bu qərarın “səs çoxluğu” ilə qəbul edilməsi bəlkə də həmin dövrün reallığı baxımından normal sayıla bilərdi. Amma unutmaq olmaz ki, İrəvana sahiblənən ermənilər sonralar yaranmış şəraitdən sui-istifadə edərək digər ərazilərdən də azərbaycanlıları qovmağa, deportasiya etməyə başladılar və Azərbaycan torpaqları hesabına “ərazilərini” genişləndirməyə başladılar. O anda, qərar verilən zaman isə buna etiraz etmək, bəlkə də tarixi səhvə imza atmamaq böyük qəhrəmanlıq idi - bu qəhrəmanlığı tariximizdə xüsusi yerə malik olan 3 ziyalımız, Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidov etdi. Bu şəxsiyyətlərin hər biri tarixi xidmətləri, həyat və fəaliyyətləri ilə xatırlanmağa layiqli şəxsiyyətlərdir.

Adıçəkilən iclasla bağlı tarixi faktlara nəzər salsaq, bəlli olur ki, 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın iclasında Fətəli xan Xoyski Azərbaycan və Ermənistanın öz sərhədlərini müəyyənləşdirməyi qərara aldığını, Ermənistan federasiyasının yaradılması üçün siyasi mərkəzin lazım olduğunu bildirir. O vaxtadək ermənilər özləri üçün indiki Gümrü (o zaman Aleksandropol) şəhərini mərkəz hesab edirdilər. Brest-Litovsk sülh müqaviləsinə əsasən, Qars və Ərdahanla birgə Aleksandropol Türkiyəyə verilmişdi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini istəyirdilər. Fətəli xan Xoyski də öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirdi. Söhbət İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan federasiyasına siyasi mərkəz olaraq verilməsindən gedirdi. Vəziyyət isə çox çətin idi - 1918-ci ilin mart ayından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən ermənilərə Azərabycanın tarixi şəhərlərindən biri mərkəz kimi “bağışlanılırdı”. Ən mühüm nüans isə o vaxtlar İrəvan quberniyasının xeyli ərazisinin Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi olması idi. gözlənilən baş verdi - İrəvanı əldə edən ermənilər az sonra daha geniş ərazilər barədə iddia qaldırdılar. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzur da Ermənistana verildi.

İclasda bu qərara yalnız 3 nəfər etiraz etdi. Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidov Milli Şuranın İrəvanın ermənilərə güzəşt edilməsinə dair qərarına qarşı ərizə ilə müraciət (etiraz) etdilər. Sonradan həmin yazılı müraciət arxiv sənədlərindən yoxa çıxdı.

Bu ziyalılar kim idi? 1918-ci il mayın 28-də Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdu. O, uşaq olarkən ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan Gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdu. N.Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtdıqdan sonra öz ixtisası üzrə vəkil işləməklə yanaşı, “Müsəlman xeyriyyə cəmiyyəti”nə rəhbərlik edib. 1917-ci ildə “Müsavat” partiyasına daxil olan N.Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilir, Seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olur. Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini daşıyır. 1920-ci ilin aprelindən sonra o, təqiblərə məruz qalır. 1923-cü il iyunun 21-də həbs edilir. 1925-ci ilə kimi üç dəfə həbs olunur buraxılır. 1937-ci il repressiyaları zamanı Nəriman bəy bir qrup “müsavatçı” ilə birlikdə Solovki düşərgəsinə sürgün edilir. Nəriman bəy Nərimanbəyli 48 yaşında Sovet hökumətinin qərarı ilə güllələnir...

Bağır bəy Rzayev isə 1893-cü ildə İrəvan şəhərində anadan olub. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olan Bağır bəy Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilir, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir. O, Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. 1920-ci ildə bolşeviklərin işğalından sonra mühacirət həyatı yaşayan Bağır bəy daha sonra Azərbaycana geri dönmüşdü. Siyasi təzyiqlərə, davamlı təqiblərə dözməyərək 1927-ci ildə intihar edib.

1887-ci ildə Gəncədə (o vaxtlar Yelizavetpol adlanırdı) anadan olan və gimnaziyada, daha sonra Kazan Universitetinin hüquq fakültəsində təhsil alan Mir Hidayət bəy Seyidov İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub, Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınıb. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərib.

Mir Hidayət bəy 1918-ci ildən başlayaraq ermənilərin hücum etdikləri Naxçıvana gələrək Ordubadın müdafiə olunmasında iştirak edib.  Tədqiqat mənbələrində göstərilir ki, o, müxtəlif vaxtlarda Ordubad Milli Müdafiə Şurasının sədri olub. 23 fevral 1919-cu ildə Ordubadda vəfat edən Mir Hidayət bəy bolşeviklərin işğalını - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu görmədi, digər əqidə yoldaşları kimi amansız təqiblərə və işgəncələrə məruz qalmadı. Amma adını tarixə əbədi həkk etdirən əqidə və mənəviyyat adamı, əsl vətənpərvər və istiqlalçı olduğunu tarixin mühüm anında bir daha sübuta yetirdi.

Azərbaycanın milli keçmişinə, milli tarixinə sahib çıxması olduqca vacibdir. Prezident İlham Əliyevin də daim diqqətdə saxladığı məsələlərdən biri məhz tarixi irsimizin yaşadılması ilə bağlıdır. Azərbaycan Prezidenti çıxışlarında hər zaman milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır. Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Şübhəsiz ki, bu siyasi-strateji hədəfimizə uyğun müvafiq addımlar atılır, həmçinin tarixi-mədəni və mənəvi-ideoloji əhəmiyyəti çox böyük olan işlər görülür.

Bu gün paytaxtımızın küçə və prospektlərinə yeni adlar verilir. İnanırıq ki, gələcəkdə adıçəkilən 3 ziyalımızın da adının əbədiləşdirilməsi istiqamətində mühüm addımların şahidi olacağıq. Bu, Azərbaycanın tarixinin yaşadılması, reallıqların yaşadılması üçün vacibdir...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see258

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see211

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see171

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see162

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see151

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see126

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see126

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see123

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri