“Singapore Airlines” aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
14 oktyabr 2025-ci il tarixində “Singapore Airlines” aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Avtosfer.az xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq Aeroportun məlumatında deyilir.
Buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.
Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.
Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.
Baxış sayı:118
Bu xəbər 14 Oktyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















