Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir

İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Politoloq: “Rusiya İrəvan qarşısında şərt qoyacaq və Ermənistanın KTMT-də aktiv iştirakını tələb edəcək”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatına baxmayaraq, hələ də ölkəni özünün müttəfiqi hesab edir. Bu barədə TASS-a qurumdakı mənbə məlumat verib.

“Bəli, təşkilatın Katibliyi Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla iş rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici Kəşfiyyat Xidməti öz hesabatında İrəvanın 2024-cü ildə razılaşdığı KTMT-də iştirakının dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxacağını ehtimal etməyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-dəki iştirakını dondurduğunu açıqlamışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır. Lakin Ermənistan bu məsələ ilə bağlı konkret qərar qəbul etməyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə dünən erməni jurnalistlərlə söhbətində bildirib “KTMT ilə bağlı istənilən qərar məxfi ola bilməz”. Bildirib ki, İrəvan KTMT-də vəziyyəti qiymətləndirib, buna əsaslanaraq fəaliyyəti dondurmaq qərarı verib.

Təhlükəsizlik Şurası katibinin fikrincə, Ermənistan KTMT-də qərarların qəbulu prosesində iştirak etmir: “Biz KTMT ilə bağlı siyasi qərar vermişik və bu qərarlar açıqdır. Əgər hər hansı dəyişiklik olarsa, sizə məlumat veriləcək”.

Ekspertlər hesab edirlər ki, İrəvanın bu davranışı KTMT-dən çıxmaq istəyindən qaynaqlansa da, Ermənistan birdəfəlik bu təşkilatla, dolayısı ilə KTMT-nın əsas dövləti olan Rusiyadan qopmağa risk etmir. Daha doğrusu, KTMT-dən birdən-birə çıxmasına görə Ermənistan Rusiyanın qəzəbindən çəkinir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya bildirib ki, Ermənistan rəhbərliyinin açıqlamalarında ziddiyyətlər də var, məntiqsizlik də: “Ermənistan əsas gətirir ki, KTMT 44 günlük müharibədə İrəvanın müraciətinə müsbət reaksiya vermədi, kömək etmədi və s. İnciklik də bundan yaranıb. Əslində isə bu, bəhanədir. Çünki İrəvandakılar da yaxşı başa düşürlər ki, Azərbaycan öz ərazilərində müharibə aparıb, Qarabağ Azərbaycan ərazisidir. Bu halda KTMT-nin müdaxiləsi mümkün deyildi. Eyni zamanda, sonrakı əməliyyatlarda Azərbaycan əsgərinin şərti sərhəddəki yüksəkliklərə çıxmasını Ermənistan “Azərbaycanın işğalı” kimi qələmə verməyə çalışır və yenə KTMT-ni ittiham edir ki, kömək olunmayıb. Əslində İrəvanın məqsədi KTMT-dən qopmaq, Qərbdən təhlükəsizlik zəmanətləri almaqdır. Bu zəmanətlər də hələ ki, verilməyib. Ona görə də, Ermənistan nə birdəfəlik KTMT-dən çıxır, nə də bu təşkilatın işində iştirak edir”.

“Baş nazir Nikol Paşinyanın və onun komanda üzvlərinin Rusiya patronajlığındakı iki təşkilata fərqli yanaşması var. İki təşkilatla bağlı yanaşma belədir ki, Avrasiya İqtisadi Birliyi yaxşıdır, KTMT isə pisdir. Ermənistan birinci təşkilatda üzvlükdən gen-bol faydalanır, ikinci təşkilat isə Azərbaycanla qarşıdurmada İrəvanı tək qoyub. Ona görə də, birincinin işində iştirak edirlər, ikincinin fəaliyyətində yox. Amma məncə, bu, uzun sürməyəcək. Hesab edirəm ki, Rusiya İrəvan qarşısında şərt qoyacaq və Ermənistanın KTMT-də aktiv iştirakını tələb edəcək. İrəvan isə məcbur da olsa, fəaliyyəti dondurulmuş vəziyyətdən çıxaracaq. Çünki Ermənistan rəhbərliyi təhlükəsizlik məsələsində Qərbdən istədiyini əldə edə bilmədi”, - deyə analitik fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Yanvar 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri