Icma.az
close
up
RU
İrəvanın sərhəddə odla oyunu Sülh 2 il yubana bilər KONKRET

İrəvanın sərhəddə odla oyunu Sülh 2 il yubana bilər KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan sərhəddə hərbi eskalasiya risklərini özündə saxlayan addımları sürətləndirir – AB missiyasının qalma müddətini uzatmaq bunun bir hissəsidir: yanvarın 27-də bu qərar verilməklə gərginlik artacaq və avropalı kəşfiyyatçılar İranla sərhədə yerləşəcək – Brüssel regionu qarışdırır

Azərbaycanla Ermənistan arasında hərtərəfli, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına və səfirliklərin açılmasına gətirəcək sülh müqaviləsi imzalanmayınca, bölgədə müharibə riski qalacaq. Təəssüf ki, rəsmi İrəvan iki xalq arasında düşmənçilik səhifəsinin bağlanması yönündə gərəkənləri etmir.

Qiymətli zaman isə gedir. Xəbər verildiyi kimi, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. 27 yanvar tarixində kəşfiyyat missiyasının mandatının daha 2 il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib.

Lakin məsələ bununla bitmir. Məsələ ondadır ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Bildirilir ki, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa icazə veriləcək. Xatırladaq ki, Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan iki bəndindən biri məhz sərhəddən üçüncü ölkənin və ya qüvvənin birləşmələrinin çıxarılması ilə bağlıdır. Göründüyü kimi, İrəvan AB missiyasını nəinki öz ərazisindən çıxarmağa hazırlaşmır, əksinə onun daha iki il uzadılması və faktiki hərbi bazaya çevrilməsinə razılıq verib. Bu isə sülh sənədinin azı iki il yubadılması deməkdir – özünün bütün riskləri ilə birgə.

Bu arada Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Hesabatda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı qeyd edilir və bütün şərq sərhədindən 5 km məsafədə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. “Buna səbəb iki ölkə arasındakı münaqişədir. Bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur”, – müraciətdə deyilir. Britaniya hakimiyyəti yolun Tavuş bölgəsindəki İcevan-Noyemberyan hissəsini də ziyarət üçün təhlükəli hesab edir. Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır. Aydındır ki, belə bir müraciət Britaniya xüsusi xidmət orqanlarının tövsiyəsi olmadan ortaya çıxa bilməzdi. Hərçənd Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir ki, 2025-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil. Qurum müxtəlif faktlar, məlumatlar və hadisələrin təhlilinə əsaslanaraq, bu qənaətə gəldiyini bildirib. Bütün bunların fonunda, Ermənistan odla oyunu nəyə gətirə bilər, sülh müqaviləsi daha neçə il yubanacaq?

Caliber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, yanvarın 27-də casus missiyasının mandatının daha iki il müddətinə uzadılması gözlənilir. Əsas qərar artıq verilib.  “Brüsseldə, görünür, qərara gəliblər ki, bu missiyanın yalnız kəşfiyyat funksiyaları kifayət etməyəcək və ona görə də ona hərbi funksiyalar da vermək lazımdır. Daxil olan məlumatlardan aydın şəkildə görünür ki, ona görə avrocasusların mandatını genişləndirmək planlaşdırılır, o cümlədən missiya təkcə kəşfiyyat missiyası olmayacaq, həm də tam bir hərbi nümayəndəlik olmağa çalışacaq. Qeyd edək ki, onların bölmələrinin sərhədin Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində yerləşdirilməsi planlaşdırılır”, – materialda qeyd olunur.

 Ehtiram Mehdiyev

“Paşinyan seçkilərin nəticələrinə qədər sülh sənədinin bağlanmasını yubatmaq istərdi” – Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev “Yeni Müsavat”ın sualına cavabında belə qeyd etdi. Onun sözlərinə görə, sülh sazişi delimitasiya prosesi ilə sinxronluq təşkil edir: “Əgər sərhədlərin dəqiqləşməsi sürətlənsə, sülh prosesinə də töhfə verər. Hazırda İran sərhədlərinə doğru bir iş aparılır. Ümumilikdə Bakı ikitərəfli danışıqlar aparır: sülh sənədi və sərhəd müəyyənləşməsi. İkincisi, ağır gedir, amma gedir. Sülh mətnində isə iki bənd qalıb. Əlqərəz, deyilən məsələlər həllini tapsa da, Ermənistan ərazi iddialarına son qoymağı Konstitusiyada təsdiqləməlidir”.

Partiya rəsmisi ümid edir ki, vasitəçisiz davam edən bu danışıqlar yekun sülh müqaviləsi ilə nəticələnəcək: “Bütün nailiyyətlər ikitərəfli danışıqlara aiddir. Keçmiş həmsədr ölkələr müdaxilə etməyəndə nəticə əldə etmək olur. Artıq xüsusi nümayəndələr də yoxdur. Yadınızdadır, Rusiya Xovayevi, ABŞ öz adamını təyin etmişdi, Aİ Toivo Klaarı bölgəyə tez-tez göndərirdi. İndi fərqə baxın, onlar neçə vaxtdır gəlmirlər, faydası göz qabağındadır. Deməli, əngəl olmasınlar, biz İrəvanla təkbətək danışa bilirik. Haçan ki onlar qarışıb, onda proses alınmayıb. Elə ki moderatorsuz müzakirələr aparılıb, o halda tərəflər irəliyə doğru addım atıblar. Bu mənada, əsas prinsip vasitəçiləri yaxın buraxmamaqdır. Sonrakı mərhələ isə Ermənistan iqtidarını sülhə məcbur etməkdir. Amma yekun sənəd 2026-dan sonraya çəkə bilər. Çünki Paşinyan kritik seçkini keçməlidir. Bu təhlükəni adlayandan sonra sülh danışıqlarında daha rahat iştirak edə biləcəyini hesablayıb. Amma avropalı ”casus”ların bölgəyə gətirilməsi və say artımı gərginliyə səbəb olacaq”.

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır: “Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Alma-Ata Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Alma-Ata Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır”.

Təhlilçinin fikrincə, qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək və Bakı-İrəvan danışıqları bu prosesdə əsas “siyasi döngə” rolunu saxlayacaq: “Regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə ”müdaxilə” üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır və istisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini – “Ermənistan ərazisinə müdaxilə” iddialarını istifadə edə bilər; bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların “sərhəddən giriş” imkanlarını neytrallaşdırmağa imkan verir”.//Yenimusavat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri