Icma.az
close
up
RU
İrəvanın sülh mesajları: çətin durum və nikbinlik üçün əsas

İrəvanın sülh mesajları: çətin durum və nikbinlik üçün əsas

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Baş nazir başbilənliyi bacaracaqmı?

“Sülh bizim üçün yad bir şeydir. Amma sizdən xahiş edirəm: gəlin bu reallığı qiymətləndirək. Bu o deməkdir ki, sülhün nə olduğunu və onun necə göründüyünü sıfırdan öyrənməliyik”. Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciətindəki bu fikirlər təqdirəlayiqdir. Təkcə ona görə yox ki, həmin fikirləri dilə gətirən 30 ildən artıq müddətdə Azərbaycana və Azərbaycan xalqına qarşı düşmən münasibətdə olan ölkənin rəhbəridir. Eyni zamanda, o səbəbdən ki, Paşinyan erməni cəmiyyəti üçün son dərəcə vacib məqama diqqət çəkir.

Həqiqətən, ermənilərin tarixən mövcud olmuş türk düşmənçiliyinin motivini anlamaq müşkildir. Türklərin, eyni zamanda, Azərbaycan türklərinin haylara nə pisliyi keçmişdi ki? Görünür, bəzi məsələlər heç də səbəb-nəticə əlaqələrindən asılı deyilmiş. Hərçənd, biz öz unutqanlığımızın və laqeydliyimizin nəticələrini gördük. Özü də acı nəticələrini. 2020-ci ilin 44 günlük müharibəsində isə tarixdə yaşananların hamısından dərs çıxardıq. Elə Ermənistan da dərs çıxardı.

Bəli, bu gün Azərbaycanın və Ermənistanın sülhə doğru yön alması xüsusən də ikincinin rəhbərliyinin 2020-ci ildən indiyədək baş verənlərdən ciddi nəticə çıxarmasıdır. Amma demək olmaz ki, erməni cəmiyyəti yekdilliklə Paşinyanı dəstəkləyir. Baş nazirin müraciət tonu da bundan xəbər verir. Hiss olunur ki, o, son dərəcə böyük çətinliklərlə üz-üzədir və xalqı sülhə inandırmaq üçün əlindən gələni etməyə çalışır. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - deyən Paşinyan vurğulayıb ki, əldə olunan razılaşmalar iki xalq arasında düşmənçilik səhifəsini bağlamaq üçün yol açır.

Qeyd edək ki, Paşinyan xalqa müraciətində ABŞ-da Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb. O, xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar. Birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi isə Birgə Bəyannamə qəbul ediblər. O Bəyannamə ki, rəsmi şahidi Birləşmiş Ştatların Prezidenti Donald Trampdır.

“İlk növbədə, qeyd etmək istərdim ki, bu gün biz artıq neçə vaxtdır danışıqlar prosesində olan sülh sazişini parafladıq. Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların hörmətli Prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə yoxdur. Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək”. Bu fikri Prezident İlham Əliyev Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra dilə gətirmişdi. Dövlətimizin başçısından sonra söz açan Ermənistanın baş naziri isə bunları demişdi: “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm də yoxdur”.

Onu da bildirək ki, N.Paşinyan Vaşinqtonda mətbuata birgə bəyanatında ABŞ-da Ermənistan-Azərbaycan münasibətlərində mühüm nailiyyətin əldə edildiyini vurğulamış, ölkələrin keçmiş tarixlərindən fərqli olacaq yeni hekayənin təməlini qoyduqlarını dilə gətirmişdi: “Sülh sazişinin paraflanması ölkələrimiz arasında onilliklərdir davam edən münaqişəyə son qoyulmasına yol açacaq, onlar üçün bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq, yeni dövrü başladacaq. Bu gün Prezident Trampın şahidliyi ilə onun da imzaladığı bəyannamə daha çox əminlik və inam yaradır ki, biz Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlıq səhifəsini açırıq”, - deyə erməni baş nazirin xalqa müraciətində səsləndirdiyi fikirlər də onun diqqətə çatdırdığımız fikirlərinin davamıdır: “Biz müharibəni bir alət kimi birdəfəlik rədd etdik və istisna etdik, bu isə yeni mərhələnin başlanğıcı deməkdir. Bu, yenidən nəzərdən keçirilməli olmayan və dəyişdirilməməli olan faktdır. Bu, iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır”.

Ümumən, N.Paşinyanın xalqa müraciətindəki fikirlərdən gəlinən nəticə budur ki, Ermənistanda xalqın sülhə gəlməsi üçün onun ümumən sülh anlayışına baxışının dəyişməsi mütləqdir. Baş nazirin yazının əvvəlindəki iqtibasda yer alan fikirlər də bunu söyləməyə əsas verir. Ona görə də bildirdik ki, ölkədə Nikolun mövqeyini bölüşməyənlər var. Məsələn, götürək Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanı. O, davamlı olaraq bildirir ki, ölkəsinin Azərbaycanla bağladığı sülh ədalətli deyil.

Əlbəttə, V.Oskanyan Ermənistandakı revanşist-şovinist kəsimin təmsilçisidir. Onun kimilərinin sayı isə az deyil. Bu səbəbdən Paşinyanın xalqa müraciətindəki sülh mesajlarını daha çox erməni cəmiyyətini belələrinin yanlış sülh təsəvvürlərindən xilasına yönəlmiş manifest kimi də qiymətləndirmək mümkündür. Baş nazir özünün, belə demək mümkünsə, xilas manifestində reallıqları açıqlayıb. O deyib ki, Ermənistanda insanlar sülh arzulayırdılar. Lakin “sülh” sözünün özü çox vaxt tənqidlə qarşılanır, ondan istifadə edənlər isə bəzən qınanırdılar.

Sonda bir məqam da deyək ki, bu günün özündə də Paşinyan və onun rəhbərlik etdiyi komanda Azərbaycanla sülh yolçuluğuna görə qınanmaqdadır. Hərçənd, baş naziri qınayanların da məntiqi alternativ fikirləri yoxdur. Onlar əvvəllərdəki kimi, “it arabanın kölgəsində yatır, elə sanır öz kölgəsidir” deyiminin təsiri altındadırlar. Söhbət əlbəttə ki, Rusiya amilindən gedir. Axı Ermənistandakı revanşist-şovinist kəsimin başlıca dayağı məhz Rusiyadır. Paşinyan mövcud reallığın fərqindədir. Ona görə də onun xalqa müraciətini, eyni zamanda, anti-sülh təmayüllərinə demarş manifesti olaraq da qiymətləndirmək mümkündür. Yəni, baş nazir, əslində, bir yerdə dayanmır, revanşist-şovinistlərə qarşı ideoloji cəbhə açır və sülhü öz mübarizəsinin başlıca tezisinə çevirir. Başqa sözlə desək, Nikol revanşistlərin erməni cəmiyyətini onun hakimiyyətini devirmək cəhdləri naminə alətə çevirmək cəhdlərinin qarşısına çıxır.

Ən sonda onu da bildirək ki, ədalətli sülh qonşulara qarşı normal münasibətlərdən keçir. Əslində, Azərbaycan və Ermənistan arasında barış sazişinin cəmiyyətə açıqlanmış mətni də bunun təsdiqidir. İndi qalır həmin sazişin imzalanması. Bunun üçün isə Azərbaycanın iki şərti əhəmiyyətini saxlamaqdadır. Məlum olduğu kimi, həmin şərtlərdən birincisi ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, haqqında söz açdığımız bəyannamədə bu məqama yer verilir, hər iki ölkənin xarici işlər nazirliklərinin mövcud istiqamətdə iş aparacaqları vurğulanır. Ermənistan Konstitusiyasının işğalçı mahiyyətdən qurtulmasına gəlincə, Prezident İlham Əliyev Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində bunları bildirmişi. “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Deməli, N.Paşinyanın sülh yolundakı ən mühüm real addımı məhz Ermənistanda konstitusiya dəyişikliyinə getmək, erməni əsas qanununu ölkənin təcavüzkar niyyətə və ərazi iddiasına köklənmiş İstiqlaliyyət Bəyannaməsinə istinad yükündən qurtarmaqdır. Baş nazir bunu bacaracaqmı, gələcəyi zaman göstərəcək. Hələlik, pozitivə köklənək.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri