Icma.az
close
up
RU
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq

İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərkəz rəhbəri: “Önəmli olan Ermənistanın sülh müqaviləsinə qədər və sülh müqaviləsindən sonra atacağı addımlardır”

Son günlər rəsmi İrəvan tərəfindən sülh sazişi ilə bağlı pozitiv mesajlar verilıməkdədir. Ermənistan rəsmiləri, başda Baş nazir Nikol Paşinyan olmaqla az qala hər gün “sülhə hazırıq” bəyanatı səsləndirməkdədir. Fransa, Almaniya, ABŞ kimi beynəlxalq güclər tərəfindən də Bakı və İrəvana sülh çağırışları edilir. Rusiyanın timsalında isə sülh sazişi danışıqlarına, sərhədlərin delimitasiya və demarkasiyası işində vasitəçilik təklifləri səsləndirilir.

Azərbaycan isə İrəvandan verilən mesajlara və beynəlxalq aləmdən gələn çağırışlara səbirli davranış nümayiş etdirir. Rəsmi Bakının tələskənliyə yol verməməsinin səbəbi isə bəllidir: Ermənistan tərəfi Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini, xüsusilə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti hələ də icra etməyib. Bununla yanaşı, Ermənistan sülh bəyanatları fonunda hücum silahları ilə silahlanır ki, bu da Azərbaycanın qarşı tərəfə haqlı olaraq inamsızlığına zəmin yaradır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib ki, əslində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən fikirlər məsələnin bir tərəfidir:

- Əsas amil hərbi məqamdır ki, bu məsələyə Azərbaycan olduqca həssaslıqla yanaşmalıdır. 44 günlük Vətən müharibəsindən sonra hərbi istiqamətdə atılan addımlar da ondan xəbər verir ki, Azərbaycan Ermənistanın gələcək niyyətlərindən xəbərdardır. Bilirsiniz, Paşinyan sonadək Ermənistanın rəhbəri olmayacaq. İstər-istəməz Azərbaycan post-Paşinyan dövrünə də hazır olmalıdır. Ermənistan elə bir ölkə deyil ki, hakimiyyət monolitliyi olsun, stabil hakim qüvvələr olsun. Bu siyasi Eyni zamanda, Ermənistan dövlətinin strateji xətti dəyişkəndir. Bu gün sülh danışıqları, hətta sülh sazişinin özü belə bizim üçün əhəmiyyətli və önəmli deyil. Önəmli olan Ermənistanın sülh müqaviləsinə qədər və sülh müqaviləsindən sonra atacağı addımlardır. Bu addımlar prosesin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirəcək.

Hesab edirəm ki, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra hərbi imkanlarını artırması istiqamətində atdığı addımlar bu ölkənin Azərbaycana münasibətdə səmimi olmamasından xəbər verir. Digər tərəfdən, özünü regionda sülh və sabitliyin tərəfdarı kimi təqdim edən kənar qüvvələrin əsl niyyətləri fərqlidir. Hansı ki, həmin qüvvələr Ermənistanı beynəlxalq siyasi arenada Azərbaycanla qarşı-qarşıya təmaslarda dəstəkləyirlər, rəsmi İrəvana kömək edirlər. Deməli sülh və sabitlikdə səmimi deyillər və onların çağırışlarına şübhələr haqlıdır. Bunlar Azərbaycanı ehtiyyatlı davranmağı vadar edir.

- Eyni zamanda, sülhə hazır olduğunu bəyanatı edən Ermənistan silahlanmadan da geri qalmır...

- Əlbəttə, bu amil inama zərbə vuran əsas amildir. Ermənistanın aldığı hərbi-texniki avadanlıqlar, silah-sursatların böyük əksəriyyəti hücum təyinatlıdır. Hesab edirəm ki, bu texnika sülhpərvər yanaşma ilə ziddiyyət təşkil edir. Ermənistanın hücum silahları ilə silahlanması İrəvanın sülhdə səmimi olmadığının bariz nümunəsidir. Bundan başqa, Ermənistan Azərbaycanla şərti sərhəddə, Kəlbəcərdən Zəngilanadək ərazidə yeni hərbi hissələr formalaşdırır. Hətta bir yox, iki, biri ehtiyyat, biri isə hücum üçün nəzərdə tutulan hissələri formalaşdırması faktı var. Hücum təyinatlı hərbi hissələrin dislokasiya edilməsi və onların yeni silahlarla təminatı Ermənistanın hansı niyyətdə olduğunu göstərir.

Başqa bir maraqlı məlumat odur ki, Ermənistan 1990-cı illərdə Rusiyadan və digər ölkələrdən aldığı bəzi silah-sursatın, hərbi texnikaları satışa çıxarır, onların satışı üçün müqavilələr bağlayır. Bu hal ondan xəbər verir ki, Ermənistan köhnə texnika ilə vidalaşmaq, ordusunun hərbi texniki cəhətdən müasir silahlarla təmin etməkdədir. Biz yaxın vaxtlarda Ermənistan ordusunun müasir silahlarla təmin olunacağının şahidi olacağıq. Bu amillər Ermənistanın gələcəyə hesablanmış addımlar atdığından xəbər verir. Ona görə də, hesab edirəm ki, Azərbaycan sülh sazişini imzalamağa tələsməməkdə haqlıdır. Çünki qarşı tərəfə etibar etmək çətindir.

- Yəni ehtimal etmək olar ki, qarşı tərəf əslində sülhə yox, müharibəyə hazırlaşır?

- Mən deyə bilmərəm ki, sabah Ermənistan Azərbaycana qarşı müharibəyə başlayacaq. Ermənistanın indi Azərbaycanla müharibə aparmaq potensialı qətiyyən yoxdur. İrəvandakılar anlayırlar ki, üçüncü müharibə Ermənistanın tamamilə məhvi ilə nəticələnə bilər. Amma sabah üçün planlar qururlar və ordularını inkişaf etdirmək də məhz bunun göstəricisidir. Biz qarşı tərəfi tanıyırıq və hansı zehniyyətdə olduqlarını bilirik. Ola bilsin ki, indiki məqamda Paşinyan hökuməti müharibə istəmir, həqiqətən də bu fikrində səmimidir. Amma unutmayaq, Ermənistanda revanşist qüvvələr var və onlar hər bəyanatlarında təhdidlər səsləndirirlər. Dediyim kimi, sabah Paşinyan hakimiyyətdən gedə bilər, onun yerinə həmin revanşistlər gələ bilərlər. O revanşistlər də xarici havadarlarının göstərişi ilə, bölgədə sabitlikdə maraqlı olmayan qüvvələrin əmri ilə işğalçılıq niyyətinə düşə bilərlər. Faktiki olaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşıp ərazi iddiası qalır. Rəsmi Bakının da tələbi ona görədir ki, həmin iddiaya rəsmi şəkildə son qoyulsun. Sabah revanşistlər hakimiyyətə gələrlərsə, indi alınan hücum silahlarına əl atmayacaqlarına təminat yoxdur. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın sülh çağırışlarına səbirli yanaşması doğrudur. Sülh sazişində tələskənliyə yol vermək olmaz. Dərindən düşünəndə, sülh Azərbaycandan çox Ermənistana lazımdır. Əgər Ermənistan bunu dərk edirsə, Bakının şərtlərini dinməz-söyləməz qəbul etsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri