Icma.az
close
up
RU
İrəvanın tarixi səhvi: Bakının təklifinə “yox” dedilər Sabiqlər pərdəarxası detalları açdı

İrəvanın tarixi səhvi: Bakının təklifinə “yox” dedilər Sabiqlər pərdəarxası detalları açdı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

1990-cı illərin əvvəllərində BakıTbilisi–Ceyhan (BTC) neft boru kəmərinin marşrutunun Qarabağ üzərindən Ermənistana, ordan isə Türkiyəyə uzanması təklif olunub. Bu barədə sabiq xarici işlər naziri Həsən Həsənov İTV-də yayımlanan proqramda bildirib. Onun sözlərinə görə, həmin dövrdə Ermənistan prezidenti Levon Ter-Petrosyana belə bir imkan təqdim edilib, əvəzində İrəvan Qarabağı işğaldan azad etməli idi. Lakin onlar bu təklifdən imtina edib.

Əgər layihə reallaşsaydı, regionun siyasi və iqtisadi mənzərəsi necə olardı?

Globalinfo.az bununla bağlı o dövrdə maliyyə naziri olmuş Fikrət Yusifovla əlaqə saxlayıb.

O deyib ki, Bakı neftinin Qərbə daşınması üçün indiki BakıTbilisi-Ceyhan neft kəmərinin Ermənistan üzərindən çəkilməsi iqtisadi cəhətdən ən düzgün seçim ola bilərdi:

“Həmin dövrdə Maliyyə Nazirliyinə rəhbərlik edirdim. Boru kəmərinin çəkiləcəyi marşurutların mümkün variantları müzakirə edildiyi ərəfədə Almaniyanın məhşur “Şpigel” jurnalı bu mövzuda məndən müsahibə almışdı. Orada da boru xəttinin Ermənistan üzərindən keçməsinin ən məqbul variant olduğunu bildirmişdim. Eyni zamanda demişdim ki, bunun üçün onlar öz işğalçılıq siyasətindən geri çəkilməlidirlər. İrəvan başa düşməli idi ki, boru xəttinin ərazisindən keçməsi yeni müstəqil olmuş ölkəyə hansı dvidentləri gətirə bilər”.

Sabiq nazir bildirib ki, bu tranzitə görə Ermənistanın büdcəsinə bir illik gəlirləri qədər əlavə vəsaitlər daxil ola bilərdi:

“Lakin ermənilər bunu dəyərləndirə bilmədilər. Əvəzində 30 il blokadada qalıb, sonda da ağır məğlubiyyətə düçar olaraq işğal etdikləri torpaqlardan getdilər. Bu addım onlara həm böyük maddi, həm də ciddi mənəvi zərbə vurdu”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see206

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see159

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see122

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see121

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri