Icma.az
close
up
RU
İrəvanın türk dövləti ilə qurduğu plan Bakıya hansı risklər yaradır?

İrəvanın türk dövləti ilə qurduğu plan Bakıya hansı risklər yaradır?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlar aparır.

Turkustan.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı paylaşım edib.

O bildirib ki Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb:

“Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir;

Ermənistan türkmən qazını hələ 2017-ci ildə – Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi, hərçənd, indiyə qədər ya İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət məsələsi müzakirə mövzusudur.

Bu, Azərbaycan üçün mənfi perspektivləri ortaya çıxara bilər.

Birincisi, İrəvanın qaz təchizatını şaxələndirməsidir: müharibədən sonra Azərbaycanın Ermənistana qaz satması məsələsi aktuallaşıb və bu, Bakıya həm də strateji üstünlük qazandıra biləcək amildir; Ermənistanın təchizat zəncirini genişləndirməsi perspekstivdə üstünlük əldə etmək imkanlarımızı zəiflədir;

İkincisi, Ermənistanın məhz Türkmənistan qazına göz dikməsidir: 2021-ci ildə Bakı türkmən qazının İran tranziti ilə alınması üzərində razılıq əldə etsə də, 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yaranıb; Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynaya bilər və bu, Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə üz-üzə qoya bilər;

Üçüncüsü və ən riskli məqam Ermənistanın türkmən qazının Avropa bazarına çıxışda mümkün tranzitə çevrilməsidir: Tumanyan bildirir ki, “türkmən qazının Ermənistan vasitəsilə Gürcüstana ixracı da müzakirə edilib, Tbilisi müsbət cavab verib. İdeya reallaşarsa, türkmən qazının Qara dəniz ölkələrinə də ixracı mümkün olacaq”. İrəvan buna nail olarsa,

– Avropa bazarına çıxış əldə etmək istəyən Türkmənistan alternativ tranzit əldə edir və bu, Azərbaycan tranzitinin aktuallığını itirməsə belə, “yeganə yol” statusunu zəiflədir;

– Azərbaycanın Gürcüstan bazarındakı hakim mövqeyinə risklər yaradır;

– Türkmən qazını Gürcüstana və Qara dəniz hövzəsinə çıxaran Ermənistan regionun enerji infrastrukturunda, ümumilikdə Orta dəhlizdə tranzit payı əldə edə bilər;

Rəsmi Bakı mövcud vəziyyətdə o qədər də əhəmiyyətli görünməyən bu məsələnin gələcəkdə risk təşkil etməməsi üçün İrəvan-Aşqabad xəttindəki mümkün anlaşmaya diqqət yetirməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Mart 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri