Icma.az
close
up
RU
Salyanda “Mirzə Qədim İrəvani 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Salyanda “Mirzə Qədim İrəvani 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Salyan, 17 may, Aydın Yavərzadə AZƏRTAC

Salyan Dövlət Rəsm Qalereyasında “Mirzə Qədim İrəvani – 200” adlı rəsm müsabiqəsi keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin dəstəyi ilə keçirilib.

Tədbirdə rayon rəsmiləri, YAP nümayəndələri, ziyalılar, rəssamlar və ictimaiyyətin nümayəndələri iştirak edib. Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, tarixçi-tədqiqatçı Sahib Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova, qalereyanın tərtibatçı rəssamı Coşğun Məmmədov, uzun zaman mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmış Lətif Zərbəliyev, mədəniyyət işçisi Leyla Babayeva və digərləri Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolundan söz açıblar. Qeyd olunub ki, Mirzə Qədim İrəvani yaradıcılığını gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir. Məhz buna görə prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyi ölkədə və ölkə xaricində xüsusi qeyd olunur.

Bildirilib ki, Mirzə Qədim İrəvani klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, özünəməxsus orijinal üslub formalaşdırıb. Bu isə Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcı olub.

Çıxışlardan sonra müsabiqə qaliblərinə hədiyyə və diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib. Sonra müsabiqə qalibləri və iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

“Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsi 3 yaş olmaqla 7-10, 11-15, 16-20 yaş kateqoriyaları üzrə baş tutub. Müsabiqə şərtlərinə görə rəssamlar Qarabağ, Zəngəzur, İrəvan şəhəri və Mirzə Qədim İrəvani mövzuları üzrə müxtəlif texnikalarla realist üslubda əsərlər təqdim ediblər. Rəsm müsabiqəsinin qalibləri 7-10 yaş arasında Siyasət Bünyatov 1-ci (Salyan Dövlət Rəsm Qalereyası), Məhəmməd Qurbanov 2-ci (Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəb) yerə layiq görülüblər.

11-15 yaş arasında isə Zəhra Sadıqlı (Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi) və Tərbiyə Gözəlli (Arbatan kənd E.Ağayev adına tam orta məktəb) 1-ci, Pərvin Ələkbərli (Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi) və Məryəm Məmmədova (Salyan Dövlət Rəsm Qalereyası) 2-ci, Əsmər Nəcəfli (Arbatan kənd E.Ağayev adına tam orta məktəb), Nərmin Əliyeva (Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəb) və Anar Abıyev (Salyan Dövlət Rəsm Qalereyası) 3-cü yeri qazanıblar.

16-20 yaş arasında Əsma Əliyeva (Salyan Uşaq-Gənclər İnkişaf Mərkəzi) və Nərmin Məmmədova (Salyan Dövlət Rəsm Qalereyası) 1-ci yerə layiq görülüblər.

Müsabiqə çərçivəsində təşkil olunan sərgi 31 may tarixinədək ziyarətçilərin üzünə açıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri