Icma.az
close
up
RU
İrəvanla Moskvanın “küsülülüyü Hərbi bloka “yox”, iqtisadi bloka “hə”

İrəvanla Moskvanın “küsülülüyü Hərbi bloka “yox”, iqtisadi bloka “hə”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat: “Heç vaxt nə Ermənistan Rusiyadan, nə də Rusiya Ermənistandan imtina edəcək səviyyəyə çatacaq addımlar atmır”

Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçiriləcək. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a deyib ki, liderlər hərbi-siyasi vəziyyəti müzakirə edəcək və bir sıra sənədlərə baxacaqlar: “KTMT-yə üzv dövlətlərin liderlərinin son görüşündən ötən müddət ərzində ətraflı müzakirə tələb edən bir çox məsələlər yığılıb. İlk növbədə, KTMT-yə aid regionlarda və onların sərhədlərində hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Ölkələrimizin liderləri ötən dövr ərzində birgə işin nəticələrini qiymətləndirəcək və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edəcəklər”.

“Kollektiv Təhlükəsizlik Şurasının baxılması üçün təqdim olunan sənədlər arasında mən KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə Məqsədli Dövlətlərarası Proqramının layihəsini xüsusilə qeyd edərdim”, - Tasmaqambetov əlavə edib.

KTMT üzvü olan Ermənistanın Baş naziri Nikol Paşinyan Astanadakı sammitdə iştirak etməyəcəyini, amma verilən qərarla razılaşacaqlarını qeyd edib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan erməni mediasına Paşinyanın sammitdə iştirak etməməyinin səbəbini açıqlayıb. Deyib ki, “çünki Ermənistanın KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı mövqeyi dəyişməyib”.

Xatırladaq ki, Ermənistan KTMT tədbirlərində iştirakını dondurduğunu bəyan edib. Həmçinin bu struktura öz maliyyə payını ayırmaqdan imtina edib, birgə hərbi təlimlərdə və görüşlərdə iştirak etmir. Lakin KTMT-dən çıxmaq prosesinə başlamaq üçün İrəvan rəsmi müraciət etməyib. Bununla yanaşı, Ermənistan Rusiya çətiri altındakı digər təşkilatın – Avrasiya İqtisadi İttifaqının (Aİİ) işində iştirakdan imtina etmir. Hətta Aİİ-nin Ermənistanda keçirilməli olan forumu Paşinyanın xahişi ilə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Ermənistanın KTMT və Aİİ ilə bağlı bu ziddiyyətli mövqeyini ekspertlər bir çox səbəblərlə bağlayırlar. Müşahidəçilərin qənaətincə, İrəvanın hərbi blok olan KTMT-na “yox”, iqtisadi blok olan Aİİ-na “hə” deməsi İrəvanla Moskva arasında “küsülülük” oyunu oynandığını göstərir.

Mövzu barədə AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib ki,  Paşinyanın Astanaya getməməsinin bir neçə səbəbi var:

- Maraqlıdır ki, Ermənistan KTMT-də fəaliyyətini dondurduğunu deyir, amma təşkilatdan rəsmən çıxmır. Həmçinin verilən qərara veto qoymaq hüququnu saxlayır. Nəzərə almaq lazımdır ki, KTMT-də hanısa qərar qəbul olunsa, buna Ermənistanın veto qoymaq hüququ var. Məncə, bir səbəb budur. Yəni Ermənistan hansısa qərara gələcəkdə veto qoya bilmək hüququnu saxlamaq istəyir. İkincisi, məlumdur ki, rəsmi İrəvan Qərbin təlimatları ilə addımlar atır. Qərb kuratorları Ermənistana hansı istiqamətdə təlimatlar verirsə, İrəvan da bu təlimatlara uyğun siyasət aparır. Əsas məsələ, Ermənistan Azərbaycanla arasında hazırkı status-kvonun saxlanmaq və gələcəkdə hansısa toqquşma, savaş olarsa, KTMT-üzvü kimi çıxış etmək niyyətindədir. Başqa bir səbəb isə Rusiya faktorunun Ermənistanda mövcudiyyətidir. Nə qədər ki, Rusiyanın Ermənistan arasında hərbi bazası var, İrəvan qəti addım ata bilmir. Rusiyanın Ermənistana dözməsinin də əslində səbəblərindən biri budur. Rusiya Ermənistandakı bazalarını çıxarsa, yerinə Qərb hərbi bazaları yerləşə bilər. Bu, ikitərəfli oyundur və bu oyunu Rusiya da başa düşür, Qərb də başa düşür.

- Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası keçiriləcək və bu iclasa Paşinyan sədrlik edəcək. Rusiya tərəfindən belə bir açıqlama verildi ki, Paşinyanın xahişi ilə iclas Sankt-Peterburqda keçiriləcək. Maraqlıdır, Ermənistan Baş naziri bir tərəfdən KTMT sammitinə qatılmır, digər tərəfdən sədrlik edəcəyi Aİİ iclasının Rusiya şəhərində keçirilməsini xahiş edir. Bunun səbəbi nədir?

- Bilirsiniz, Aİİ-nin forumları keçirilən zaman həmin dövrdə quruma hansı ölkə sədrlik edirsə, forumlar o ölkənin ərazisində keçirilir. Hazırda Aİİ-yə sədrlik Ermənistandadır və bu foruma sədrlik də Ermənistan ərazisində keçirilməlidir. Amma dekabr ayında nəzərdə tutulmuş tədbirlə bağlı ənənə pozulur, Paşinyanın xahişi ilə forum Sankt-Peterburqda keçiriləcək. Kənardan qəribə görünsə də, Paşinyanın bu istəyi qeyri-adi deyil. Görünən odur ki, erməni cəmiyyətində Rusiyanın patronajlığı altındakı təşkilatın tədbirinin keçirilməsinə etiraz var. Eyni zamanda, Ermənistan dövləti belə bir tədbiri keçirməyə, onun təhlükəsizliyini təmin etməyə görünür ki, özündə güc tapmır. Ona görə də, Moskvaya mesaj verir: “Siz gəlməyin, biz gələrik”. Təbii ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələrinin davam etməsində maraqlıdır. Aİİ də iqtisadi bir təşkilat olduğu üçün İrəvan burada fəaliyyətini davam etdirir. Rusiya da fikirləşir ki, onsuz da Aİİ kənar təşkilat deyil, Moskvanın çətiri altındadır. Yəni dediyim kimi, oyun davam edir.  

- Bəs Rusiyanın çətiri altındakı KTMT-yə Ermənistanın belə hörmətsiz yanaşmasına Moskvanın sakit reaksiyası nə ilə bağlıdır?

- Məlumdur ki, Ermənistan hər zaman Rusiyanın vassalı olub və bu gün də vassalıdır. Heç vaxt nə Ermənistan Rusiyadan, nə də Rusiya Ermənistandan imtina edəcək səviyyəyə çatacaq addımlar atmır. Əsas məqam ondan ibarətdir ki,  Rusiya Ermənistanı tamamilə itirmək istəmir. Çünki NATO-Rusiya sərhədi həm də Ermənistandan keçir. Unutmayaq ki, Ermənistan sərhədi həm də NATO üzvü olan Türkiyədir. Demək istəyirəm ki, Rusiya bir çox amillərə əsasən, Ermənistanın atdığı addımlara sərt reaksiya vermir, bir qədər mülayim davranır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri