Icma.az
close
up
RU
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Baksol yolu ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Baksol yolu ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı açıqlama yayıb.

Pravda.az-ın məlumatına görə, açıqlamada deyilir ki, iyunujn 26-da Bakının Nərimanov rayonunda sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.

"Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.

Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üstünü sahibkarların taxta parçaları ilə örtməsi ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib", - deyə açıqlamada qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 İyun 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see144

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see131

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see118

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see111

Trend uğrunda qadınların başlarına gələnlər: Bədənlərini A4 kağızla ölçürlər

29 İyun 2025 02:25see111

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri