Icma.az
close
up
RU
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” azərbaycanlılara qarşı törədilən ayrı seçkilik təzahürlərinə dair müraciət ünvanlayıb

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” azərbaycanlılara qarşı törədilən ayrı seçkilik təzahürlərinə dair müraciət ünvanlayıb

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hörmətli xanımlar!
Biz, 105 illik tarixi olan, 75 mindən çox üzvü olan “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi (AQRC İ.B.) olaraq, son günlərdə Rusiyada azərbaycanlılara qarşı törədilən şovinist ritorika və ayrı-seçkilik təzahürləri ilə bağlı dərin narahatlığımızı ifadə edirik.
Tarixin acı səhifələrindən bu günə qədər — istər 1990-cı ilin 20 Yanvar hadisələri, istər Qarabağ münaqişəsi zamanı Rusiyanın qərəzli mövqeyi istərsə də, yaxın vaxtlarda baş vermiş faciəvi təyyarə qəzası ilə bağlı bir çox Rusiya kütləvi informasiya vasitələrində və ictimai dairələrdə yayılmış qərəzli və haqsız münasibət, Azərbaycan xalqına qarşı sistemli şovinist yanaşmaların hələ də aktual olduğunu nümayiş etdirir.

Azərbaycan dövləti və cəmiyyəti multikulturalizmin və tolerantlığın nümunəsi kimi çıxış edir. Müxtəlif etnik, dini və mədəni mənsubiyyətli insanlar Azərbaycanda dinc, təhlükəsiz və bərabər hüquqlarla yaşayırlar. Təsadüfi deyil ki, UNESCO, BMT və Avropa Şurası tərəfindən dəfələrlə Bakı Prosesi- beynəlxalq səviyyədə multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi üçün yaradılmış beynəlxalq platforma, Multikulturalizm Forumu və Dinlərarası Dialoq təşəbbüsləri təqdir olunmuşdur.

Bu gün, qlobal ekoloji, humanitar və geosiyasi böhranlarla üz-üzə qalan bir dünyada, bəşəriyyətin hər zamankından daha çox ehtiyac duyduğu anlayış və birliyin qarşısında, azərbaycanlılara qarşı nifrət ritorikasının və diskriminasiyanın təşviqi yalnız regional sabitliyi deyil, qadınlararası beynəlxalq həmrəyliyi də zədələyir.

AQRC İ.B. qadınları olaraq, insan haqlarının, sülhün və qarşılıqlı hörmətin qorunmasında cəmiyyətlərimizin sütunu olmuşuq. Bu gün isə şovinist, milli ayrı-seçkiliyi təşviq edən çağırışlara qarşı ortaq mövqe sərgiləmək, həm qadın həmrəyliyinin, həm də bəşəri dəyərlərin tələbi kimi qarşımızda durur.

Biz, Azərbaycan qadınları olaraq, siyasi iradə və qətiyyətlə bəyan edirik ki:

Azərbaycan xalqına, xüsusilə qadınlara və uşaqlara qarşı hər cür təzyiq, təhqir və ayrı-seçkilik dözülməzdir!

Millətlərarası ədalət və bərabərlik prinsipinə hörmət edilməyən yerdə sülh və sabitlik mümkün deyil!

Şovinist ritorika və düşmənçilik təşviq edənlər beynəlxalq münasibətlərdə özünü tamamilə ifşa edir və məsuliyyət daşıyacaq!

Biz qadınlar olaraq, hüquqlarımızın müdafiəsi və xalqlar arasında ədalətin bərqərar olması üçün hər zaman fəal və qətiyyətli mövqedəyik!

Azərbaycan xalqına qarşı qərəzli münasibətə, şovinist ritorikaya qarşı birgə və sərt mövqe ortaya qoyun! Sülh, qarşılıqlı hörmət və bərabərlik prinsiplərini müdafiə edin!

Bizim gözümüzdə insanlıq dəyərləri və qadın həmrəyliyi siyasi ədalətsizliyə qarşı mübarizənin ən güclü silahıdır!

Sizi- Rossiya Qadınlar İttifaqı (Союз женщин России), Qadınların Sülh və Razılıq Hərəkatı (Женское движение за мир и согласие), Nasiliyu.net Fondu, Ümumrusiya Ana Komitəsi (Всероссийский материнский комитет)və digər mütərəqqi qadın cəmiyyətlərini bu çağırışlara səssiz qalmamağa, xalqımıza və xüsusilə azərbaycanlı qadın və uşaqlara qarşı nifrət ritorikasının qınanması üçün rəsmi mövqe bildirməyə çağırırıq.
Əminik ki, sülh, birgəyaşayış və humanizm prinsiplərinə əsaslanan beynəlxalq qadın həmrəyliyi bu cür çətin zamanlarda öz səsini daha da ucadan çıxaracaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 İyun 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri