İrimiqyaslı nüvə enerjisi layihələrinə dəstək siyasətimizə uyğun deyil Avropa bankı
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) özəl sektora istiqamətlənmiş bank olduğu üçün irimiqyaslı nüvə enerjisi layihələrinə çox zaman dəstək göstərmir.
Redaktor.az xəbər verir ki, bunu EBRD-nin Siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, belə layihələr adətən dövlət tərəfindən maliyyələşdirilən irimiqyaslı layihələr olduğundan EBRD-nin biznes modelinə uyğun deyil: "Ancaq biz yeni texnologiyalar kontekstində nüvə sektorunda baş verənləri çox yaxından izləyirik. Bu inkişafları izləməkdə geri qalmamağa çalışırıq. Təbii ki, maliyyələşdirmə mərhələsində layihələr təqdim olunarsa, bu yenə də müzakirə üçün direktorlar şurasına təqdim olunacaq".
Baxış sayı:77
Bu xəbər 13 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















