Icma.az
close
up
RU
İrlandiya uzaq adalarda köhnə evi təmir etmək istəyənlərə 50 min avro təklif edir (FOTO)

İrlandiya uzaq adalarda köhnə evi təmir etmək istəyənlərə 50 min avro təklif edir (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əgər mədəniyyətdən uzaq, sakit bir mühitdə yaşamaq fikri sizə cazibədar gəlirsə və fiziki işdən çəkinmirsinizsə, İrlandiyanın Our Livinq adaları layihəsi məhz sizin üçün nəzərdə tutulub. Bu layihə uzaq adalarda həyatın canlandırılmasını hədəfləyir.

Qayanrinfo "Express"ə istinadən xəbər verir ki, ötən il başladılan bu layihə çərçivəsində İrlandiyanın uzaq adalarındakı boş və baxımsız evlərin bərpası üçün 50 000 avroya qədər qrant təklif olunur. Təmir işlərinin əlavə vəsait tələb etdiyi halda isə əlavə olaraq 20 000 avroya qədər qrant ala bilərsiniz.

Bu layihəyə daxil olan adalardan bəziləri Aranmor, Klare, Bere və İniş Mor adalarıdır. Hər biri təbii gözəllikləri ilə seçilir.

Lakin qrant əldə etmək üçün müəyyən şərtləri yerinə yetirmək lazımdır:

- İlkin olaraq, siz mülkiyyət hüququna dair sənəd təqdim etməli və ya mülkün alınması ilə bağlı aktiv danışıqlar apardığınızı sübut etməlisiniz.

- Ev əsas yaşayış yeri kimi istifadə edilməli və ya kirayə verilməlidir.

- Nəzərdə tutulan mülk ən azı iki il boş olmalı və 2007-ci ildən əvvəl tikilmiş olmalıdır.

- Qrant yalnız ev təmirinə şamil edilir, adaya köçmə xərcləri bu məbləğə daxil deyil.

Bundan başqa, qrantdan yararlanmaq üçün İrlandiyada ən azı 10 il yaşamaq tələb olunur. Bu proqram aktiv istirahəti sevən və ya həyatını sakit və təbii bir mühitdə keçirmək istəyən insanlar üçün böyük bir fürsətdir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see366

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see195

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri