Avropa Parlamenti Ukrayna üzrə danışıqlar aparan şəxs vəzifəsinə namizədin adını açıqlayıb
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna ilə bağlı mümkün Avropa İttifaqı-Rusiya danışıqlarında iştirak etmək üçün uyğun namizəd ola bilər.
"Report"un məlumatına görə, bunu Avropa Parlamentinin Fransadan olan üzvü Tyerri Mariani "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.
Daha əvvəl "Politico" qəzeti Fransa və İtaliya da daxil olmaqla bir neçə Avropa ölkəsinin Ukrayna danışıqlarında Aİ-ni təmsil edəcək xüsusi danışıqçının təyin olunmasını müdafiə etdiyini bildirmişdi. Diplomatlar mümkün namizədlər arasında Stubbun adını çəkiblər.
Mariani bildirib ki, Rusiya ilə zəngin tarixi əlaqə təcrübəsi olan Finlandiyanın dövlət başçısı qətiyyəti praqmatizmlə birləşdirir. O, həmçinin açıq şəkildə dialoqun tərəfdarıdır və sülhün tez-tez kompromis tələb etdiyini söyləyib.
Avropa Parlamentinin üzvü vurğulayıb ki, Aİ-nin siyasi iradəsi olmadan heç bir fiqur danışıqlarda real rol oynaya bilməz.
O qeyd edib ki, Aİ-dən güclü və vahid siyasi mandat olmadan, hətta Stubb kimi yüksək hörmətə malik bir fiqur bu rolu effektiv şəkildə oynamaq üçün legitimlikdən və təsir gücündən məhrum olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















