Icma.az
close
up
RU
İrpendə “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb

İrpendə “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrpen şəhər meriyasının və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı, ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə İrpenin Tarix və Diyarşünaslıq Muzeyində soydaşımız Seymur Abuşovun şəxsi kolleksiyasından ibarət “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində İrpen Şəhər Şurasının icraedici meri Anjela Makeyeva çıxış edərək bu cür tədbirlərin Azərbaycan və Ukrayna xalqları arasında mədəniyyətlərarası dialoqun inkişafına, əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

“Bu, İrpen şəhəri üçün çox vacib bir tədbirdir, çünki bu, sadəcə Azərbaycan mədəniyyəti və tarixinin sərgisi deyil. Bu, bizim danışmalı olduğumuz, nəsillərimizə, övladlarımıza ötürməli olduğumuz bir mühüm hadisədir. Azərbaycan illərdir İrpen və ölkəmiz üçün təkcə bərpa və dəstək baxımından kömək etmir, həm də mədəni, tarixi məsələlərdə qardaş və dost bir xalqdır”, - deyə Anjela Makeyeva əlavə edib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bu sərgi Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluğun, qarşılıqlı dəstəyin, anlaşmanın və sülhə, inkişafa, rifaha ortaq sadiqliyin daha bir rəmzidir. Səfir vurğulayıb ki, Azərbaycan xalçası kökləri Tunc dövrünə gedib çıxan, canlı rənglər, naxışlar və simvollarla təcəssüm olunan xalqımızın canlı tarixidir. Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

“Bu əlamətdar sərginin yenilməzlik, cəsarət və dirçəliş şəhəri olan İrpendə keçirilməsi təsadüfi deyil. Bu gün İrpen insan ruhunun gücünü nümayiş etdirir və burada keçirilən mədəni tədbirlər sənətin və yaradıcılığın qələbə qazanma gücünə dəlalət edir”, - deyə səfir əlavə edib.

Daha sonra çıxış edən Krım-tatar Xalq Məclisinin sədri Refat Çubarov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, sərginin müəllifi Seymur Abuşov Azərbaycan xalçaçılığının tarixindən, bu cür sərgilərin mədəniyyətlər arasında dialoqun yaradılmasına töhfəsindən danışıblar.

Tədbirin sonunda Rövşən Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Dünyamalızadə, soydaşımız Seymur Abuşov mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə İrpen Şəhər Şurası tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Sərgi avqustun sonuna qədər davam edəcək. Bu cür sərgilərin Ukraynanın digər şəhərlərində də keçiriləcəyi planlaşdırılır.

Tədbirdən sonra Seymur Abuşov AZƏRTAC-a açıqlamasında bildirib ki, İrpen bütün azərbaycanlılar üçün çox vacib bir şəhərdir, çünki burada hamımız üçün çox vacib bir şəxsiyyət olan Zərifə xanım Əliyevanın adını daşıyan park, küçə və məktəb var.

“Biz, həmçinin bilirik ki, İrpen Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşıb. Buna görə də inanırıq ki, sərgi Azərbaycan və Ukrayna xalqları arasında dostluğun rəmzinə çevriləcək. Sərgiyə XIX və XX əsrin əvvəllərinə aid Azərbaycan xalçalarından 30 nümunə gətirmişik. Yerli muzey hər bir eksponatın elmi təsviri olan broşür nəşr edib. Bəzi xalçaların 100 ildən çox yaşı var. Kolleksiya nənəmin xalçası ilə başlayıb. Bu sərginin təşkilində əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə soydaşımız əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyul 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri