Icma.az
close
up
RU
İş adamının 2,5 milyon manatını mənimsədilər

İş adamının 2,5 milyon manatını mənimsədilər

Icma.az bildirir, Bakupost portalına istinadən.


İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilənlər - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Bakupost.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dəymiş 2 milyon 500 min manat dəyərindəki ziyanın Əbülfəz Babayevə tam ödənildiyi məlum olub. Qeyd olunub ki, zərərçəkmişlə barışıq əldə olunub və hazırda Ə.Babayevin şikayəti, tələbi yoxdur.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliyar Abbasov və Xəyalə Hüseynovaya 10 il 6 ay, Ümid Abbasova 8 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimova isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Əliyar Abbasovun cəzası 3 il, digərilərinin cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq etməkdə təqsirləndiriliblər.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri