İş dünyasının şahmat oyunu: Meta və OpenAI rəhbərləri Tramp Mask gərginliyindən necə istifadə edirlər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Meta"nın rəhbəri Mark Zukerberq və "OpenAI" rəhbəri Sem Altman ABŞ Prezidenti Donald Trampın İlon Maskla münasibətlərinin kəskin pisləşməsi fonunda Ağ Ev rəhbəri ilə yaxınlaşmağa cəhd edirlər.
Oxu.Az bu barədə "Financial Times"a istinadla xəbər verir.
Bildirilir ki, Trampın "Big Beautiful Bill" adlı qanun layihəsini sərt tənqid edən Mask prezidentin narazılığına səbəb olub. Zukerberq və Altman bundan istifadə edərək Ağ Evə dəfələrlə baş çəkiblər, Tramp Administrasiyasına dəstək veriblər və öz süni intellekt layihələrinə dövlət dəstəyini təmin etmək üçün işlər görüblər.
Bununla bağlı Ağ Evdən paylaşılan sonuncu kadrlarda Zukerberqin Trampın yanında, Altmanın isə onun qarşısında oturduğu görünür.
Altman isə bu il prezidentlə Səudiyyə Ərəbistanına səfər edib və onun Böyük Britaniyaya dövlət səfərinə qatılıb.
Hazırda "Meta" və "OpenAI" ABŞ hökumətinin təsdiq edilmiş süni intellekt təminatçıları siyahısına əlavə edilib və ordunun onların süni intellekt texnologiyalarından istifadəsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Bundan başqa Zukerberq ABŞ-yə 2028-ci ilə qədər 600 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu da Trampa Çini geridə qoymaqla bağlı uğur mesajı vermək imkanı yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















