İş görəndə, yemək yeyəndə göbəyinin yanı şişir? Cərrahdan açıqlama Video
Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göbək nahiyəsində şişkinlik varsa, xüsusilə yeməkdən sonra, ağırlıq qaldıranda və ya çox hərəkət etdikdə bu şişkinlik artırsa, bu qarın ön divarında yırtığın əlaməti ola bilər.
Ən çox: göbək yırtığı, qarın ön divarı yırtığı, qasıq yırtığı kimi hallarda bu görünür.
Medicina.az xəbər verir ki, cərrah Səkinə Xudıyeva qadınlarda yırtıqların müalicəsindən danışıb.
"Bir çox insan bunu sadə köp və ya piyənmə hesab edib gecikdirir. Amma yırtıq vaxtında müalicə olunmadıqda, təxirəsalınmaz cərrahi vəziyyət yarada bilər.
Çünki zaman keçdikcə: şişkinlik böyüyə bilər, ağrı arta bilər, bağırsaq sıxılması riski yarana bilər, təcili əməliyyata ehtiyac ola bilər
Bu səbəbdən belə əlamətlər varsa, mütləq cərrah müayinəsi vacibdir.
Müasir əməliyyatlarda yırtıq aradan qaldırılarkən, xüsusilə qadınlarda qarın ön divarı diastazı da bərpa edilə bilir.
Yəni həm sağlamlıq problemi həll olunur, həm də qarın divarı daha toparlanmış görünüş qazana bilir.
Unutmayın: Vaxtında edilən əməliyyat, gecikmiş təcili əməliyyatdan daha təhlükəsiz və rahat olur".
Aygün Musayeva
Medicina.az
Baxış sayı:123
Bu xəbər 18 May 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















