Icma.az
close
up
RU
İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə...

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə...

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Şirkət iş elanı paylaşır. Bəzi namizədlər şirkətin tələblərini oxuyur və müraciət edirlər. Namizədlər düşünür ki, bütün tələblərə uyğundurlar, amma işə qəbul olunmurlar. İş görüşməsinə gedərkən buraxılan səhvlər nələrdir? İş görüşməsinə getməmişdən əvvəl nələrə diqqət etməliyik?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, normalda iş elanı paylaşanda, bütün tələb və öhdəliklər qeyd olunur. Sadəcə yazı qabiliyyətimiz nə qədər güclü olsa da, sözləri, fikirləri tam iş elanının içərisinə yerləşdirmək olmur: “Burada iş axtaran zaman namizədlərin seçib-seçilməməyi ilə bağlı hər iki tərəfdə qarşılıqlı anlaşılmazlıqlar ola bilər. Məsələn, işə götürən tərəfdən bu anlaşılmazlıqlar o zaman yaranır ki, onların əksəriyyəti işə qəbul şöbələrində təcrübə proqramı müddətində könüllülük fəaliyyəti ilə məşğul olan işə qəbul üzrə mütəxəssislər olur. Onlar CV-ni mükəmməl şəkildə qiymətləndirə bilmirlər. Bu zaman namizəd uyğun olsa da, seçilməmək kimi ehtimal yaranır”.

CV işə qəbulun bir parçasıdır 

Mütəxəssisin fikrincə, CV-nin necə hazırlanması da işə qəbulda önəmli rol oynaya bilər: “İndi CV-lər süni intellekt əsasında yoxlanılır. Bütün məlumatlar şirkətə gəlib toplandıqdan sonra süni intellektin bazasına yerləşdirilir və ən uyğun CV-lər onun içindən seçilir. Bəzən olur ki, namizəd CV-də göstərdiyi bacarığı səhv qeyd edir və bu zaman avtomatik müsahibəyə dəvət alır və keçilməmək səbəblərindən biri bu olur. Məsələn, elanda paylaşılır ki, hər hənsı bir tələb 100% lazımdır. Namizədlər müəyyən qədər biliyə arxalanaraq CV göndərirlər. Müsahibə dövründə peşəkar İşə qəbul üzrə mütəxəssisilə görüşdükdə bacarıqları yoxlanılır, qane olunmadıqda işə qəbul olunma alınmır”.

İş axtarının və şirkətin dəyərləri üst-üstə düşməlidir

Mütəxəssis deyir ki, iş axtaranların təkcə dil biliyi, təcrübəsi, hər hansı işi bacarması şirkətləri qane etmir: “İş axtaranın dəyərləri ilə şirkətin dəyərləri üst-üstə düşməlidir. Məsələn, iş axtaran dindar bir insandır, amma müraciət etdiyi şirkət içki istehsalı ilə məşğuldur. İş axtaran əvvəl şirkəti araşdırmır, sadəcə müraciət edir. Burada bütün tələblər üst-üstə düşsə də, dəyərlər məsələsi önə çıxır. Həmin dəyərlər üst-üstə düşmədiyinə görə alınmır. Əlavə nümunə gətirsək, yuyucu vasitələri istehsal edən bir şirkətə yuyucu vasitələrinə allergiyası olan birinin işə müraciəti düzgün olmaz. Yəni, namizəd istəsə belə həmin şirkətdə işləyə bilməz. Namizədin bilik və bacarıqları üst-üstə düşsə də, dəyərlər ortaq olmadıqca alınmama ehtimalı çoxalır. Ona görə də müraciət edəcəyiniz şirkəti araşdırmalısınız”.

Geyiminiz işinizi yansıtmalıdır

Mütəxəssis düşünür ki, iş görüşmələrində vacib faktorlardan biri geyim qaydasıdır: “Bütün iş görüşmələrində klassik geyinmək mütləq deyil. Burada önəmli olan geyimin, tərzin axtardığınız işi yansıtmasıdır. Məsələn, marketinq sahəsində çalışanın yaradıcı geyim tərzi olmalıdır. Mühasib, ofis meneceri işi üçün müraciət edirsinizsə, ciddi klassik geyimə, sadə makiyaja üstünlük verilməlidir. Bir digər vacib faktor isə namizədlərin müsahibəyə gecikməsidir. Namizədlər iş görüşməsinə müəyyən vaxt aralığında dəvət olunurlar. Ona görə də əvvəlcədən gedəcəyi yeri, lokasiyanı öyrənməlidirlər ki, müsahibəyə gecikməsinlər. Çünki gecikmək işə qəbul edən tərəfdə mənfi fikir yaradır”.

100/100 seçilmək istəyirsinizsə…

A.Həsənov qeyd etdi ki, müasir dövrdə elanda qeyd olunan tələblər, bacarıqlar bizdə olsa da, bütün öhdəlikləri ödəyə bilsək də, seçilməmə şansımız daima var: “Çünki hər gün texnologiya inkişaf edir. Yeni biliklər meydana çıxır və bizdən yeni bacarıqlar tələb olunur. Əgər iş görüşündə 100/100 seçilmək istəyirsinizsə, müraciət etdiyiniz işdən, işin tələb etdiyi bacarıqlardan bir pillə artıq bacarıq və biliyiniz olmalıdır. Məsələn, sizdən “Word” proqramında işləmək tələb olunursa, “Excel”də də işləməyi bacarmalısınız. Təkcə işin tələblərinə uyğun namizəd olmaq kifayət etmir, burada şirkətə müəyyən bir qatqı verməlisiniz. Bilikləriniz nə qədər çoxdursa, həmin şirkətə nə qədər dəyər qata biləcəksinizsə, o şirkəti nə qədər inkişaf etdirə biləcəksinizsə, seçilmə ehtimalınız o zaman yaranacaq. Sadəcə tələbləri ödəmək xüsusi bir üstünlük vermir”.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Mart 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri