Icma.az
close
up
RU
İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... Ekspert açıqladı

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... Ekspert açıqladı

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şirkət iş elanı paylaşır. Bəzi namizədlər şirkətin tələblərini oxuyur və müraciət edirlər. Namizədlər düşünür ki, bütün tələblərə uyğundurlar, amma işə qəbul olunmurlar. İş görüşməsinə gedərkən buraxılan səhvlər nələrdir? İş görüşməsinə getməmişdən əvvəl nələrə diqqət etməliyik?

Redaktor.az-ın məlumatına görə, insan Resursları üzrə mütəxəssis Asim Həsənov bildirdib ki, normalda iş elanı paylaşanda, bütün tələb və öhdəliklər qeyd olunur. Sadəcə yazı qabiliyyətimiz nə qədər güclü olsa da, sözləri, fikirləri tam iş elanının içərisinə yerləşdirmək olmur: "Burada iş axtaran zaman namizədlərin seçib-seçilməməyi ilə bağlı hər iki tərəfdə qarşılıqlı anlaşılmazlıqlar ola bilər. Məsələn, işə götürən tərəfdən bu anlaşılmazlıqlar o zaman yaranır ki, onların əksəriyyəti işə qəbul şöbələrində təcrübə proqramı müddətində könüllülük fəaliyyəti ilə məşğul olan işə qəbul üzrə mütəxəssislər olur. Onlar CV-ni mükəmməl şəkildə qiymətləndirə bilmirlər. Bu zaman namizəd uyğun olsa da, seçilməmək kimi ehtimal yaranır". 

CV işə qəbulun bir parçasıdır 

Mütəxəssisin fikrincə, CV-nin necə hazırlanması da işə qəbulda önəmli rol oynaya bilər: “İndi CV-lər süni intellekt əsasında yoxlanılır. Bütün məlumatlar şirkətə gəlib toplandıqdan sonra süni intellektin bazasına yerləşdirilir və ən uyğun CV-lər onun içindən seçilir. Bəzən olur ki, namizəd CV-də göstərdiyi bacarığı səhv qeyd edir və bu zaman avtomatik müsahibəyə dəvət alır və keçilməmək səbəblərindən biri bu olur. Məsələn, elanda paylaşılır ki, hər hənsı bir tələb 100% lazımdır. Namizədlər müəyyən qədər biliyə arxalanaraq CV göndərirlər. Müsahibə dövründə peşəkar İşə qəbul üzrə mütəxəssisilə görüşdükdə bacarıqları yoxlanılır, qane olunmadıqda işə qəbul olunma alınmır”.

İş axtarının və şirkətin dəyərləri üst-üstə düşməlidir

Mütəxəssis deyir ki, iş axtaranların təkcə dil biliyi, təcrübəsi, hər hansı işi bacarması şirkətləri qane etmir: “İş axtaranın dəyərləri ilə şirkətin dəyərləri üst-üstə düşməlidir. Məsələn, iş axtaran dindar bir insandır, amma müraciət etdiyi şirkət içki istehsalı ilə məşğuldur. İş axtaran əvvəl şirkəti araşdırmır, sadəcə müraciət edir. Burada bütün tələblər üst-üstə düşsə də, dəyərlər məsələsi önə çıxır. Həmin dəyərlər üst-üstə düşmədiyinə görə alınmır. Əlavə nümunə gətirsək, yuyucu vasitələri istehsal edən bir şirkətə yuyucu vasitələrinə allergiyası olan birinin işə müraciəti düzgün olmaz. Yəni, namizəd istəsə belə həmin şirkətdə işləyə bilməz. Namizədin bilik və bacarıqları üst-üstə düşsə də, dəyərlər ortaq olmadıqca alınmama ehtimalı çoxalır. Ona görə də müraciət edəcəyiniz şirkəti araşdırmalısınız”.

Geyiminiz işinizi yansıtmalıdır

Mütəxəssis düşünür ki, iş görüşmələrində vacib faktorlardan biri geyim qaydasıdır: “Bütün iş görüşmələrində klassik geyinmək mütləq deyil. Burada önəmli olan geyimin, tərzin axtardığınız işi yansıtmasıdır. Məsələn, marketinq sahəsində çalışanın yaradıcı geyim tərzi olmalıdır. Mühasib, ofis meneceri işi üçün müraciət edirsinizsə, ciddi klassik geyimə, sadə makiyaja üstünlük verilməlidir. Bir digər vacib faktor isə namizədlərin müsahibəyə gecikməsidir. Namizədlər iş görüşməsinə müəyyən vaxt aralığında dəvət olunurlar. Ona görə də əvvəlcədən gedəcəyi yeri, lokasiyanı öyrənməlidirlər ki, müsahibəyə gecikməsinlər. Çünki gecikmək işə qəbul edən tərəfdə mənfi fikir yaradır”.

100/100 seçilmək istəyirsinizsə...

A.Həsənov qeyd etdi ki, müasir dövrdə elanda qeyd olunan tələblər, bacarıqlar bizdə olsa da, bütün öhdəlikləri ödəyə bilsək də, seçilməmə şansımız daima var: “Çünki hər gün texnologiya inkişaf edir. Yeni biliklər meydana çıxır və bizdən yeni bacarıqlar tələb olunur. Əgər iş görüşündə 100/100 seçilmək istəyirsinizsə, müraciət etdiyiniz işdən, işin tələb etdiyi bacarıqlardan bir pillə artıq bacarıq və biliyiniz olmalıdır. Məsələn, sizdən “Word” proqramında işləmək tələb olunursa, “Excel”də də işləməyi bacarmalısınız. Təkcə işin tələblərinə uyğun namizəd olmaq kifayət etmir, burada şirkətə müəyyən bir qatqı verməlisiniz. Bilikləriniz nə qədər çoxdursa, həmin şirkətə nə qədər dəyər qata biləcəksinizsə, o şirkəti nə qədər inkişaf etdirə biləcəksinizsə, seçilmə ehtimalınız o zaman yaranacaq. Sadəcə tələbləri ödəmək xüsusi bir üstünlük vermir" (valyuta.az). 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Aprel 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri