Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

İş saatının azaldılması kimə sərf edəcək? Məmurlara...

İş saatının azaldılması kimə sərf edəcək? Məmurlara...

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dördgünlük iş həftəsi işçiləri məhsuldarlığa zərər vermədən daha xoşbəxt və sağlam edir. 

“Nature” nəşri xəbər verir ki, Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada, İrlandiya və Böyük Britaniyada 141 şirkətdə 3 minə yaxın insan arasında sorğunun nəticələri bunu təsdiq edib.

Altı aylıq sınaq nəticəsində müəyyən edilib ki, daha qısa iş həftəsinə keçmək işçilərin enerjisini artırır, həm psixi, həm də fiziki sağlamlığı yaxşılaşdırır. Tədqiqatçılar əvvəlcə iş qrafikində azalmanın əlavə stres yarada biləcəyindən qorxurdular, çünki işçilər eyni məhsulu istehsal etmək üçün daha sürətli işləməyə məcbur ola bilərlər. 

Amma Boston Kollecindən aparıcı müəllif Ven Fan bildirib ki, əksinə onlar daha aşağı stresə məruz qalırlar. Londonun Birkbek Universitetinin iqtisadçısı Pedro Qomes deyir: 

“İnsanlar yaxşı istirahət etdikdə, səhv ehtimalı azalır və onlar daha intensiv çalışırlar”. Sınaq başlamazdan əvvəl şirkətlərə iş axınının yenidən qurulması üçün təxminən iki ay vaxt verilib. Onlardan dördgünlük iş həftəsi ərzində əvvəlki məhsulun azı 80 faizini istehsal etmək üçün məhsuldar olmayan görüşləri və tapşırıqları azaltmaq istənilib. Testdən iki həftə əvvəl işçilər onların rifahını, işdən məmnunluğunu və psixi sağlamlıqlarını qiymətləndirən sorğuya cavab veriblər və altı ay sonra yenidən eyni sorğu keçirilib.

Nəticələr göstərib ki, insanlar işlərindən və psixi sağlamlıqlarından əvvəl olduğundan daha çox məmnundurlar. Üstəlik, sınaqdan bir il sonra toplanmış məlumatlar bu müsbət təsirlərin davam etdiyini təsdiqləyib. 

Bununla belə, tədqiqatçılar xəbərdarlıq ediblər ki, iştirak könüllü olduğundan, dördgünlük həftənin faydaları həddindən artıq qiymətləndirilə bilər. Müəlliflər yanaşmanı daha geniş miqyasda sınaqdan keçirmək üçün təsadüfi sınaqlara çağırıblar. Buna baxmayaraq, şirkətlərin 90 faizindən çoxu təcrübə bitdikdən sonra dördgünlük iş həftəsinə davam etməyi seçib. 

İslandiyada 2015-2019-cu illərdə genişmiqyaslı araşdırma 2500 işçini əhatə edib. Hazırda işçilərin təxminən 86 faizi eyni maaş üçün daha az saat işləyir, tədqiqatlar davamlı məhsuldarlığı və daha az stres olduğunu göstərir. Belçikada 2022-ci ilin noyabrında işçilərin maaşını itirmədən dördgünlük iş həftəsi seçməsinə icazə verən qanun təqdim edilib.

Dubayda isə 2025-ci ilin iyul ayından sentyabr ayına qədər “Çevik yay” təşəbbüsünə start verilib. Dövlət sektorunun işçiləri iş-həyat balansını yaxşılaşdırmaq üçün cümə günü yarım gün olmaqla dörd səkkiz saatlıq və ya dörd yeddi saatlıq iş günü seçə bilərlər.

Qeyd edək ki, son vaxtlar bir sıra ölkələrdə iş rejimi ilə bağlı müəyyən dəyişikliklər edilib. Belə bəzi ölkələrdə 4 günlük iş rejimi, yaxud iş saatlarının azadılması müşahidə edilir. Bəs, Azərbaycanda iş rejiminin azadılması tətbiq edilə bilərmi?  

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, bəzi fəaliyyət sahələrində işçilər 4 gün, hətta 3 gün də işləyə bilər və bu işin mahiyyətinə toxunmur: 

“Bizdə də 4 günlük iş rejimi tətbiq edilə bilər. Bu gün Azərbaycanda elə şirkətlər var ki, əməkdaşları işləyirlər, heç ofisə gəlmirlər. Əslində əsas odur ki, qoyulan tapşırıq, həcm yerinə yetirilsin. Bu,  istehsal proseslərində  səmərəsiz olar. Məsələn, hər hansı gözəllik salonuna bu iş rejimi tətbiq edilsə, o ziyanla işləyəcək. Çünki bir vətəndaş həmin gözəllik salonuna gəlsə görəcək ki, bərbər çıxıb evə gedib. 

Yəni bu tətbiq xidmət sektoru üçün əlverişsizdir. Müəllimə sərf edir ki,  məktəbdə 5 saat dərsini deyib gedəcək. Elə fəaliyyət növü var ki, ona sərf edəcək, ancaq bir qisminə sərf etməyəcək. Bu proseslə bağlı binmənalı fikir bildirmək olmaz. 

Məsələn, avtomobillərin servis mərkəzlərində bu rejim tətbiq edilsə, usta narazı olacaq ki, əlimdə işim var, niyə evə getməliyəm. Bu, iş rejimi dövlət qurumlarına sərf edir. Müəllimlər, mühəndislər, nazirlikdə işləyən aparat işçilərinə sərf edəcək. Deyəcəklər ki, daha yaxşı, gedim evdə oturum". O deyib ki, ümumiyyətlə, bu mürəkkəb və çoxşaxəli mövzudur: 

"Məmurlara, maaşı yerində qalacaq şəxslərə sərf edəcək, xidmət sektoruna sərf etmir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İş saatı Fuad İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri