Icma.az
close
up
RU
İş saatları azaldıla bilər AÇIQLAMA

İş saatları azaldıla bilər AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çində bəzi şirkətlərin süni intellekt texnologiyasından istifadə edərək işçiləri əvəz etməsi və onların “rəqəmsal surətlərinin” yaradılması müzakirələrə səbəb olub. Əsas sual isə ondan ibarətdir ki, bu tendensiya əmək bazarında işçi yerlərinin strukturuna, gəlir bölgüsünə və sosial rifaha hansı təsirləri göstərə bilər. İnsan əməyinin texnologiya ilə əvəzlənməsi potensial olaraq işsizlik riskini artırır, sosial bərabərsizliyi dərinləşdirə bilər və karyera inkişafına maneçilik yarada bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, süni intellekt texnologiyalarının müxtəlif sahələrdə insanları əvəz etməsi, bəzi yerlərdə işçi qüvvəsinin ixtisarını labüd edə bilər.
"Lakin tarixin və texnologiyanın inkişafını nəzərdən keçirsək, görürük ki, hər zaman texnologiyanın inkişafı ilə bağlı cəmiyyətdə belə bir fikir formalaşıb ki, insan əməyi texnika ilə əvəz olunarsa, işsizliyin artması qaçılmaz olacaq. Əslində isə yeni texnologiyalar insan fəaliyyətini tamamilə əvəz etməkdən çox, onun fəaliyyətini digər sahələrdə daha məhsuldar reallaşdırmaq imkanlarını yaradır və yeni mikrostruktur institusiyaların formalaşmasına şərait yaradır".
Ekspert bildirib ki, hazırda süni intellekt texnologiyaları bəzi xidmət sahələrində müəyyən funksiyaları əvəz edə bilir, amma istehsalat və idarəetmə prosesində insanı tamamilə əvəz etməsi qeyri-mümkündür. 
"Vaşinqton alimlərinin də qeyd etdiyi kimi, süni intellekt insanların fəaliyyətini tamamilə təcrid etmək məqsədini daşımır, əksinə, bu texnologiyalar istehsalat və xidmət sahələrində insanın işini daha qısa müddətdə və keyfiyyətli yerinə yetirməsinə xidmət edir. Bəzi xidmət sahələrində insan fəaliyyəti əvəzlənə bilər, amma bütövlükdə süni intellekt insanı tam əvəz edə bilməz, çünki onun yaradılmasında əsas amil insanın özüdür. İnsan fəaliyyətinin alternativ potensialları daim ortaya çıxır və süni intellektlə yanaşı yeni texnologiyalar da inkişaf edir. Bundan əlavə, süni intellektin təhlükəsizliyinin təmin olunması, insan kapitalı və milli çərçivədə idarə olunması məsələləri də onun tam əvəzlənməsini çətinləşdirir. Çində bəzi sahələrdə işçi qüvvəsinin azalması müşahidə oluna bilər, lakin süni intellekt digər sahələrdə yeni fəaliyyət və xidmət imkanları yaradır. Bu baxımdan, süni intellektin inkişafı heç də təhlükəli tendensiya yaratmır. Əksinə, hazırda onun inkişafı cəmiyyət və dövlət üçün prioritet mövzuya çevrilib və ictimai inkişaf paradiqması daxilində mühüm rol oynayır".
Onun sözlərinə görə, süni intellektin inkişafı insanların işini daha sürətli və keyfiyyətli yerinə yetirməsinə hesablanıb. 
"Bununla bərabər, iş saatlarının azalması da mümkün olur; məsələn, səkkiz saatlıq iş günü texnologiyanın inkişafı ilə mümkün olub və indi süni intellektlə idarə olunan proseslər insanların altı və ya dörd saatlıq iş müddətində daha çox iş görə bilməsini təmin edə bilər. Buna görə də süni intellektin inkişafını yalnız işçi qüvvəsinin əvəzlənməsi kimi neqativ yox, həm də proqressiv və dayanıqlı inkişaf perspektivi kimi qəbul etmək lazımdır. Bu, iş saatlarının azaldılması və insanların rifahının yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri