İş var, amma işçi yoxdur, yoxsa işçi var, iş yoxdur?
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda gənclər arasında işsizlik göstəricisinin yüksək olaraq qalmasının əsas səbəblərindən biri işçi qüvvəsinin, o cümlədən gənclərin ölkə üzrə coğrafi baxımdan qeyri-bərabər paylanmasıdır.
Bunu “Yeni Sabah”a Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, işçi qüvvəsinin böyük hissəsi Bakı, Abşeron və Sumqayıt aqlomerasiyasında cəmləşdiyindən bu ərazilərdə iş tapmaqla bağlı rəqabət daha yüksəkdir. Onun sözlərinə görə, ölkə üzrə 65 minədək qeydiyyata alınmış vakansiyanın mövcudluğu da əmək bazarında işçi qüvvəsi ilə vakansiyaların coğrafi və peşə baxımından uyğunlaşmadığını göstərir. pizza sifarişi
S.Məmmədov qeyd edib ki, digər əsas amillərdən biri əmək bazarına daxil olan şəxslərin sayının hələ də onu tərk edənlərin sayından çox olmasıdır. Fertillik əmsalının azalmasına baxmayaraq, bu göstərici hazırda müsbət olaraq qalır.
Ekspert bildirib ki, 2026-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasının ikinci tədbirlər planında gənclərin əmək bazarına cəlb olunması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Bunlara gənclər üçün startap layihələrinin həyata keçirilməsi, hibrid təlimlərin təşkili, peşə yönümünün dəyişdirilməsi və yeni ixtisasların öyrədilməsi daxildir.
“Bütün hallarda, bir müddət də hələ bizdə gənclər arasında işsizlik yüksək səviyyədə qalmaqda davam edəcək”, - deyə Sahib Məmmədov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Avqust 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















