Icma.az
close
up
RU
İş yerində kamera qoyulması qanunidir?

İş yerində kamera qoyulması qanunidir?

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Adətən iş yerlərində ofis otaqlarına nəzarət kameralarının quraşdırılması və rəhbərlik tərəfindən işçilərin izlənməsi hallarına rast gəlinir. Bu isə əmək münasibətləri və şəxsi məxfiliyin sərhədləri ilə bağlı müəyyən suallar doğurur.

Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında iş sahələrində işçilərin başı üzərində müşahidə kameralarının quraşdırılmasını şəxsi həyata birbaşa müdaxilə kimi qiymətləndirib.

Onun sözlərinə görə, burada digər məqamları da nəzərə almaq lazımdır:

“İşçi iş vaxtı ərzində şəxsi həyatı ilə məşğul ola bilməz və yalnız əmək funksiyalarını yerinə yetirməyə borcludur. Bu səbəbdən də zaman-zaman bu məsələ ilə bağlı işəgötürənlərlə işçilər arasında mübahisələr yaranır. İşəgötürən tərəfindən işçinin müəyyən işləri görməsi və ya görməməsi ilə bağlı nəzarət halları əlavə narazılıqlara səbəb olur. Qeyd etmək lazımdır ki, heç kim heç kimi məcburi əməyə cəlb edə bilməz. İşçi həmin iş yerində əmək şəraitini və əmək fəaliyyətinin necə həyata keçirildiyini əvvəlcədən müşahidə edir və bunu qəbul edərək işə başlayır. Əgər qəbul etmirsə, əmək müqaviləsini imzalamır”.

R.Süleymanov qeyd edib ki, əgər sonradan əmək şəraitində dəyişiklik edilirsə və işçi bunu qəbul etmirsə, o halda kompensasiya və son haqq-hesabını alaraq əmək münasibətlərinə xitam verilməsi üçün ərizə ilə müraciət edə bilər.

Sevinc İbrahimzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 İyul 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see859

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see365

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see351

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see306

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see232

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see230

İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

26 İyul 2026 03:20see220

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see218

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see216

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see214

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see186

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

26 İyul 2026 01:52see175

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

26 İyul 2026 00:24see173

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see173

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see169

Messi heyətdən çıxarıldı

26 İyul 2026 02:01see168

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see165

Dollar, avro və qızıl

26 İyul 2026 10:32see164

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see164

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri