Icma.az
close
up
RU
İş yerində kamera quraşdırmaq olar? Açıqlama

İş yerində kamera quraşdırmaq olar? Açıqlama

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir sıra ölkələrdə iş yerlərində müşahidə kameralarının quraşdırılması qadağandır. Bildirilir ki, çalışanın yazılı və imzalı razılığı olmadan onun izlənilməsi yolverilməz sayılır. Bu tələblər pozulduğu halda, şəxs istefa vermək və hüquqlarını məhkəmə yolu ilə müdafiə etmək səlahiyyətinə malikdir.

Azərbaycanda vəziyyət necədir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, hazırda təhlükəsizliyin təmin olunması, istehsalın səmərəliliyinin artırılması və intizamın qorunması məqsədilə iş yerlərində video-müşahidə sistemlərinin quraşdırılması geniş yayılıb:

“Lakin bu praktika işçinin şəxsi həyatının toxunulmazlığı, əmək hüquqları və fərdi məlumatların qorunması baxımından ciddi hüquqi çərçivə tələb edir. Almaniya, Fransa və İsveçrədə iş yerlərində kamera müşahidəsi ya qadağandır, ya da ciddi şərtlərlə mümkündür. Azərbaycanda Konstitusiyanın 32-ci maddəyə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı təmin edilir, şəxsin razılığı olmadan onun haqqında məlumat toplamaq, saxlamaq, yaymaq qadağandır. Gizli çəkiliş və müşahidə qanunsuz hesab olunur. Buna görə də işçi iş yerində olsa belə, onun davranışlarının daimi və gizli şəkildə izlənilməsi konstitusion hüquqların pozulması sayıla bilər.

Əmək Məcəlləsinin 9-cu maddəsi işçinin şəxsi ləyaqətinə hörmət edilməsini və hüquqlarının qanunsuz məhdudlaşdırılmamasını təsbit edir. 11-ci maddəyə görə isə işəgötürən işçinin şərəf və ləyaqətinə hörmət etməli, hüquqlarını pozan nəzarət üsullarından çəkinməlidir. Bu baxımdan, işçinin iş rejiminin və davranışlarının yazılı razılıq olmadan fasiləsiz kamera ilə izlənməsi əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, video-görüntülər hüquqi baxımdan fərdi məlumat hesab olunur:

“Fərdi məlumatlar haqqında” Qanuna əsasən, bu məlumatlar yalnız qanuni məqsədlərlə toplanmalı, şəxs əvvəlcədən məlumatlandırılmalı və razılıq verməlidir. Toplanan məlumatlar təyinatından kənar istifadə edilə bilməz. Yəni kamera müşahidəsi barədə işçi rəsmi şəkildə məlumatlandırılmalı, bu məsələ işəgötürənin əmri, daxili intizam qaydaları və ya əmək müqaviləsinə əlavə ilə rəsmiləşdirilməlidir. Kameraların harada yerləşdiyi və hansı məqsədlə istifadə olunduğu açıq göstərilməlidir.

Beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda da işçinin şəxsi məkanına müdaxilə yaradan sahələrdə kamera  müşahidəsi qadağandır. Bu, şəxsi həyatın kobud pozuntusu olmaqla yanaşı, inzibati və ya cinayət məsuliyyəti də yarada bilər. Əgər kamera gizli quraşdırılıb, işçi məlumatlandırılmayıb və müşahidə təzyiq vasitəsinə çevrilibsə, işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, müqaviləni birtərəfli qaydada pozması mümkündür. Bu halda məhkəməyə müraciət etmək, Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət vermək, həmçinin mənəvi zərərin ödənilməsini tələb etmək olar”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri