İş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır Ekspert
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda elmi işlərlə bağlı adımızdan bəhs etdirmək deməkdir".
Təhsil eksperti Kamran Əsədov bunu 525.az-a deyib. Onun sözlərinə görə, əslində çoxları magistratura təhsilini boş sayır:
"Amma onlar unudurlar ki, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan çox şey öyrənirik”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















