Icma.az
close
up
RU
İsa Həbibbəyli: Nəriman Həsənzadə təpədən dırnağa qədər...

İsa Həbibbəyli: Nəriman Həsənzadə təpədən dırnağa qədər...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində AMEA-nın prezidenti İsa Həbibbəyli şairin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

“Cebheinfo.az”ın xəbərinə əsasən, İ.Həbibəyli bildirib ki, Nəriman Həsənzadə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Muğanna, Fərman Kərimzadə kimi görkəmli söz adamları ilə birlikdə sovet ideologiyasının sərt qəliblərini yumşaldaraq Azərbaycan ədəbiyyatını real ictimai həyata yaxınlaşdıran qüdrətli sənətkarlardan biri olub.

"Bu mənada, mənim fikrimcə, Nəriman Həsənzadənin yaradıcılığı özündən əvvəlki 30-40-cı illər ədəbi nəsli ilə ədəbiyyatımızda yeni meyl formalaşdıran 60-cılar nəsli arasında körpü funksiyasını yerinə yetirib", – deyə o vurğulayıb.

İsa Həbibbəyli qeyd edib ki, Nəriman Həsənzadə taleyin ona verdiyi möhlət ərzində 60-cılar nəslinin nümayəndələri ilə çiyin-çiyinə müstəqillik dövrünün ideallarına xidmət edib, hələ sovet dövründən başlayaraq böyük ədəbiyyatın formalaşmasında yaxından iştirak edib.

Onun sözlərinə görə, şair Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və azərbaycançılıq ideallarına, eləcə də ədəbiyyata sədaqətin parlaq nümunəsini nümayiş etdirib.

"Nəriman Həsənzadə təpədən dırnağa qədər lirika hadisəsi idi. Onun yadda qalan yüzlərlə səmimi və həzin şeiri ilə yanaşı, nitqi, danışığı, təhkiyəsi, hətta nəfəsi belə lirika ilə yoğrulmuşdu. Mənə elə gəlir ki, o, yerişində yaşayan, hərəkətdə olan bir şeiriyyət nümunəsi idi", – deyə AMEA prezidenti bildirib.

İsa Həbibbəyli vurğulayıb ki, Nəriman Həsənzadənin "Nəriman" və "Zümrüd quşu" əsərləri ilə Azərbaycan ədəbiyyatına dramatik poema janrını gətirməsi onun mühüm xidmətlərindən biridir.

"Bu vaxta qədər ədəbiyyatımızda lirik-epik və epik poemalar geniş yayılmışdı. Dramatik poemanın ən mükəmməl nümunələrini isə ilk dəfə Azərbaycan ədəbiyyatına Nəriman Həsənzadə gətirdi", – deyə o əlavə edib.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri