Icma.az
close
up
RU
İsa Nəcəfovun bacısı və deputatın qudasına dələduzluq ittihamı ilə şərti cəza: Zərərçəkənlər narazıdır

İsa Nəcəfovun bacısı və deputatın qudasına dələduzluq ittihamı ilə şərti cəza: Zərərçəkənlər narazıdır

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı sədrinin keçmiş müavini, kimyaçı alim Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda təqsirli bilinib. Yasamal rayon Məhkəməsində bir ilə yaxın sürən məhkəmənin sonunda onun haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələriylə ittiham hökmü çıxarılıb. Ona 3 il 6 ay şərti cəza kəsilib.

Bu hökmdən zərərçəkənlərin çoxu narazı qalaraq apellyasiya məhkəməsinə şikayət edib. Dediklərinə görə, R.Nəcəfova onlara dəymiş ziyanı ödəməyib. Bununla belə, Yasamal rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov zərərçəkənlərin fikrini nəzərə almayıb.

“Zərərçəkənlərə vurulan ziyanı ödəsəydi, əməlindən peşman olsaydı, haradasa, başa düşmək olardı. Biz şikayətçiyik, ziyan ödənilməyib, niyə bu adam faktiki cəzasız qalır? Biz hesab edirik ki, qohum-əqrəbasına görə…”, – zərərçəkənlər belə deyir.

R.Nəcəfova Baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı, deputat Ülvi Quliyevin qudasıdır.

R.Nəcəfova da haqqındakı hökmdən narazıdır. O da özünü təqsirli bilmədiyindən apellyasiya şikayəti verərək bəraət istəyir.

Sələmlə pul götürüb sonra qaytarıb?

Kimyaçı alim adamlardan ayrı-ayrı nazirliklərə və başqa dövlət qurumlarına işə düzəltmək adıyla pul alıb aldatmaqda günahlandırılsa da, ittihamları yalanlayır və deyir ki, zərərçəkənlərin bəzisindən sələmlə pul götürüb, onu da sonradan artıqlamasıyla qaytarıb.

Zərərçəkənlərin bir neçəsi sübut kimi istintaqa, məhkəməyə telefon danışıqlarını, mesajları təqdim edib. Təqsirləndirilən alimin iddiasına görə, onların aldadılmasında özünün yox, tanışlarının günahı olub.

R.Nəcəfova dələduzluq ittihamıyla cinayət məsuliyyətinə cəlb olunandan bir müddət sonra – 2023-cü il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı sədrinin müavini vəzifəsindən çıxarılıb. O, həm də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində çalışıb və 2001–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Aprel 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri