Icma.az
close
up
RU
İsa Qəmbər Etibar Məmmədovun istəyindən danışdı: Dedim ki, çətin şərtlər irəli sürürsünüz!

İsa Qəmbər Etibar Məmmədovun istəyindən danışdı: Dedim ki, çətin şərtlər irəli sürürsünüz!

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə suçlanan Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı məktubda “Dövlət Şurası” adlı yeni idarəetmə modelindən bəhs edib.

Məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur.

Mehdiyevin məktubu sosial şəbəkələrdə və mətbuatda rezonans doğurub.

Müsavat Partiyasının sədri İsa Qəmbər bildirib ki, məktubun orijinal olub-olmamasından asılı olmayaraq, təqdim edilən model “demokratiya atributları arxasında gizlənən avtoritar sistem” təəssüratı yaradır. 

O vurğulayıb ki, “qanunverici, icraedici və məhkəmə hakimiyyətinə nəzarətin Dövlət Şurasına verilməsi” demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir.

Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı isə Ramiz Mehdiyevin ideyasına oxşar modelin hələ 2003-cü ildə Etibar Məmmədov tərəfindən onlara təklif edildiyini xatırladıb.

"Bu təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli", - Arif Hacılı bildirib.

Etibar Məmmədov Modern.az-a qısa açıqlamasında Arif Hacılının iddiasını cəfəngiyyat adlandırıb və bu haqda geniş danışmaq istəməyib. 
Modern.az-ın məlumatyına görə, Müsavat başqanı İsa Qəmbər Etibar Məmmədovun belə bir təklif etdiyini təsdiqləyərək, buna aydınlıq gətirib.
O bildirib ki, 2003-cü ilin oktyabrında- prezident seçkilərinə 7-8 gün qalmış Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və onun namizədliyini dəstəkləməsi müqabilində təklif irəli sürüb:
“Məndən seçiləcəyim təqdirdə a) Baş nazir vəzifəsini, b) seçkidən dərhal sonra Dövlət Şurası yaradılmasını, c) onun Dövlət Şurasına sədr təyin edilməsini, d) Xarici İşlər Nazirliyinin və bütün güc strukturlarının Dövlət Şurası sədrinə - yəni ona tabe etdirilməsini və s. tələb etdi. Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun Baş nazir təyin olunmasını məqbul sayıram, digər tələblər isə məntiqə və Konstitusiyaya uyğun deyil”.
İsa Qəmbər deyib ki, onun guya Etibar Məmmədovun bütün təkliflərini qəbul etdiyi və sonra fikrini dəyişdiyi haqda deyilənlər həqiqəti əks etdirmir:
“Mən orda Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi gerçək görünmür. Əlavə etdim ki, hər halda mən bütün bunları Müsavat Partiyasının rəhbərliyində və müttəfiqlərimlə müzakirə edəndən sonra ertəsi gün saat 13:00-a qədər cavab verəcəm. Sabahı gün gündüz saat 13:00-a bir neçə dəqiqə qalmış mən Etibar Məmmədova zəng etdim və onun təkliflərinin məqbul olmadığını bildirdim. Məsələnin mahiyyəti qısaca olaraq budur”.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri