İsak Hacar “Red Bull” ilə ilk dövrələri haqqında təəssüratlarını bölüşüb
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Əlcəzair əsilli fransız “Red Bull” pilotu İsak Hacar Əbu-Dabidəki “Yas Marina” trassındakı sınaq günündən sonra yeni komandası haqqında ilk təəssüratlarını bölüşüb.
İdman.Biz “Red Bull”un mətbuat xidmətinə istinadla xəbər verir ki, komandanı 2026-cı ildə niderlandlı Maks Ferstappen və fransız İsak Hacar təmsil edəcək.
“Rəsmi “Red Bull” pilotu kimi ilk dövrələri keçmək çox xoş idi. Yanvar ayında geri qayıdacağımı bilmək çox xoşdur. Artıq komandanın əksər üzvləri ilə tanış olmuşam və işləmişəm, baxmayaraq ki, son bir neçə ildə sınaqlar zamanı onların çoxu ilə tanışlığım yaranmışdı. Məni çox yaxşı qarşıladılar və artıq bu qrupda özümü rahat hiss edirəm.
Əlbəttə ki, bu, sürəcəyim maşınla müqayisədə tamamilə fərqli bir maşındır, amma təkərləri hiss etmək yaxşı idi. İndi məlumat toplamaq da vacibdir, yeni mövsümə hazırlaşarkən bu, qarşıdakı aylarda mütləq kömək edəcək”, - komandanın mətbuat xidməti Hacarın sözlərindən sitat gətirib.
Qeyd edək ki, 21 yaşlı Hacar, bu il “Formula 1”də “Red Bull”un ikinci komandası “Racing Bulls”un heyətində debüt edib.
Baxış sayı:44
Bu xəbər 10 Dekabr 2025 04:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















