İsayas qasırğası: Yarım milyon insan işıqsız qalıb
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İsayas” qasırğası cümə günü axşam Meksika körfəzinin ABŞ sahillərinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Telekanalın ABŞ Milli Qasırğa Mərkəzinin məlumatlarına istinadən verdiyi xəbərə görə, Saffir-Simpson şkalası üzrə beş ballıq sistemdə ikinci kateqoriyaya aid edilən qasırğa yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə şənbə günü saat 03:30-da) Florida ştatının qərb hissəsində, Destin şəhəri yaxınlığında sahilə çatıb. Küləyin maksimal sürəti saatda 169 kilometrə çatıb.
Küləyin güclü əsintisi Florida ştatının qərbində və Alabama ştatının cənubunda elektrik xətlərini sıradan çıxarıb. Nəticədə, təxminən 500 min nəfər elektrik enerjisiz qalıb.
Alabama-Florida sərhədindən Florida ştatındakı Qreyton çimərliyinədək sahilboyu ərazilərdə hündürlüyü 2,7 metrə çatan fırtına dalğalarının yaranacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Oktyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















