Netanyahu müxalifət liderinə baş nazir postunu təklif edib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökuməti qurmaq məqsədilə müxalif Yaşar Partiyasının lideri Qadi Eisenkotun əvvəlcə baş nazir olmasına razılıq verib.
Bakıvaxtı.az xəbər verir ki, baş nazirin sözləri “Ynet” nəşri tərəfindən yayımlanıb.
Netanyahu bildirib ki, ölkənin üzləşdiyi təhdidləri nəzərə alaraq, hökumətə rəhbərlik hüququnun ən böyük partiyaya məxsus olması prinsipindən imtina etməyə hazırdır. O, rotasiya qaydasına əsasən ikinci baş nazir olacağını açıqlayıb.
Qeyd edək ki, Netanyahu daha əvvəl Eisenkotu milli birlik hökuməti yaratmağa çağırsa da, ilk dəfədir onun baş nazir vəzifəsini əvvəlcə icra etməsinə razı olduğunu bildirir.
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində Netanyahunun Likud Partiyası 27, Eisenkotun Yaşar Partiyası isə 21 mandat qazanıb.
Noyabrın 8-də İsrail Prezidenti İsaak Hersoq Eisenkota yeni hökuməti formalaşdırmağı tapşırıb. Bunun üçün ona 28 gün vaxt verilib. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.
Eisenkot hökumət qura bilmədiyi təqdirdə, mandat başqa namizədə veriləcək və həmin şəxsə koalisiya formalaşdırmaq üçün 28 gün ayrılacaq.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Noyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















