Icma.az
close
up
RU
Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir

Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, bu digər xalqlara qarşı pis münasibəti təşviq edir.

"İddiaları isbat etmək üçün də çoxsaylı mənbələr mövcuddur. Dəhşətlisi odur ki, müasir tariximizə belə baxanda Rusiyanın tarixində qanlı şovinizm nümunələrini görmək olar. Ən son Ukrayna ərazisini işğal edərkən etnik azlıqların müharibəyə cəlb olunması faktına baxanda insan dəhşətə düşür. Dağıstanın, Çeçenistanın, qeyri-ruz xalqların gəncləri heç bir standarta sığmadan müharibəyə göndərilir. Getməyən etnik azlıq nümayəndələrini şantaj, saxta cinayət ittihamları edirlər. Bu etnik rus xalqını qorumaq adı altında digər xalqları qırğına verməkdir".

Ə.Əlibəyli qeyd edib ki, 2024-cü ildə tacik, özbək, qırğızlara qarşı departasiya və diskriminasiya üst həddə çatdı:
"Moskvada sözün əsl mənasında dövlət səviyyəsində miqrantları təhlükənin əsas hissəsi hesab edirlər. Tatar və başqırdların xalqların 2023-cü ildə təhsil haqqı verilməsi ilə bağlı tələblərinə görə onları ekstremist kimi damğaladılar. Öz aləmlərində ruslaşdırma siyasətinə start veriblər. Çeçenistanda gəncləri, ailələrini terrorçuluq ittihamı ilə həbs edirlər. Bölgənin müsəlman xalqlarına qarşı repressiyalər etnik ayrı-seçkiliyin göstəricisidir. Bunlar hamısı insan haqqları təşkilatların hesabatlarında var. Anti müsəlman ritorikası və islamofob siyasəti Əlcəzirənin ekranlarına qədər gəlib çıxıb. Şimali Qafqazın və Orta Asiyanın müsəlman xalqları təhlükəli ekstremistlər kimi damğalanır. Bu proses məhz Rusiya dövlət siyasətindən başlayır və həyata keçirilir".

Baş verənlərlə bağlı politoloq Rüfət Hüseynli isə Trend-ə bildirib ki, Rusiya tarix boyu öz imperiya siyasətində digər xalqlara qarşı assimilyasiya, şovinist və diskriminasiya yanaşmalarını əsas vasitə kimi istifadə edib.

"Bu siyasətin hədəfində xüsusilə qeyri-slavyan, müsəlman və türk mənşəli xalqlar olub. Bugünkü Rusiya rəhbərliyinin, xüsusilə Vladimir Putinin yürütdüyü siyasət də bu ənənənin davamıdır. Lakin fərq ondadır ki, bu gün bu siyasət daha sistemli, daha qəddar və daha açıq şəkildə həyata keçirilir.

Rusiyada hazırda azərbaycanlılara, özbəklərə, türkmənlərə, qırğızlara və digər qeyri-rus millətlərin nümayəndələrinə qarşı açıq şəkildə diskriminasiya həyata keçirilir. Müsəlman adları, geyimi, dili və həyat tərzi hədəfə çevrilir. Məsələn, Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş cinayət, Rusiya hüquq mühafizə orqanlarının qəddar münasibəti bu siyasətin birbaşa göstəricisidir. Bu orqanlar artıq yalnız qanun keşikçisi deyil, həm də rejimin ideoloji və etnik silahına çevrilib."

Politoloq vurğulayıb ki, 1990-cı illərdə Moskva və digər iri şəhərlərdə qeyri-ruslara qarşı "skinxed"lərin həyata keçirdiyi hücumlar, əslində, Rusiyanın xüsusi xidmət orqanlarının nəzarəti və yönləndirməsi ilə həyata keçirilirdi.

"Bu gün isə həmin funksiyanı hüquq-mühafizə orqanları birbaşa yerinə yetirir - daha sistemli və daha qəddar şəkildə. "Etnocinayətkarlıq" anlayışı isə hüquqi sistemə daxil edilərək, digər xalqların nümayəndələrini avtomatik cinayətkar kimi təqdim etməyə zəmin yaradır.

Rus Pravoslav Kilsəsi də bu siyasətin ideoloji dayağı kimi çıxış edir. Din xadimləri müharibəni "müqəddəs", digər xalqları isə "kafir", "xain" kimi təqdim edərək, hüquq mühafizə orqanlarının özbaşınalığına dini don geyindirirlər. Kilsə humanizm və mərhəmət təbliğ etməli olduğu halda, bu gün Rusiyanın ekspansionist və islamofob siyasətinin rəsmi ideoloquna çevrilib."

Politiloq qeyd edib ki, Ukraynaya qarşı siyasət və bunun simvolikası Ukrayna kimi slavyan və xristian bir xalqa qarşı belə qəddar və amansız siyasət yürüdən Rusiya, qeyri-slavyan və müsəlman xalqlara qarşı daha da sərt davranır.

"Ukraynanın şəhərlərinin bombalanması, Buçada törədilmiş soyqırımı, yaşayış məntəqələrinin fosfor və vakuum bombaları ilə dağıdılması, əslində Rusiyanın real simasını açıq şəkildə göstərir. Bu siyasət Çeçenistan, Dağıstan və digər müsəlman bölgələrdə illər öncə tətbiq olunmuşdu. İndi isə bu metod bütün postsovet coğrafiyasına yayılmaqdadır.

Stalin repressiyaları tarixdə qanlı bir səhifədir. Lakin bu gün Rusiyada baş verənlər, həmin repressiyaları belə kölgədə qoyur. Stalin dövründə ən azı formal məhkəmə, həbs və düşərgə sistemi var idi. Bu gün isə insanlar küçədə, evlərində, iş yerlərində döyülür, öldürülür, yoxa çıxarılır. Bu, artıq sadəcə siyasi yox, həm də etnik və dini nifrət əsasında həyata keçirilən sistemli zorakılıqdır."

R. Hüseynli vurğulayıb ki, Rusiya yalnız daxildə deyil, xarici siyasətində də türk və müsəlman xalqlarına qarşı düşmən mövqedə dayanıb. Azərbaycan tarixində bu, özünü dəfələrlə göstərib.

"1990-cı il 20 Yanvarında Rusiya qoşunları Bakıya girərək yüzlərlə dinc azərbaycanlını qətlə yetirdi. Xocalı soyqırımı erməni silahlıları ilə yanaşı, Rusiya hərbi qüvvələrinin də iştirakı ilə həyata keçirildi. Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalda saxlanılması - Rusiya bu müddət ərzində Ermənistanı silahlandırdı, danışıqları pozdu və status-kvonu saxlamağa çalışdı.

Azərbaycan təyyarəsinin vurulması, kiberhücumlar, Azərbaycan deputatlarının Rusiyada hədəfə alınması - bunlar Rusiya-Azərbaycan münasibətlərindəki qeyri-səmimi və düşmən münasibətin açıq nümunələridir.

Rusiya Federasiyası bu gün imperialist və müstəmləkəçi siyasətini "anti-terror", "qanunun aliliyi", "pravoslav dəyərləri" pərdəsi altında davam etdirir. Lakin əslində bu, birbaşa olaraq qeyri-rus xalqlara qarşı həyata keçirilən sistemli şovinist və islamofob siyasətdir. Bu siyasət nə təkcə Rusiyanın daxilində, nə də postsovet məkanında sülhə və sabitliyə xidmət edir. Əksinə, bu siyasət regionda qarşıdurmaların, nifrətin və dağınıqlığın əsas qaynağıdır",- deyə o qeyd edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyun 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri