Icma.az
close
up
RU
İsazadə: Rusiyanın hərbi təxribatları davam edəcək

İsazadə: Rusiyanın hərbi təxribatları davam edəcək

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“NATO sərhədlərində təxribatlar törədən Rusiya ilk növbədə bu ölkələri qorxudur, Alyans üzvlərinə psixoloji təzyiq edir. Rusiya bilir ki, Avropa müharibə istəmir, müharibədən qorxur. Eyni zamanda avropalılar müharibəyə meylli deyillər. Bu səbəbdən də ruslar NATO-nun şərq cinahında təxribatlara əl atır, amma sonradan bunu etmədiklərini bildirirlər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə son zamanlar NATO-nun şərq cinahında müşahidə olunan hərbi təxribatlardan danışarkən deyib.
O, belə təxribatların davam edəcəyini düşünür və buna səbəb kimi Rusiyaya adekvat cavabın verilmədiyini göstərir.
“Rusiya əvvəl Türkiyəyə münasibətdə də belə edirdi, Suriya hava bazasından qalxan təyyarələri Türkiyə sərhəddini pozurdu. Amma Türkiyə Ordusu sərhəddi pozan rus qırıcısını vurdu. Bundan sonra ruslar siyasi səs-küy qaldırdılar, Rusiyada olan türkləri ölkədən çıxardılar, Türkiyənin kurort şəhərlərinə təyyarə reyslərini ləğv etdilər və s. Amma buna paralel olaraq bir daha Türkiyənin hava məkanını pozmadılar. Çünki bir dəfə cavab almışdılar. Odur ki, Avropa ruslara adekvat cavab verməyənə qədər onun sərhədlərində belə təxribatları gözləmək olar”,- A. İsazadə bildirib.
Ekspert əlavə edib ki, indi Avropa ilə Rusiya arasında müharibə gözləmir, amma riskləri də nəzərə almamaq olmaz. Onun fikrincə, indi proqnoz vermək çətindir, çünki proseslər sürətlə gedir: “Eyni zamanda hər bir təxribatın müharibəyə çevrilmə riski var. Ermənilər də vaxtilə Azərbaycanla tez-tez atəşkəsi pozur, öz aləmlərində psixoloji təzyiq edirdilər. Azərbaycan Ordusu da qarşı tərəfə cavab verirdi və bəzən bu, böyük atışmalarla müşahidə olunurdu. Sonda erməni ordusunu darmadağın etdik. Bu baxımdan düşünürəm ki, hər bir təxribatın qəfildən müharibəyə çevrilmə ehtimalı var”.
Nemət ORUCOV
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri