Icma.az
close
up
RU
İşçiləri sevindirəcək yenilik

İşçiləri sevindirəcək yenilik

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanda işçilərin çalışdıqları müəssisədə pay və ya səhm sahibi olmalarını təşviq edən yeni hüquqi mexanizmin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə qanunvericiliyə "işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı əlavə edilib.

Milli.Az xəbər verir ki, yeni qaydalara əsasən, işəgötürən və ya şirkətin təsisçisi işçi ilə ayrıca müqavilə bağlamaqla ona müəssisənin payını və ya səhmini müxtəlif şərtlərlə əldə etmək imkanı yarada biləcək. Bu imkan payın və ya səhmin ödənişsiz verilməsi, güzəştli qiymətlə satılması və ya əvvəlcədən müəyyən olunmuş qiymət əsasında gələcəkdə alınması hüququnu əhatə edə bilər.

Lakin işçi bu hüququ avtomatik şəkildə əldə etmir. Bunun üçün tərəflər arasında ayrıca müqavilə bağlanmalı və həmin sənəddə nəzərdə tutulan şərtlər tam yerinə yetirilməlidir. Məsələn, işçinin müəyyən müddət şirkətdə fəaliyyət göstərməsi, yaxud şirkətin və ya işçinin əvvəlcədən müəyyən edilmiş performans göstəricilərinə və hədəflərə çatması kimi tələblər qoyula bilər.

Qanunvericiliyə əsasən, bu plan çərçivəsində işçinin əldə etdiyi pay və ya səhm əməkhaqqısının tərkib hissəsi hesab edilmir və əməkhaqqının əvəzinə təqdim oluna bilməz.

Sözügedən mexanizm xüsusilə startaplar, innovasiya yönümlü və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün əhəmiyyətli yenilik sayılır. Bu yanaşma şirkətlərə əməkdaşları uzunmüddətli fəaliyyətə həvəsləndirmək və onların müəssisənin inkişafında daha maraqlı tərəfə çevrilməsini təmin etmək üçün işçilərə səhmdar və ya payçı olmaq imkanı yaratmağa şərait verəcək. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Avqust 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri